İslamda ailə qurmağın əhəmiyyəti

İslamda ailə qurmağın əhəmiyyəti

İslam dini insanın fərdi və ictimai münasibətlərini tənzimləməkdə əvəzsiz rola malikdir. O cümlədən ailə qurmaq və onu doğru-düzgün tərbiyə etmək,  İslam dininin insanlığa olan ən başlıca tövsiyyələrindən sayılır. Bunlar isə Quranda və məsumların kəlamında öz əksini tapmışdır. Quran bütün bəşəriyyət üçün hidayət kitabıdır. O, fərdi və ictimai həyatın müxtəlif sahələrində bəşərin ehtiyaclarına cavab verir.


Quran ayələrində ailə:


Ailə də Quranın xüsusi diqqət yetirdiyi sahələrdən biridir. Məhz buna görə də Allah-taala Quranda evliliyin əhəmiyyət və üstün məqamını öz bəndələrinə bildirmək üçün çoxlu sayda ayələrdə evlilik və ailə qurmaq məsələsinə təkid edərək onu aramlıq və müştərək həyata maraq (məhəbbət) səbəbi hesab etmişdir. Eyni zamanda, insanları ona təşviq edərək evlilik sayəsində fəqirlikdən qurtulmaq və ehtiyacsız olmaq vədəsi vermiş və Quranda belə buyurmuşdur:

Subay kişilərinzi və subay qadınlarınızı, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü (neməti) ilə onları ehtiyacsız edər. Allah genişləndirən, biləndir! (“Nur” surəsi, ayə 32)


Cəmiyyətin vəzifəsi bu ilahi göstərişi həyata keçirməkdən ibarətdir.«انکحوا»  “Ənkihu” ifadəsi (feli) cəm formadadır və onun xitabı cəmiyyətin bütün üzvlərinədir. (Məkarim Şirazi, “Nümunə” təfsiri, c. 14, səh. 457.)

Bu ayədən belə başa düşülür ki, evlənən kəslər gələcəklə bağlı narahatçılıq keçirməməlidirlər və əgər həqiqətən də, qüdrətli Allaha təvəkkül etsələr, Allah-taala onların məişət ehtiyaclarını hökmən ödəyəcəkdir. (Məhəmməd Hüseyn Təbatəbai, “Əl-Mizan” təfsiri, c. 15, səh. 113.) Təbii ki, insan ailəsinin ehtiyaclarını təmin etmək və izzətli həyata sahib olmaq üçün özü də çalışmalıdır. Bu, heç də Allah-taalanın ona yardımçı olması ilə ziddiyyət təşkil etmir. Çünki Allah-taala bu dünyanı səbəb-nəticə qanunu ilə idarə edir.


Allah digər bir ayədə buyurur:

Sizin üçün onlarla ünsiyyət edəsiniz (rahatlıq tapasanız) deyə, öz cinsinizdən zövcələr yaratması, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!. (“Rum” surəsi, ayə 21)


Yaxşı hə­yat yoldaşı insanın fiziki, ruhi və mənəvi baxımdan rahatlıq tap­ma­sının təməlidir. Əgər insan ailə qurmayıbsa, o, naqis varlıqdır. İnsan həyat yoldaşı ilə birlikdə olduqda, həmkarlıq etdikdə, meh­ribanlıq göstərdikdə, öz varlığını kamilləşdirir və onda mə­nəvi tarazlıq yaranır, məsuliyyətli olur və şəxsiyyəti for­ma­la­şır. (Məhəmməd Əli Rizayi İsfahani, “Qurani-Mehr” təfsiri, c. 16, səh. 139-141.)

Subay şəxslərdə məsuliyyət hissinin az olması bəlkə də, bu səbəbdəndir. Bəzi hallarda subaylıq dövrü uzun müddət davam etdikdə ruhi xəstəliklər, mənəvi pozğunluqlar yaranır və həmin şəxslər depressiv həyat sürürlər. İslam dini daima bu düşmənlərlə mübarizəyə qalxmış və insanları mənəvi və ruhi təskinlik sahilinə çatdırmışdır. Quran ruhi aramlığa sahib olan ailəni məhəbbət və mərhəmət məkanı kimi tanıtdırır. Həqiqətdə mənəvi rahatlıq da bu ikisinin səmərəsidir.


İslami hədislərdə ailə:

Peyğəmbər (s) də doğru yola yönləndirən hədislərində, ailənin təşkili ilə bağlı çoxsaylı təkid və istiqamətləndirici kəlamlar buyurmuşdur. Peyğəmbərdən (s) nəql edilən bir hədisdə belə buyurulur:

“Allahla pak halda görüşmək istəyən kəs evlənməlidir. Məişət (ehtiyaclar) qorxusu ilə evlənməkdən çəkinən şəxs Allah-taalaya nisbətdə bədgüman olmuşdur. (Məhəmmədtəqi Məclisi, “Rəvzətul-muttəqin fi şərhi mən la yəhzuruhul-fəqih”, c. 8, səh. 94)


Başqa bir yerdə Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur:

“İslamda Allah yanında evlilikdən daha yaxşı olan bir bina inşa edilməmişdir.” (Məhəmməd ibn Həsən Hürr Amili, “Vəsailuş-şiə”, c. 20, səh. 14)

Şübhəsiz, evlilik bir-biri ilə bağlı olan tərəfləri həddən artıq özbaşınalıq, qeyri-qanuni (qeyri-şəri) münasibət və cinsi azğınlıqlardan amanda saxlayı. Həmçinin, müxtəlif fərdi (şəxsi) və ictimai xüsusiyyətləri də sadalamaq olar ki, bəzən bu məsələ insanın günahların yarısı və bəzən də daha artığından qorunmasına səbəb olur. (Mirzə Əli Meşkini, “İslamda evlilik”, səh. 19)


Bu isə evliliyin hədəflərindən biridir, və onun aşağıdakılardan ibarət olan digər hədəfləri də vardır:

1. Cinsi və duyğusal ehtiyacların təmin olunmasından yaranan psixoloji aramlıq;

2. Nəsil artırmaq və övladların qorunması;

3. Dini mədəniyyətin yayılması;

4. İctimai azğınlıqların qarşısının alınması;

5. Uşaqların qanuni yolla (vələdi-zina olmayaraq) dünyaya gəlməsi;

6. Məişət ehtiyaclarının təmin olunması və …

Beləliklə məlum olur ki, İslam dini ailə qurmaq və onu qorumaq üçün xüsusi göstərişlər vermişdir. Məhz sağlam ailələrin vasitəsi ilə sağlam cəmiyyətlər qurmaq mümkündür, çünki ailə özü kiçik bir cəmiyyətdir. Onun sağlam olması cəmiyyətin sağlam qalmasını təzmin edən ən əsas amildir.

İstifadə olunan mənbələr

1.Quran

2.Hurr Amuli, Vəsailuş-Şiə, h.q. 1409, birinci çap, Qum, muəssiseyi Alul-beyt.

 3.Meşkini, Mirza Əli, İzdivac dər İslam, h.ş. 1374, onuncu çap, Qum, əl-Məhdi.

4.Məhəmməd Əli Rizayi İsfahani, “Qurani-mehr” təfsiri, (22 cild­li), “Təfsir və pəjuheşhaye təfsire ulume Qurani” nəş­riy­yatı, Qum, 1387-ci hicri-şəmsi ili.

5.Məhəmməd Təqi ibn Məqsud Əli Məclisi, “Rəvzətul-muttə­qin fi şərhi mən la yəhzuruhul-fəqih”, ikinci çap, Muəssiseye fərhəngiye islamiye Kuşanbur, Qum, 1406-cı hicri-qəməri ili.

6.Məkarim Şirazi, Nasir, h.ş. 1381, Nümunə təfsiri, iyirmi altıncı çap, Tehran, Darul-kutubil-İslamiyyə.

7.Seyid Məhəmməd Hüseyn Təbatəbai, “Əl-Mizan” təfsiri, beşinci çap, Camieyi müddərisine hövzeye elmiyyeye Qum, “İslami” nəşriyyatı, 1417-ci hicri-qəməri ili.

İlahiyyat elmləri doktoru: Dr. Nicat Yəhyazadə

Fəsad barəsində söhbət açan Quran ayələri hansılardır?

Fəsad barəsində söhbət açan Quran ayələri hansılardır?

CAVAB

 “Fəsad” kəlməsi “səlah”ın antonimidir və hər bir pozucu, təxribatçı, dağıdıcı işə fəsad deyilir. Buna əsasən, hər iş təxribatçılıq və nöqsanlıq istiqamətində olsa və ya fərdi-ictimai məsələlərdə ifrat və təfrit yönünə malik olsa, fəsad kəlməsi ona aid edilir.

Qurani-kərimin əsas hədəfi insanların hər növ fəsaddan xilas edilməsidir. Buna görə də çoxlu ayələrdə bu məsələ ilə əlaqədar müəyyən məqamlar birbaşa və ya dolayısı yollarla bəyan olunmuşdur. Bu qısa məqalədə fəsadla əlaqədar olan bütün ayələr barədə bəhs etməyə macal olmadığından fəsad kəlməsinin tam aşkar və birbaşa şəkildə işləndiyi ayələri irəli çəkməklə kifayətlənirik. Bu ayələri aşağıdakı ünvanlarda təsnif etmək olar (belə ki, qısa cavabda yalnız ünvanları qeyd etməklə kifayətlənir və müfəssəl izahını ətraflı cavaba həvalə edirik):

1. Yer üzündə fəsadın zahir olması amilləri, 2. Kafirlərin nəfsani istəklərinə tabe olması və çoxlu ilahələrə pərəstiş etməsi nəticəsində asimanlarda və yerlərdə fəsad yaranması, 3. Fəsadın dəf edilməsinə səbəb olan şeylər, 4. Fəsad törədənlərə qələbə çalmaq üçün peyğəmbərlərin Allahdan kömək istəməsi, 5. Peyğəmbərlərin dəvətində xələl yaratmaq üçün fəsadın onlara nisbət verilməsi, 6. Fəsad törədənlərin hökmünün bəyanı, 7. Fəsaddan uzaqlaşanların savabı, 8. Allah-taalanın fəsad törədənlərə nifrəti, 9. Möminlərlə fəsad törədənlərin müqayisəsi, 10. Fəsad törədənlərin fəsadı inkar və islahatçılıq iddiaları etmələri, 11. Fəsad törədənlərin ardıcıllarına xəbərdarlıq, 12. Bəni-israilin yer üzündə fəsad törədəcəyini xəbər vermək, 13. Fəsad törədənlərin qismi: Firon, Qarun, yəhudilər, sehrkarlar, qohumluq əlaqələrini kəsənlər və s. 14. Fəsad törədənlərin axır-aqibəti.

Ətraflı cavab

Qurani-kərimdə fəsad və fəsad törətmək barəsində gələn ayələri bəyan etməzdən əvvəl fəsadın mənasını açıqlayırıq ki, görək bu səmavi kitab təkcə fəsadın lüğətdəki mənası ilə kifayətlənmişdirmi, yoxsa onun üçün yeni bir məna da gətirmişdir?

“Məcməul-bəhreyn” adlı lüğət kitabında fəsad belə məna edilmişdir: “Fəsad – düz işin müqabili mənasınadır (antonimidir).”[1] Həmin məna “Lisanul-ərəb” kitabında da gəlmiş, lakin onun ardınca deyilmişdir: “Məfsədə – məsləhətin ziddidir, fəsad törətmək isə islahatçılığın antonimidir.”[2]

Rağib özünün “Müfrədat” kitabında yazır: “Fəsad normal səviyyədən xaric olmaqdır – istər az olsun, istərsə də çox (onun ziddinə “səlah” deyilir) və o, can və bədəndə, eləcə də düz və normal həddən xaric olan şeylərdə işlədilir.”[3]

Bu kəlmə hər növ təxribatçılıq və dağıdıcı əməldə də işlənir. Buna əsasən, nöqsanlı olan hər bir işə, habelə fərdi və ictimai məsələlərdə hər növ ifrat və təfritə fəsad deyilir, bu kimi işlər fəsadın nümunəsi hesab olunur.

Quranın bir çox ayələrində fəsad törətmək islahatçılığın müqabilində işlədilmişdir. Nümunə üçün: “O kəslər ki, yer üzündə fəsad törədirlər və islah etmirlər”,[4] “Allah fəsad törədənləri islahatçılardan ayırıb seçib”,[5] “Və (onları) islah et! Fəsad törədənlərin yoluna tabe olma!”[6]

Həmçinin, iman və saleh əməllər də fəsadın qarşılığı olaraq zikr olunmuşdur. Belə ki, Allah-taala buyurur: “İman gətirib saleh əməllər görənləri yer üzündə fəsad törədənlər kimi qərar verəcəyikmi?!”[7] Quranın əsas vəzifəsi istər dini, istərsə də dünyəvi işlərdə insanları fəsada səbəb olan şeylərdən xaric etməkdir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) də məhz camaatı haqqa dəvət etmək, fəsad ilə mübarizə aparmaq, yaxşılıqları cəmiyyətdə yaymaq və düzgün əxlaqa rəvac vermək üçün göndərilmişdir: “Həqiqətən mən buna görə peyğəmbərliyə məbus olmuşam (göndərilmişəm) ki, gözəl əxlaqları tamamlayam.”[8] Quranda da deyilir ki, Allah onun bərəkəti ilə Öz razılığına tabe olanları düzgün  və  sağlamlıq yollarına hidayət edir, onları Öz fərmanı ilə qaranlıqlardan nura doğru aparır.[9]

Quranda fəsad və islahat barəsində olan ayələrin hamısını sayıb qurtarmaz olmaz. Çünki bu ayələrin sayı olduqca çoxdur və Quranın böyük bir hissəsini özünə məxsus etmişdir. Nümunə üçün, fəsad mənasına gələn terminlərin bəziləri fəsad kəlməsi ilə yox, başqa kəlmələrlə bəyan edilmişdir: fəsadda həddini aşmaq mənasına olan “xəbal”, fəsadda şiddət mənasına olan “la təsov” kəlməsi,[10] eləcə də Allahın buyurduğu “dəxlən bəynəkum” ayəsindəki “dəxl” kəlməsi, “fəhşa”, “subur”, “bəvar” və s. bunların hamısı fəsad mənasını ifadə edir. Deməli, əgər fəsad məsələsini birbaşa və ya müəyyən yollarla irəli çəkən ayələrin hamısını sadalamaq istəsək, bir kitab lazım gələr. Buna görə də burada təkcə “fəsad” kəlməsinin özünün gəldiyi ayələri qeyd etməklə kifayətlənirik.

Aşağıda həmin ayələri, ehtiva etdiyi ünvanlar əsasında təsnif edirik:

1. Yer üzündə fəsadın zahir olması amilləri

Yer üzündə fəsadın zahir olmasına səbəb olan amillərin bəzisi aşağıdakılardır:

a) İnsanların Allahın əmr və fərmanları ilə müxalifəti və onların haqq yoldan azmaları. Allah-taala buyurur: “Fəsad quruluqda və dəryalarda camaatın əncam verdiyi (günah) işlər səbəbi ilə zahir oldu.”[11]

b) Camaata hakim kəsilmək də fəsadın yer üzündə yayılmasına səbəb olur: Allah-taala buyurur: “(Onun əlaməti budur ki,) səndən üz çevirdikləri (və sənin yanından xaric olduqları) zaman yer üzündə fəsad törətməyə çalışır, əkin sahələrini və mal-heyvanları məhv edirlər. Halbuki (bilirlər ki,) Allah fəsadı sevmir.”[12]

“Əgər (bu göstərişlərdən) üz çevirsəniz, yer üzündə fəsad törədib qohumluq əlaqələrini kəsməyinizdən başqa şey təvəqqe edilmir.”[13]

“Padşahlar abad bir məntəqəyə daxil olan zaman oranı fəsada çəkib dağıdır, o yerin əziz insanlarını zəlil edirlər. (Bəli) onların işləri belədir!”[14]

“Qüdrətli və işgəncə verən Fironu; həmin qövm ki, şəhərlərdə tüğyan etdilər və çoxlu fəsad törətdilər.”[15]

2. Kafirlərin nəfsani istəklərinə tabe olması və çoxlu ilahələrə pərəstiş etməsi asimanlarda və yerdə fəsadın yaranmasına səbəb olur

Mütəal Allah bu barədə buyurur: “Əgər haqq onların nəfsani istəklərinə tabe olsaydı, asimanlar, yer və onlarda olanların hamısı fəsada düçar olardı! Amma Biz onlara elə bir Quran vermişik ki, onlar üçün (izzət və şərafəti) xatırladır. Onlar isə özlərinin xatırlanma səbəbi olan şeylərdən üz çevirirlər.”[16]

“Əgər asimanlarda və yerdə Allahdan başqa digər məbudlar (ilahələr) olsaydı, bu ikisi (asiman və yer) dağılar və fəsada düçar olardı (dünyaya hakim olan sistem pozulardı).”[17]

3. Fəsad törədənlərə qələbə çalmaq üçün peyğəmbərlərin Allahdan kömək istəməsi

“(Lut peyğəmbər) Allaha dedi: “Pərvərdigara! Fəsad törədən bu qövm qarşısında mənə yardım et!”[18]

4. Peyğəmbərlərin dəvətində xələl yaratmaq üçün fəsadı onlara aid etmək

Mütəal Allah bu barədə buyurur: “Fironun qövmünün əyan-əşrafları (ona) dedilər: Musanı və onun qövmünü boşlayırsan ki, yer üzündə fəsad törətsinlər?!”[19]

Yenə buyurur: “Firon dedi: Qoyun Musanı öldürüm və o öz Pərvərdigarını çağırsın (və ona nicat versin)! Çünki mən qorxuram ki, sizin dininizi dəyişdirsin, yaxud bu ölkədə fəsad törətsin!”[20]

5. Fəsad törədənlərin hökmünün bəyanı

“Kafir olan və (camaatı) Allahın yolundan saxlayanlara, törətdiyi fəsadlara görə əzablarına əzab artırarıq!”[21]

Yenə buyurulur: “Allah və Onun Peyğəmbəri ilə müharibəyə qalxan və yer üzündə fəsad tərədənlərin (və silah işlədərək camaatın can, mal və namusunu təhdid edənlərin) cəzası yalnız budur ki, edam olunsunlar, yaxud dar ağacından asılsınlar, yaxud (sağ) əli (dörd barmağı) və sol ayağı – bir-birinin əksinə olaraq – kəsilsin, yaxud öz vətənlərindən sürgün edilsinlər. Bu onların dünyadakı rüsvayçılığıdır və axirətdə onlar üçün böyük cəzalar vardır.”[22]

Başqa bir ayədə buyurulur: “Törətdikləri fəsadlara görə kafir olan və (camaatı) Allahın yolundan saxlayanların əzabını artırarıq.”[23]

6. Fəsaddan uzaqlaşanların savabı

“(Bəli) bu axirət aləmini (yalnız) o kəslər üçün qərar veririk ki, yer üzündə təkəbbür və fəsad etməsinlər. Gözəl aqibət yalnız pəhrizkarlara məxsusdur!”[24]

7. Allah-taalanın fəsad törədənlərə nifrəti

Allah-taala bu barədə buyurur: “O kəslər ki, yer üzündə fəsad törətməyə çalışırlar, halbuki Allah fəsad törədənləri sevmir.”[25]

Yenə buyurur: “Yer üzündə fəsad ardınca olma! Çünki Allah fəsad törədənləri sevmir!”[26]

8. Möminlərlə fəsad törədənlərin müqayisəsi

“İman gətirib saleh əməllər görənləri yer üzündə fəsad törədənlərlə (bir səviyyədə) və ya pəhrizkarları günahkarlar kimi qərar verəcəyikmi?!”[27]

9. Fəsad törədənlərin fəsadı inkar və islahatçılıq iddiaları etmələri

“Onlara “yer üzündə fəsad törətməyin!” – deyildiyi zaman “biz yalnız islahat aparırıq!” – deyə cavab verirlər.”[28]

10. Fəsad törədənlərin ardıcıllarına xəbərdarlıq

“Allah sənə yaxşılıq və ehsan etdiyi kimi, sən də yaxşılıq et və heç vaxt yer üzündə fəsad ardınca olma! Çünki Allah fəsad törədənləri sevmir!”[29]

Yenə buyurulur: “Musa öz qardaşı Haruna dedi: Qövmüm arasında mənim canişinim ol və (onları) islah et! Fəsad törədənlərin yoluna tabe olma!”[30]

11. Bəni-israilin yer üzündə fəsad törədəcəyini xəbər vermək

“Biz Bəni-israilə kitabda (Tövratda) xəbər verdik ki, yer üzündə iki dəfə fəsad törədəcəksiniz – böyük bir fəsad.”[31]

12. Fəsadın dəf olunması amilləri

“Əgər Allah camaatın bəzisini digərlərinin vasitəsi ilə dəf etməsəydi, yer üzünü fəsad bürüyərdi. Lakin Allah aləmdəkilərə qarşı mərhəmət və ehsan sahibidir.”[32]

13. Fəsad törədənlərin qisimləri:

Firon

Allah-taala buyurur: “Firon yer üzündə üstünlük iddiası edir və onun əhlini müxtəlif qruplara bölürdü. Bir qrupu zəif və bacarıqsızlığa çəkir, oğlanlarını qətlə yetirir və qadınlarını (kənizlik və xidmətçilik üçün) diri saxlayırdı. Şübhəsiz, o, fəsad törədənlərdən idi.”[33]

Qarun

Quranda buyurulur: “Qarun Musanın qövmündən idi, lakin onlara zülm etdi… Allahın sənə verdiyi şeylərdə axirəti qazan və dünyadan olan payını unutma! Allah sənə yaxşılıq və ehsan etdiyi kimi, sən də ehsan et və heç vaxt yer üzündə fəsad törətmə! Çünki Allah fəsad törədənləri sevmir!”[34]

Yəhudilər

Allah-taala buyurur: “Yəhudilər dedilər: “Allahın əlləri bağlıdır!” Öz əlləri bağlı olsun!… Hər vaxt müharibə odunu qızışdırsalar, Allah onu söndürər. Onlar yer üzündə fəsad törətməyə çalışırlar. (Halbuki) Allah fəsad edənləri sevmir.”[35]

Digər bir ayədə buyurulur: “Görmədin sənin Pərvərdigarın Ad qövmü ilə nə etdi?! Əzəmətli İrəm şəhərinə (nə etdi)? Həmin şəhər ki, onun misli ölkələrdə xəlq edilməmişdi! Və Səmud qövmünə ki, dərələrin kənarında böyük salları yonur (və ondan ev və saray) düzəldirdilər?! Və qüdrətli, işgəncə verən Firona (nə etdi)?! Həmin qövmlər ki, şəhərlərdə tüğyan edib çoxlu fəsad törətdilər. Bu səbəblə Allah əzab zərbələrini onlara endirdi!”[36]

Salehin (əleyhis-salam) qövmü

Allah-taala buyurur: “Yada salın o zamanı ki, (Allah) sizi Ad qövmünün canişinləri qərar verdi və yer üzündə yerləşdirdi. Belə ki, çöllərdə özünüz üçün qəsrlər düzəldir və dağlarda özünüz üçün (daşlardan) ev yonurdunuz! Belə isə, Allahın nemətlərini xatırlayın və yer üzündə fəsad törətməyə çalışmayın!”[37]

Şüeybin (əleyhis-salam) qövmü

Allah-taala buyurur: “(Şüeyb dedi:) Ey mənim qövmüm! Ölçü qablarını və çəkiləri ədalətli şəkildə, kamil verin! Camaatın şeylərinə (mallarına) eyb qoymayın və onların haqqını azaltmayın! Yer üzündə fəsad törətməyə çalışmayın!”[38]

Lutun (əleyhis-salam) qövmü

Allah-taala buyurur: “Və Lutu göndərdik, öz qövmünə dedi: “Siz çox çirkin bir əmələ qurşanmışsınız ki, sizdən əvvəl dünya əhalisinin heç biri bu işi görməmişdir! Siz kişilərin ardınca (şəhvətlə) gedir, (insan nəslinin davam etməsi) yolunu kəsir və məclislərinizdə yaramaz işlər görürsünüz?!” Amma onun qövmünün cavabı yalnız bu oldu: “Əgər düz deyirsənsə, ilahi əzabı bizə nazil et!” (Lut) ərz etdi: “Pərvərdigara! Bu pozğun və fəsad törədən camaatın qarşısında mənə yardım et!”[39]

Adil imamın (rəhbərin) əleyhinə qiyam edənlər

Allah-taala buyurur: “Allah və Onun Peyğəmbəri ilə müharibəyə qalxanların, yer üzündə fəsad törədənlərin (silah gücü ilə camaatın can, mal-dövlət və namusunu təhdid edənlərin) cəzası yalnız budur ki, edam olunsunlar.”[40]

Padşahlar

Allah-taala buyurur: “Dedi: Padşahlar abad bir məntəqəyə daxil olduğu zaman onu fəsada çəkirlər.”[41]

Münafiqlər

Allah-taala buyurur: “Onlara (münafiqlərə) “yer üzündə fəsad törətməyin!”- deyildiyi zaman “biz yalnız islahat aparırıq!” – deyə cavab verirlər.”[42]

İsraf edənlər

Allah-taala buyurur: “İsrafkarların (israf edənlərin) fərmanına itaət etməyin! Həmin kəslər ki, yer üzündə fəsad törədir və islahat aparmırlar!”[43]

Qohumluq əlaqələrini kəsənlər

“Əgər (bu göstərişlərdən) üz çevirsəniz, yer üzündə fəsad törətməyinizdən və qohumluq əlaqələrini kəsməyinizdən başqa bir şey təvəqqe edilirmi?!”[44]

“Fasiqlər o kəslərdir ki, Allahla bağlanan əhd-peymanlarını möhkəmləndirdikdən sonra pozur, Allah tərəfindən bərqərar olunmasına əmr edilən qohumluq əlaqələrini kəsir və yer üzündə fəsad törədirlər. Bunlar ziyana uğrayanlardır.”[45]

Sehrkarlar

Allah-taala buyurur: “Sehrkarlar (mübarizə meydanına) gəldiyi zaman Musa onlara dedi: “(Sehr vasitələrindən) nəyi bacarırsınızsa, atın!” Onları atdıqları zaman Musa dedi: “Sizin gətirdiyiniz şeylər sehrdir ki, Allah tezliklə onları batil edəcəkdir. Çünki Allah fəsad törədənlərin əməllərini (heç vaxt) islah etməz!”[46]

Bu hallardan əlavə, bir çox digər ayələr də fəsadın sair cəhətlərinə işarə edir ki, biz onları qısa şəkildə bəyan etdik.[47]

Qeyd olunmalıdır ki, fəsad və fəsad törətməyin müxtəlif səviyyələri vardır. Misal üçün, israf edən adi bir şəxsin fəsadı Fironun törətdiyi fəsadla eyni səviyyədə ola bilməz.

14. Fəsad törədənlərin axır-aqibəti

Allah-taala buyurur: “Sonra onların (əvvəlki peyğəmbərlərin) ardınca Musanı Öz ayələrimizlə Firon və onun ətrafındakılara doğru göndərdik. Amma onlar (haqqı qəbul etməyib) onlara (o ayələrə) zülm etdilər. Gör fəsad törədənlərin axır-aqibəti necə (acınacaqlı) oldu!”[48]

“İlahi əhdi möhkəmləndirdikdən sonra pozan, Allah tərəfindən bərqərar edilməsinə dair əmr olunan şeyləri (qohumluq əlaqələrini) kəsən və yer üzündə fəsad törədənlər lənətə düçar olacaqlar və axirət aləminin pisliyi (və cəzaları) onlara çatacaqdır.”[49]

Mənbələr

[1] “Məcməul-bəhreyn”, 7-ci cild, səh. 231

[2] “Lisanul-ərəb”, 3-cü cild, səh. 335

[3] “Əl-müfrədat”, fəsədə maddəsi

[4] “Şüəra” surəsi, ayə: 152

[5] “Bəqərə” surəsi, ayə: 220

[6] “Əraf” surəsi, ayə: 142

[7] “Sad” surəsi, ayə: 28; “Təfsiri-nümunə”, 10-cu cild, səh. 202.

[8] “Mustədrəkül-vəsail”, 11-ci cild, səh. 187

[9] “Maidə” surəsi, ayə: 16 və “Bəqərə” surəsi, ayə: 257

[10] “Təfsiri-nümunə”, 1-ci cild, səh. 273

[11] “Rum” surəsi, ayə: 41

[12] “Bəqərə” surəsi, ayə: 205

[13] “Məhəmməd (səlləllahu əleyhi və alih)” surəsi, ayə: 22

[14] “Nəml” surəsi, ayə: 34

[15] “Fəcr” surəsi, ayə: 10-12

[16] “Mominun” surəsi, ayə: 71

[17] “Ənbiya” surəsi, ayə: 22

[18] “Ənkəbut” surəsi, ayə: 30

[19] “Əraf” surəsi, ayə 127

[20] “Ğafir” surəsi, ayə: 26

[21] “Nəhl” surəsi, ayə: 88

[22] “Maidə” surəsi, ayə: 33

[23] “Nəhl” surəsi, ayə: 88

[24] “Qəsəs” surəsi, ayə: 83

[25] “Maidə” surəsi, ayə: 64

[26] “Qəsəs” surəsi, ayə: 77

[27] “Sad” surəsi, ayə: 28

[28] “Bəqərə” surəsi, ayə: 11

[29] “Qəsəs” surəsi, ayə: 11

[30] “Əraf” surəsi, ayə: 142

[31] “İsra” surəsi, ayə: 4

[32] “Bəqərə” surəsi, ayə: 251

[33] “Qəsəs” surəsi, ayə: 40

[34] “Qəsəs” surəsi, ayə: 76-77

[35] “Maidə” surəsi, ayə: 64, “İsra” surəsi, ayə: 4

[36] “Fəcr” surəsi, ayə: 6-13; “Əraf” surəsi, ayə: 25 və 27, “Şüəra” surəsi, ayə: 133 və 140

[37] “Əraf” surəsi, ayə: 74

[38] “Hud” surəsi, ayə: 85

[39] “Ənkəbut” surəsi, ayə: 30-38

[40] “Maidə” surəsi, ayə: 33

[41] “Nəml” surəsi, ayə: 34

[42] “Bəqərə” surəsi, ayə: 11

[43] “Şüəra” surəsi, ayə: 151-152

[44] “Məhəmməd (səlləllahu əleyhi və alih)” surəsi, ayə: 22

[45] “Bəqərə” surəsi, ayə: 17, “Rəd” surəsi, ayə: 25

[46] “Yunis” surəsi, ayə: 80 və 81

[47] “Əl-möcəmul-müfəhrəs li əlfazil-Quranil-kərim”, fəsədə maddəsi

[48] “Əraf” surəsi, ayə: 86, 103, “Nəml” surəsi, ayə: 14

[49] “Rəd” surəsi, ayə: 25

Din insan üçündür yoxsa insan din üçün?

Din insan üçündür yoxsa insan din üçün?

Qısa cavab
Baxmayaraq ki, din bir növ insanın fitrətini açıqlayır; yəni insanla din bir dəmir pulun iki tərəfi və yaxud iki üzü kimi sayılır. Nəticə almaq üçün hansı biri o biri üçündür, təyin etmək asan deyil. Amma insanın dünyadakı bütün maarif, elm və işləri özünə ixtisas verməsi bunu açıqlayır ki, din bir nemətdir və Allah Taala onu insanı kamala çatdırmaq üçün göndərmişdir. O insanın kamala çatması üçün bir nərdivandır (pillədir).

Ətraflı cavab
Bu mövzunu başa düşmək üçün əvvəl insan, din və onun faydalarını misal üçün hər bir mürəkkəb əşyanı tanımaq, və yaxud gözə görünməyən varlıqları ki, insan vücudunda vardır tanımaq lazımdır.[1]
A)- İnsanın həqiqəti
İnsan sirlərlə dolu bir varlıqdır. İnsan vücudunda olan varlıqlar o qədərdir ki, onları rahatlıqla tanımaq mümkün deyil. Baxmayaraq ki, tarix boyu bir çox tədqiqatlar aparılmışdır. Amma bir çox sirləri hələdə açıqlaya bilməmişdirlər.[2] beləliklə insan varlığını yaxşı olardı ki, bu cür adlandıraq: Aləm varlığında yarananları özündə birləşdirmiş və Allahın həqiqət və varlığının vacibliyini özündə əks etdirən bir varlıqdır.[3] İnsanın bunları özündə birləşdirməsini tanımağın ən yaxşı yolu, insanların rəbbi olan Allah taalanın Qurani kərimdəki sözlərindən istifadə etməkdir.[4] Bunun üçündə bu mövzularda xülasə və qısa olaraq Qurani kərimdən açıqlayırıq:
İnsan vücudunda bərabər olan qüvvələr:
Quran “Şəms” surəsində insan (nəfs)- ə yer, göy, günəş və ya aydan sonra işarə edir; yəni insan onların səmərə və barıdır, bu bağın gülüdür və varlığın nəticəsi isə insandır. Başqa cür desək ” و الشمس و ضحیها” – dan başlayaraq yeri zikr etdikdən sonra insan haqqın da söz açaraq insanın xüsusiyyətlərini açıqlayaraq buyurur:
«”و نفس و ماسویها”»
O cür ki, günəşin saçması və şüası onun nurundan qaynaqlanır; insanın parlaması isə onun saflıq və təmizliyindən qaynaqlanır; yəni, təadül, o deməkdir ki, insan elə bir cür olmalıdır ki, müxtəlif hissiyyatlar onda bərabər olsun, bir hissəsi o biri hissənin qarçılığında ağır olmasın.
O cür ki, seçim onun üçün rahat olsun və bu bir nöqtədir ki, birlikdə səfərdə olan o biri yoldaşlarından ayrılır.
Bu insanın digər varlıqlardan ayrılması deməkdir; yəni insan bir şeyi bilib tanımadan qəbul etmir, insandakı qüvvələr birləşərək insanı o hədəfə doğru hərəkət etdirir.[5]
Elmin yüksək məqamı:
Quran kərim buyurur: Allah taala Adəmə xüsusi bir elm öyrətdi, mələklər ondan heç bir xəbərləri yox idi. Onlar öz nadanlıqlarını (cahilliklərini) etiraf etdikdən sonra, Adəmə əmr etdiki, o xüsusi elmdən onlara da öyrətsin.[6]
İnsan tək bir varlıqdır ki, ağır bir ilahi əmanəti öz öhdəsinə götürmüşdür.[7]
İnsanın dünyadakı fəaliyyəti:
Allah taala bütün kainatı insanların fəaliyyəti və məskənləşməsi üçün yaratmışdır.
“Siz bilmirsiniz ki, Allah taala bütün yer üzündə və göydə olanları sizin ixtiyarınızda qoymuşdur, aşkarda və batində olan nemətlərini sizin üçün tamamlamışdır.[8]
Allahın yer üzündə xəlifəsi
İnsan tək varlıqdır ki, əzəmətli varlıq olduğu üçün Allahın xəlifəsi olmaq məqamına yol tapmpışdır. Qurani kərim Allahın mələklərlə Adəmi (ə) özünə yer üzündə canişini seçməsi haqda söhbətlərinibu cür açıqlayır; O zaman ki, sənin rəbbin mələklərə dedi: “Mən yer üzündə xəlifə ixtiyar edəcəyəm”[9]
Diqqət etsək, xəlifə kəlməsinin mənasında məlum olur ki, insan yeganə varlıqdır Allahın kamil sifətlərin özündə aşkar etsin. Aləmdə onun xeyir və camal sifətlərini aşkar etsin.
O sür ki, xəlifə (nümayəndə) hər bir baxımdan rəhbərin (haqq taalanın) nümayəndəsidir və onun tərəfindən xəlifə olaraq seçilmişdir. Bunun üçün də, insanı bu məqama seçmək bunu tələb edir ki, insan sonsuz qabiliyyətlərə və istedadlara sahib olub kamil olmağa yiyəlnəsin.[10]
Allaha bağlılıq:
Allah taala Qurani kərimdə insanı hər bir halda möhtac bir varlıq kimi tanıtdırır, onu fəqirliyin özü adlandırır; yəni bütün varlıq o haqq Allaha bağlıdır:
«”یا ایها الناس انتم الفقرا الی الله و الله هو الغنی الحمید”»[11]
Əgər insan özünü möhtac və fəqir olduğunu dərk etsə öz rəbbini ehtiyacsız olaraq tanıyacaq.[12]
«”من عرف نفسه فقد عرف ربه”»[13]
Nəticə alırıq ki, Quran insanın həqiqətini açıqladığı zaman buyurur: İnsan (həyyi mütəal)- dır; yəni diri bir varlıqdır ki, onun həyatı onun təlləsi üzərində aşkar olur. Təllə, bir şeyin Allah qarşısında əriməsi və yumşalması deməkdir. İnsan həqiqəti dəyişilməzdir; çünki o (“حی متألّه”) gözəl surətdə yaradılmışdır. Allah taala o həqiqəti dəyişməz; çünki onun gözəl bir başqası da onu dəyişə bilməz; çünki onu dəyişməyə qüdrəti çatmaz.
“لا تبدیل لخلق الله”[14]
Quran insanı elə tanıtdırır ki, insan bilsin haradan gəlib, haraya gedir və dünyada nə iş hörməlidir.[15]
B)- Dinin həqiqəti:
Dindən məqsəd əqidə, əxlaq və qanuna riayət etmək üçün bir təşkilatdır. Allah onu insanların hidayəti üçün göndərilmişdir. İnsan bunu öyrənməklə öz nəfsini kontrol edib öz azadlığını təmin edir. İlahi din insanın həqiqət və ehtiyaclarına diqqət edib onun üçün proqram tökür ki, onun ehtiyaclarını hər tərəfli olaraq həll etsin. Kamil ilahi dindən məqsəd, islam dinidir ki, bir mənalı olaraq cəmiyyəti və onun hansı işə doğru getməyə hidayət edir.[16]
C)- Fayda və mənfəətin mənası:
Bəzi vaxtlar fayda və mənafe həqiqidir və bəzi vaxtlar isə həqiqi yox məcazidir.
Həqiqi xeyir və mənafe odur ki, insan varlığıyla uyğun olsun və xoşbəxtliyə, səadətə və ləzzətə həmişə olaraq özündə yer versin. İnsan onun özündə olduğunu hiss etdikdə heç bir zaman peşimançılıq hissi keçirməsin; Ədalət, ehsan (yaxşılıq) haqqa qovuşmaq, cənnət, məzlumdan himayət etmək, ehtiyacı olanlara kömək etmək və s. kimiləri həqiqi fayda və xeyirdir.
Amma məcazi və həqiqi olmayan xeyir ondan ibarətdir ki, onda olan ləzzət bir anlıqdır və daimilik deyil; əsər və bədbəxtçiliyi isə uzun müddətli və həmişəlikdir. Duzlu bir sudur susuz insan içdikcə susayır, xəstəni isə ölümə doğru çəkər. Sədrul Mütəllihin deyir: Bəzi ürəklərdə, insanlarla düşmənçilik etmək üçün minlərlə vəsvəsə, yalan və düşmənçilik vardır. Belə bir ürək, qəmin- qüssənin, qəzəb və ağır əzabların bitdiyi bir yerdir. O cəhənnəm quyularından olan bir quyudur qorxulu, sıx və qaranlıq.[17]
Həqiqi xeyir və faydanı, məcazi və həqiqi xeyirdən ayıran yalnız dindir


Nəticə:
Nəticə alırıq ki, kamil ilahi din insanın həqiqətini açıqlamaqda gözəl və ətraflı bir məlumat verən və doğru hisləri hər tərəfli olaraq ona anladır. İnsanın ehtiyacı olan həqiqi niyazlarını, puç və həqiqəti olmayan ehtiyaclardan ayıraraq kömək edir. Çünki, yalnız insanı yaradan bir varlıq insanın həqiqi ehtiyaclarını, puç və mənasız ehtiyaclardan ayırmağa qüdrəti çatır. Bununla belə insanı ilahi məqsədə və kamilliyə doğru yol açır. Başqa sözlə desək insan susuz bir varlıqdır ki, bu susuzluğu yalnız din aradan qaldırır. İnsanın elmdən susuzluğuğa üz çevirməsi, o susuzluğu bir daha artırır və ölümə doğru aparır.
İndiki dövrdə insanlar bütün insanlıq məqamlarını keçmişdir. Bəzi qərb alimlərinin dediyi kimi bəşər dünyanın sonunu öz gözləriylə görmüşdür. Dinə olan ehtiyaclarını dərk edərək vəhyi candan qəbul edir. Buna səslənir ki, nicat yolu yalnız ilahi vəhyi qəbul etməklə və peyğəmbərlərə üz çevirməklə mümkündür.[18]
Bəs bu açıqlama nəticəsində məlum olur ki, din insan üçün gəlmişdir. Əgər bir şəxs insanı din üçün olmasını deyirsə, yenə də sözünü həqiqət üzündən demişdir; çünki, insan əgər öz canını və ruhunu dinə qurban verib Xosvovla Şirin və Leyliylə Məcnun kimi olursa, Behişt bu dünyada onun üçün hazır olur. Onun təravət və şirinliyini canında və ürəkləri osunlayan ətriylə hiss edir.[19]
Bəs hər halda nəticə və faydası insana qayıdır. Əlbəttə bu mətləbi açıqlamaq burada mümkün deyil ətraflı məlumat üçün kitab halında yazmaq lazımdır.

Mənbələr

[1] – Cavadi Amuli, Abdullah, İntizare bəşər əz din, səh 24.
[2] – Məarife islami, cild 1, nehade nümayəndegi, səh 93, Əlavə etməklə.
[3] – Həsənzadə Amuli, Həsən, Mərifəte nəfs, cild 1,
[4] – İntizare bəşər əz din, səh 3, Əlavə etməklə.
[5] – Hairi Şirazi, Əxlaqe islami, səh 4, əlavə etməklə.
[6] – Bəqərə surəsi, ayə 13- 31
[7] – Əhzab surəsi, ayə 72.
[8] – Loğman surəsi, ayə 20
[9] – Bəqərə surəsi ayə 30
[10] – Məarife islami, cild 1 səh 100
[11] – Fatir surəsi, ayə 15
[12] – İntizare bəşər əz din, səh 30
[13] – Biharul- ənvar, cild 2, səh 32.
[14] – Rum surəsi, ayə 30
[15] – İntizare bəşər əz din, səh 30- 31 əlavə etməklə.
[16] – İntizare bəşər əz din, səh 26, əlavə etməklə.
[17] – Şəvahidur- rububiyyə, Sədrül- Mütəllihin, səh 283
[18] – İntizare bəşər əz din, səh 10
[19] – İntizare bəşər əz din, səh 10

Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?

Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?

Qısa cavab

Diqqət yetirmək lazımdır ki, məsum imamların adları Quranda aşkar şəkildə gəlməsə də, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kəlamında onların adları, xüsusi ilə “Qədir” hədisinin aşkar nümunəsi olan Əli (əleyhis-salam)-ın adı tam aşkar şəkildə zikr olunur. Bu hədis Əli (əleyhis-salam)-ın xilafət məqamını rəsmi olaraq bəyan edir. “Qədir” hədisi sənəd cəhətindən mütəvatir və dəlalət baxımından Əli (əleyhis-salam)-ın imamətinə aşkar bir şahiddir.

Bundan əlavə, Quranının özündə də bir çox ayələr Əli (əleyhis-salam)-ın şənində nazil olmuşdur. Onların ən mühümü “Maidə” surəsinin 55-ci ayəsidir. Orada buyurulur:

إِنَّمَا وَلِیُّکُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِینَ آمَنُواْ الَّذِینَ یُقِیمُونَ الصَّلاَةَ وَیُؤْتُونَ الزَّکَاةَ وَهُمْ رَاکِعُونَ

“Sizin rəhbər və vəliniz yalnız Allah, Onun Rəsulu və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.”

Şiə və sünnülərin təfsir, tarix və rəvayət kitablarında qeyd olunur ki, bu ayə Əli (əleyhis-salam)-ın öz üzüyünü namazda – rüku halında sailə (dilənçiyə) verdiyi zaman nazil olmuşdur. Bu ayənin xarici nümunəsi Əli ibni Əbi Talibdən başqa heç kəs deyildir. Deməli, o həzrətin adı Quranda aşkar şəkildə gəlməsə də, o həzrətə dair aşkar işarələr mövcuddur.

O həzrətin adının Quranda aşkar deyilməməsinin səbəbinə gəldikdə isə, heç olmasa iki cavab vermək olar. Əvvəla: Quranının bəyanı bu əsasdadır ki, məsələləri külli şəkildə, ümumi qayda və prinsiplər şəklində bəyan edir, amma onun incəliklərini və xırdalıqlarını bəyan etmir.

İmam Sadiq (əleyhis-salam)-dan “nə üçün imamların adları Quranda gəlməmişdir?” – deyə sual olunan zaman buyurdu: “Allah-taala namaz, zəkat və həcci əsl bir prinsip və külli qanun şəklində nazil etmiş, amma onun xırdalıqlarını bəyan və şərh etməmişdir; bu əməllərin yerinə yetirilmə qaydalarını və hökmlərini dəqiq şəkildə, incəliklərinə qədər Peyğəmbər (səlləllahu əleyhi və alih) bəyan etmişdir. Vilayət barəsində də Peyğəmbərin özü həzrət Əli (əleyhis-salam)-ın və Əhli-beytin xilafətini aşkar bəyan etmişdir. Amma Quranda onların tək-tək adlarının zikr olunmasına ehtiyac yox idi.

İkincisi, belə məsələlər qarşısında çoxlu müxalifət ehtimalı verildiyi üçün məsləhət Quranın belə mühüm mətləbi aşkar olmayan şəkildə – işarə və kinayə ilə bəyan etməsin itələb edirdi. Çünki ehtimal verilirdi ki, imamların imaməti məsələsi ilə müxalifət hüdudları Quranın özü və dinin əsli ilə müxalifətə gətirib çıxartsın. Belə olan halda şübhəsiz, bu iş müsəlmanların xeyrinə və məsləhətinə olmayacaqdı. Yəni əgər Əli ibni Əbi Talib (əleyhis-salam)-ın vilayəti bir ayədə aşkar bəyan edilsəydi, çox hallarda onun vilayəti ilə müxalif olanlar məhz o həzrətlə müxalif olduqlarına görə, həmin ayəni təhrif edər, yaxud Qurandan çıxarardılar. Bu zaman İslamın sonuncu din və Quranın sonuncu əbədi və asimani kitab ünvanı ilə dəyəri aradan gedəcək, hörməti pozulacaqdı.

Halbuki, Allah-taala Quranda buyurur: “Həqiqətən Biz Quranı nazil etdik və Özümüz də onu qoruyub hifz edəcəyik.” Quranın qorunub-saxlanma yollarından biri də budur ki, müxalifət və təhrif stimullarını təbii olaraq aradan qaldırsın. Buna görə də əvvəla, o həzrətin vilayəti tam aşkar şəkildə və adı ilə göstərilməmişdir. İkincisi, Əli (əleyhis-salam)-ın vilayətinə, eləcə də o həzrətin vilayətinin rəsmi olaraq təbliğ edilməsi ilə əlaqədar olan “Təbliğ” ayəsi, Əhli-beytin ismət və paklığını göstərən “Təthir” ayəsi zahirdə nəzərdə tutulan mövzu ilə heç bir əlaqəsi olmayan ayələrin arasında yerləşdirilmişdir ki, təhrif və dəyişiklik məqsədləri mümkün qədər aradan qalxsın, tarix boyu bu səmavi kitab hər növ dəyişiklikdən amanda qalsın.

Ətraflı cavab

Əvvəldə bir neçə məsələyə diqqət yetirmək lazımdır: Əvvəla, məsum imamların, xüsusilə həzrət Əli (əleyhis-salam)-ın mübarək adları Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kəlamında aşkar şəkildə və bir neçə dəfə qeyd olunmuş, o həzrət  özündən sonra Əlinin canişinliyini və vilayətini aşkar qeyd etmişdir. Onun birincisi besətin əvvəllərində, risalətini öz yaxın qohum-əqrəbalarına təbliğ etdiyi zaman idi. Belə ki, həzrət o məclisdə buyurmuşdu: “Mənə iman gətirən ilk şəxs vəsim, vəzirim və canişinim olacaqdır”. Bu zaman həzrət Əli (əleyhis-salam)-dan başqa heç kəs müsbət cavab verməmiş və Peyğəmbər də yığıncağın axırında buyurmuşdu: “Sən məndən sonra vəsim, vəzirim və xəlifəm olacaqsan.”[1]

Digər bir hədis isə Peyğəmbərin Qədir-xumda aşkar şəkildə buyurduğu bu kəlamdır: “Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır.”[2]

Həmçinin “mənzilət” hədisində həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli (əleyhis-salam)-a xitabən buyururdu: “Sənin mənə olan münasibətin Harunun Musaya olan münasibəti kimidir, bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.”[3]

Həzrət Əli (əleyhis-salam)-ın xilafət və canişinliyi ilə əlaqədar buyurulan hədislər əksər hallarda mütəvatirdir və bu məsələyə sünnü və şiə kitablarının çoxunda işarə olunmuşdur.[4]

Digər bir hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alih) məsum imamların adlarını – Həzrət Əlidən Həzrət Höccətə (əleyhimus-salam) qədər – Cabir ibni Əbdüllah Ənsariyə buyurmuşdur.[5]

Deməli, nəzərə almaq lazımdır ki, məsum imamların adları Quranda aşkar şəkildə deyilməsə də, Quranın aşkar buyruğu ilə bütün sözləri haqq və vəhy olan bir şəxsiyyət – Peyğəmbəri-Əkrəm[6] onların adlarını tam aşkar şəkildə bəyan etmiş, onların canişinliyinə və imamət məqamlarına təkid etmişdir.

İkincisi: Qurani-məciddə Əli (əleyhis-salam)-ın vilayətinə dair işarələr vardır. O həzrətin adı aşkar deyilməsə də, bütün müfəssirlər – istər şiə, istərsə də sünnü müfəssirləri – yekdil fikirdədirlər ki, “Maidə” surəsinin 55-ci ayəsi Əli (əleyhis-salam)-ın barəsində nazil olmuşdur və ondan başqa heç bir nümunəsi yoxdur:[7] “Sizin rəhbəriniz və mövlanız yalnız Allah, Onun Rəsulu və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.”

Diqqət yetirmək lazımdır ki, islamda insanın rüku halında zəkat verməsinin vacibliyini göstərən bir göstəriş və qanun yoxdur. Deməli, bu ayə xarici aləmdə bircə dəfə baş verən bir gerçəkliyə işarə edir, bu da Əli (əleyhis-salam)-ın öz üzüyünü rüku halında dilənçiyə verməsi olmuşdur. Belə ki, həzrət Əli rüku halında olarkən işarə etdi və dilənçi gəlib üzüyü onun barmağından çıxardaraq getdi.[8] Buna görə də ayədə buyurulur: “Sizə vilayət və rəhbərlik yalnız və yalnız[9] Allah, Onun Peyğəmbəri və Əlinin öhdəsinədir və onlardan başqa heç kəsin sizə vilayət haqqı yoxdur.”

Bura qədər aydın odu ki, məsum imamların adı Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in mübarək dilində aşkar şəkildə deyilmiş, Quranda da Əli (əleyhis-salam)-ın vilayətinə dair üstüörtülü, kinayəli işarələr gəlmişdir. Belə ki, haqq-həqiqəti axtarmaq məqamına gələn tədqiqatçı və insaflı bir şəxs azacıq tədqiqat və araşdırılma ilə başa düşər ki, Peyğəmbərin özündən sonra imamət və canişinlik barəsindəki nəzəri – Əli (əleyhis-salam) və onun pak, mütəhhər övladlarının xilafəti olmuşdur. Amma imamların adlarının nə üçün Quranda aşkar deyilmədiyinə gəldikdə isə, bunu iki dəlili ola bilər:

1. Quranın bəyan üslubu belədir ki, məsələləri külli şəkildə bəyan edir, onun incəliklərinə dəxalət edərək şərh etmir. Belə ki, üsuli-din və fürui-dinin əksər məslər belədir.

Bu cavab imam Sadiq (əleyhis-salam)-dan nəql olunan bir rəvayətdə[10] təqdim olunur. İmam bu kəlamın təkidi üçün üç misal göstərir: Biri budur ki, Quran namaz məsələsini külli şəkildə irəli çəkir və necə qılınmalı olduğunu, hər namazın neçə rəkəti olduğunu heç vaxt buyurmur. Lakin Peyğəmbər (səlləllahu əleyhi və alih) namazın qılınma qaydasını, rəkətlərinin sayını müsəlmanlar üçün bəyan edir. Digəri isə zəkat məsələsidir. Quranda o, ümumi bir prinsip (və şəri qanun) şəklində bəyan edilir. Peyğəmbər isə zəkatın hansı şeylərə düşməsini, hər birinin nisab hədinin nə qədər olduğunu təyin edir. Üçüncü isə həcc məsələsidir. Quranda yalnız onun vacib olması deyilir, Peyğəmbər isə onun yerinə yetirilmə qayda-qanunlarını şəxsən müsəlmanlara təlim verib bəyan edir.[11]

Deməli, Quranın bütün hallarda məsələlərin tam incəliklərinə qədər bəyan etməsini təvəqqe etmək yersiz bir təvəqqedir. İmamət və xilafət məsələsində Əhli-beytin adlarının bir-bir və aşkar şəkildə çəkilməməsi isə Əhli-beyt məktəbinə sarılmağın vacib olmamasına dair bir dəlil deyildir. Necə ki, zöhr namazının dörd rəkət olması Quranda gəlmədiyini bəhanə edərək onu tərk etmək və ya iki rəkət qılmaq olmaz. Eləcə də həcdə yeddi təvaf yerinə yetirilməsi Quranda gəlmədiyi üçün təvafı və ya həcci tərk etmək olmaz.

2. Çoxlarının müxalifət etməsi ehtimal verilən belə məsələlərdə məsləhət bunu tələb edir ki, Quran mətləbi aşkar (birbaşa) olmayan vasitələrlə bəyan etsin. Çünki ehtimal verilir ki, Əli (əleyhis-salam)-ın imamət məsələsi ilə müxalifətin hüdudları Qurani-məcidin özü ilə müxalifətə də gətirib çıxarsın, bu da şübhəsiz, müsəlmanların məsləhətinə olmazdı.

Əlbəttə, diqqət yetirmək lazımdır ki, Quranın özü “həqiqətən Biz onu nazil etdik və Biz də onu qoruyub hifz edəcəyik” deyə buyurmuşdur.[12] Bu müqəddəs kitabın təhriflərdən, artırıb-azaldılmadan qorunma yollarından biri də elə şəkildə bəyan olunmasıdır ki, onun təhrif edilib dəyişdirilməsi üçün mövcud olan stimullar özünü zahirdə müsəlman kimi göstərən münafiqlərdən alınsın, hər hansı bir şəxs, yaxud qrup həva-həvəsə itaət, yaxud şəxsi ixtilaflar ucbatından Quranı təhrif etməsin və ya heç olmazsa, öz istəkləri əsasında yozmasınlar, nəticədə Quranın hörməti və dəyəri aradan getməsin.[13]

Ustad şəhid Mütəhhəri (r) öz bəyanında bu cavabı aşağıdakı şəkildə qələmə alır: “Nə üçün Əli (əleyhis-salam)-ın imamət və xilafəti Quranda dəqiq şəkildə və şəxsən adı ilə bəyan olunmamışdır?” – sualına gəldikdə isə, belə cavab verilir ki, əvvəla: Quranın əsası məsələləri ümumi prinsip və küllü qaydalar şəkilində bəyan etməkdir. İkincisi, Allah-taala, yaxud Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) müəyyən insanların həvayi-nəfslərinə tabe olduqları üçün müxalifətə qalxacaqları bir məsələni aşkar şəkildə irəli çəkmək istəməmişdir. Hətta məsələnin irəli çəkildiyi formanı da bu kimi insanlar müəyyən yollarla yozaraq öz şəxsi fikirlərini tətbiq etmiş və demişlər ki, Peyğəmbərin məqsədi filan-filan şeylərdir. Yəni əgər bu xüsusda aşkar şəkildə bir ayə nazil olsaydı, yenə də onu başqa mənalara yozacaqdır. Peyğəmbərin aşkar şəkildə buyurduğu “Bu Əli sizin mövlanızdır” kəlamından da aşkar bəyan tapmaq olarmı?! Lakin o həzrətin bu qədər aşkar şəkildə buyurduğu kəlamı yerə vurmaqla, onun vəfatından sonra Quranın aşkar bəyanını  yerə vurmaq tam ayrı-ayrı şeylərdi. Mən həzrət Əli (əleyhis-salam)-ın xilafəti dövründə baş verən bir hadisəni “Xilafət və vilayət” kitabının müqəddiməsində nəql etmişəm: Yəhudi bir şəxs islamın əvvəllərində baş verən xoşagəlməz hadisələri onların üzünə çəkərək  bütün müsəlmanları təhqir etmək istəyirdi (insafla desək, təhqir etməyə də yeri vardı). O, həzrət Əli (əleyhis-salam)-a dedi: – Hələ Peyğəmbərinizin dəfn işi qurtarmamışdı ki, onun barəsində ixtilaf etdiniz!

Əli (əleyhis-salam) buyurdu:

اِناَّ اخْتَلَفْنٰا عَنْهُ لاَ فِیهِ وَ لـٰکِنَّکُمْ مَاجَفَّتْ اَرْجُلُکُمْ مِنَ الْبَحْرِ حَتَّى قُلْتُمْ لِنَبِیِّکُمْ: اِجْعَلْ لَنَا اِلـٰهًا کَمٰا لَهُمْ آلِهَةٌ. فَقٰالَ: اِنَّکُمْ قَوْمٌ تَجْهَلُونَ

“Biz Peyğəmbərin barəsində ixtilaf etmədik; bizim ixtilafımız Peyğəmbərdən bizə gəlib çatan göstəriş barəsində idi. Lakin siz dəryadan keçəndən sonra hələ dəryanın ayaqlarınızda qalan suyu qurumamış peyğəmbərinizdən istədiniz ki, tövhidin ilkin prinsipini ayaq altına qoyasınız! Siz dediniz ki, “bunların malik olduqları büt kimi bizim üçün də bir büt düzəlt!” Deməli, bizim üçün baş verənlərlə sizin üçün baş verənlər arasında çox dərin fərqlər vardır; biz Peyğəmbərin özünün barəsində ixtilaf etmədik, ixtilafımız sadəcə Peyğəmbərin buyurduğunun məfhum və mahiyyətinin nə olmasında idi! Bunların arasında çox fərq vardır:  bir işi hər bir halda yerinə yetirsələr, xaricdə onun izahı belə olsun (nəinki, həqiqətdə də belə olmuş olsun) və desinlər ki, onlar bu xətaya düsünlər və güman etsinlər ki, Peyğəmbərin məqsədi bu imiş. Nəticədə Peyğəmbərin kəlamını bu şəkildə izah etsinlər. Yaxud desinlər ki, Quranın aşkar buyruğunu kənara qoydular, yaxud Quranı təhrif etdilər.”[14]

Demək olar ki, məsum imamlarının adının, heç olmazsa, Əli (əleyhis-salam) adının Quranda aşkar şəkildə deyilməməsinin ilk əsas məqsədi Quranın təhrifdən və azaldılıb-çoxaldılmaqdan qorunması olmuşdur. Gördüyünüz kimi “Təthir” ayəsi,[15] “Təbliğ” ayəsi,[16] və “Vilayət” ayəsi[17] Peyğəmbərin qadınlarına aid olan ayələr arasında, yaxud kitab əhli ilə dostluq edilməsinin hökmlərini bəyan edən ayələrin arasında gəlmişdir ki, zahirdə məsum imamların vilayəti ilə heç bir əlaqəsi yoxdur. Lakin tədqiqatçı bir şəxs azacıq diqqət yetirməklə başa düşür ki, ayələrin bu cür düzümü əvvəldəki və sonrakı ayələrdən tamamilə fərqlidir ki, müəyyən məqsədlə həmin yerdə yerləşdirilmişdir.[18]

Mənbələr

[1] İbni Bitriq, “Əl-umdə”, səh. 121 və 133; Seyid Haşim Bəhrani, “Ğayətul-məram”, səh. 320; Əllamə Əmini, “Əl-qədir”, 2-ci cild, səh. 278

[2] Bu hədis mütəvatirdir və sünnü-şiələrin kitablarında gəlmişdir. Dəyərli “Əl-qədir” kitabında bu hədisin raviləri başda altmış nəfər Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabəsi olmaqla 14-cü əsrə qədər (hər bir əsrdə) qeyd olunmuşdur. Belə ki, sünnü kitablarında onlar bu hədisin raviləri hesab olunur və adları kitablarda qeyd olunmuşdur. Həmçinin Mərhum Mir Hamid Hüseyninin “Əbəqat” kitabında “Qədir” hədisinin mütəvatir olması sübuta yetirilmişdir. Bax: “Əl-qədir”, 1-ci cild, səh. 14-114; İbni Məğazili, “Mənaqib”, səh. 25-26; Mütəhhəri, Mürtəza, “İmamət və rəhbərlik”, səh. 72-73

[3] “Əl-umdə”, səh. 173-175; Əhməd ibni Hənbəl, “Müsnədi Əhməd”, 3-ci cild, səh. 32; “Əl-qədir”, 1-ci cild, səh. 51, 3-cü cild, səh. 197-201

[4] Əli (əleyhis-salam)-ın imaməti ilə əlaqədar hədislərin mütəvatir olması “Əl-qədir” və “Əbəqat” kitablarında çoxlu yorulmaz səylərlə isbat olunmuşdur. Sünnü alimlərindən olan Fazil Quşçi də bəzi rəvayətlərin mütəvatir olmasını rədd etmir. Bax: Xacə Nəsirəddin Tusinin (r) yazdığı “Təcridul-etiqad” kitabına Quşçinin şərhi

[5] Məhəmməd ibni Həsən Hurr Amili, “İsbatul-Hudad”, 3-cü cild, səh. 123; Süleyman ibni İbrahim Qənduzi, “Yənabiul-məvəddət”, səh. 494; “Ğayətul-məram”, 10-cu cild, səh. 267; Misbah Yəzdinin “Əqaid təlimləri”ndən nəqlən, 2-ci cild, səh. 185

[6] “Nəcm” surəsi, 3 və 4

[7] Bax: Təfsir kitabları, sözügedən ayənin təfsirində: Fəxruddin Razi, “Təfsiri Kəbir”, 12-ci cild, səh. 25; “Təfsiri-nümunə”, 4-cü cild, səh. 421-430; Cəlaləddin Süyuti, “Durrul-mənsur”, 2-ci cild, səh. 393.

Həmçinin bu hadisə sünnülərin rəvayət kitablarında da nəql olunmuşdur: “Zəxairul-uqba”, Mühubbudin Təbəri, səh. 88; Cəlaləddin Süyuti “Lubabun-nuqul”, səh. 90; Əlauddin Əli Müttəqi, “Kənzul-ummal”, 6-cı cild, səh. 391 və digər sünnü alimlərini qeyd etmək olar ki, onların bəziləri “Təfsiri-nümunə”, 4-cü cild, səh. 425-də qeyd olunmuşdur.

[8] Ustad Mütəhhərinin “İmamət və rəhbərlik” kitabının təhlilindən, səh. 38

[9] Nəhv (sintaktika) alimlərinin dediyinə görə “innəma” kəlməsi həsrə dəlalət edir. Bax: “Muxtəsərul-məani”

[10] Kuleyni, “Kafi”, “höccət” kitabı, “ma nəssəllahu və Rəsuluhu ələl-əimməti vahidən fəvahidən” babı, 1-ci cild

[11] Rəvayətin mətni belədir:

عَنْ اَبِى بَصِیرٍ قٰالَ: سَاَلْتُ اَبَا عَبْدِ اللهِ (ع) عَنْ قَوْلِ اللهِ عَزَّ وَجَلَّ “اَطِیعُوا اللهَ وَ اَطِیعُوا الرَّسُولَ وَ اُولِى الْاَمْرِ مِنْکُمْ”، فَقٰالَ (ع) نَزَلَتْ فِى عَلِىِّ بْنِ اَبِى طَالِبٍ وَ الْحَسَنِ وَ الْحُسَیْنِ فَقُلْتُ لَهُ: اِنَّ النَّاسَ یَقُولُونَ: فَمَا لَهُ لَمْ یُسَمِّ عَلِیاًّ وَ اَهْلَ بَیْتِهِ فِى کِتَابِ اللهِ عَزَّ وَجَلَّ؟ قٰالَ (ع) قُولُوا لَهُمْ: اِنَّ رَسُولَ اللهِ نَزَلَتْ عَلَیْهِ الصَّلاَةُ وَ لَمْ یُسَمِّ اللهُ لَهُمْ ثَلاَثاً وَ اَرْبَعًا، حَتَّى کاَنَ رَسُولُ اللهِ هُوَ الَّذِى فَسَّرَ لَهُمْ ذٰلِکَ .وَ نَزَلَتْ عَلَیْهِ الزَّکَاةُ وَ لَمْ یُسَمِّ لَهُمْ مِنْ کُلِّ اَرْبَعِینَ دِرْهَماً، حَتَّى کَانَ رَسُولُ اللهِ هُوَ الَّذِى فَسَّرَ لَهُمْ ذٰلِکَ .وَ نَزَلَ الْحَجُّ فَلَمْ یَقُلْ لَهُمْ طُوفُوا اُسْبُوعاً حَتىَّ کَانَ رَسُولُ اللهِ هُوَ الَّذِى فَسَّرَ لَهُمْ ذٰلِکَ.

[12] Bu məsələni ustad Hadəvi Tehrani özünün “İctihadın kəlam əsasları” dərs yığıncağında təqdim etmişdir ki, “İctihadın kəlam əsasları” kitabının 2-ci cildində çap olunacaqdır.

[13] Yenə orada

[14] “İmamət və rəhbərlik”, səh. 109-110, 27-ci çap, “Sədra” nəşriyyatı, Tehran, 1381 (2002)

[15] “Əhzab” surəsi, ayə: 33 إِنَّمَا یُرِیدُ اللَّهُ لِیُذْهِبَ عَنکُمُ الرِّجْسَ أَهْلَ الْبَیْتِ وَیُطَهِّرَکُمْ تَطْهِیرًا

“Həqiqətən Allahın iradəsi bu olmuşdur ki, hər növ (zahiri və batini) çirkinliyi siz Əhli-Beytdən uzaqlaşdırsın və sizi pak-pakizə qərar versin.” Bu ayə Peyğəmbərin qadınları ilə əlaqədar nazil olan ayələrin arasında yerləşdirilmişdir.

[16] “Maidə” surəsi, ayə: 67 “Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanları bəyan et; əgər etməsən, risaləti yerinə yetirməmişsən.” Bu ayə murdar olmuş heyvan və haram ətlərlə əlaqədar nazil olan ayələrin arasında yerləşdirilmişdir.

[17] “Maidə” surəsinin 55-ci (“innəma vəliyyukumullah…”) ayəsi yəhudi və məsihilərlə dostluq etməməklə əlaqədar ayələrin arasında yerləşdirilmişdir.

[18] Bu məsələ də ustad Hadəvi Tehraninin “İctihadın kəlami əsasları” dərslərindən əldə olunur ki, kitabın 2-ci cildində çap olunacaqdır.

Həyatdan məqsəd nədir?

Həyatdan məqsəd nədir?

Sual

Mən bir cavanam və çox istəyirdim bilim həyatda yaşamaqdan məqsəd nədir. Mən bir neçə tələbəylə həyatdan məqsəd və bir müsəlmanın necə yaşaması barəsində onlarla söhbət etdim, onlar deyirlər ki, mən İmamlardan birini ülgü olaraq nəzərdə tutmalıyam. Amma mən bir müddət həzrət Əlini (ə) ülgü tutdum amma o həzrətin Nəhcül- bəlağədə bir çox sözlərinin bir- birinin əksinə olduğunu müşahidə etdim. Misal üçün o həzrətin hikmətlərindən birində gəlmişdir ki, mömin gecə və gündüzünü üç hissəyə bölməlidir, bir hissəsi ibadət, bir hissəsi ruzisini əldə etmək və digər bir hissəsini isə evi və halal ləzzətlər üçün.
Bu hikmətdə başqa varlıqlardan söz açılmışdır misal üçün elm və başqa şeylər, xahiş edirəm mənə yol göstərin ki, öz həyatıma necə cəhət verim və kamiş bir insanın yoluna davam edim?

Qısa cavab

İslam təlim və göstərişlərində, son dərəcədə həyatdan məqsəd işarə olunmuşdur. Quran Kərim insan həyatından məqsəd Allaha bəndəlik və onun sayəsində dünya və axirətdə mənəvi kamal və səadətə yol olmasını bildirmişdir. Başqa cür desək insanın həyatı və yaranmasından məqsəd gözəl əməl sahibi olmaq müsabiqəsi kimi bildirmişdir. Rəvayətlərdə yaradılmışdan məqsədin bir çox hissələrinə işarə olunmuşdur. Məsum İmamların (ə) sözlərindən ibrət götürmək üçün bu nöqtəyə diqqət etmək lazımdır ki, o həzrətin sözlərindən istifadə etmək baxmayaraq ki, hamı üçün mümkündür, amma istəsək bir sözü onlara nisbət verək lazımdır bir sıra şəraitlərə riayət edək ki, ətraflı cavabda onlara işarə olunacaqdır.

Ətraflı cavab

Bizim İslam təlim və tərbiyyəsində hədsiz dərəcədə insan həyatından məqsədin nə olduğuna işarə olunmuşdur. Qurani- kərim insan həyatından məqsəd Allaha bəndəlik və onun sayəsində dünya və axirətdə mənəvi kamal və səadətə yol olmasını bildirmişdir. [1] Başqa cür desək, insanın yaranması və həyatından məqsəd gözəl əməl sahibi olmaq müsabiqəsi kimi də bildirilmişdir. [2] Bu mövzuda əlavə məlumat əldə etmək üçün Əllamə Məclisinin nəhcül bəlağəyə yazdığı şərhin 1, 6 və 7- ci cildlərinə və ya Şəhid Mütəhhərinin təkamole ictimaiye insan kitabına və yaxud saytda bu mövzuda olan suallara [3] müraciət edin.

İmam Sadiq (ə)- dan bizə çatan rəvayətlərdən birində oxuyuruq: İmam Hüseyn (ə) öz əshabının qarşısına gəlib buyurdu: Ulu Tanrı insanları yaratmamışdır yalnız bunun üçün ki, onu tanısınlar, o zaman ki, onu tanıdılar, ona ibadət edəcəklər və o vaxt ki, ona bəndəlik etdilər, ona bəndəlikdən başqa birisinə möhtac olmazlar. [4]

Amma əsl bəhs ki, onu bir azda açıqlamaq lazımdır, Məsum İmamların sözlərindən necə örnək almağın yollarıdır.

Məsum İmamların (ə) sözlərindən örnək almaq üçün bu nöqtəyə diqqət etmək lazımdır: Baxmayaraq ki, o Məsumların sözlərindən ibrət və örnək almaq hamı üçün mümkündür, amma əgər istəsək bir sözü onlara nisbət verək, lazımdır bir sıra şəraitə riayət edək.

1. Onların sözlərinin ümumi və xüsusi olduqlarını seçməyə qüdrətimiz olsun. Mümkündür bir sözü desinlər amma başqa bir hədisdə öz tərəflərindən və yaxud başqa bir Məsum tərəfindən ixtisas vermiş olsun. Bəs bu zaman ümumi bir baxış və diqqətə ehtiyac duyulur. Misal üçün əgər istəsək onların dünya və yaxud həyatdan məqsədin nə olduğunu onların nəzərində bilmək istəsək və desək bu İslamın nəzəridir, lazımdır ki, bir həddə İmamların sözlərinə və onun mənbələrinə nəzər salmalıyıq ki, həqiqətən yəqinimiz olsun, onların bu ümumi sözləri başqa bir yerdə xüsusi bir məna daşımır.

2.Bu qüdrətimiz olmalıdır ki, mütləq deyilən sözü qeyd gətirilmiş sözdən ayıra bilək və yəqinimiz olsun ki, İmamın sözü başqa bir yerdə qeyd şəklində gəlmişdir.

3.Bəzi yerlərdə nəzərə çarpır ki, İmamın bəzi sözləri məxsus bir zaman üçün olmuşdur ki, başqa Məsum tərəfindən zamanın məhdudiyyət çərçivəsində olması açıqlanmışdır; ki, din terminində ona nasix və mənsux deyirlər. Bir məsələni Məsuma nisbət vermək üçün sözlərini nasix və mənsux olmasından yəqinimiz olmalıdır.

4.Qüdrətimiz olmalıdır onların sözlərini dərəcələrə bölək, bəzi vaxtlar bir məsələni savadsız və avam insanlar üçün açıqlayırdılar ki, lazımdır orta və yüksək dərəcədə olan sözlərdən seçilsin. Misal üçün bu sual Məsum İmamlardan bir neçəsindən soruşmuşdur ki, Allah buna qadirdir ki, dünyanı bu böyüklüyü ilə bir yumurtada yerləşdirsin o halda ki, yumurta böyüməsin və dünya kiçilməsin! İmamlar insanların öz həddində onların cavabını vermişdirlər. Bəziləri üçün gözü misal gətirmişdirlər ki, necə Allah Taala dünyanı yumurtadan da kiçik bir şeyrə yerləşdirmişdir; çünki bu sual bəziləri üçün həll olmamışdır başqa etiqadı bir məsələni açıqlamışdırlar. [5]

Bəs nəzərə çarpmır ki, Nəhcül- bəlağə kimi bir kitabın sözlərindən ki, böyük müsəlman alimləri və hətta başqa məzhəblərdə olan şəxslər öz itirdiklərini onda tapmışdırlar, bir- birinin əksinə olan sözlər olsun. [6]

Amma elm öyrənmək barəsində demək lazımdır əgər böyük Kafi kitabının əl- elm və əl- cəhl babına müraciət olunsa İslamın elm və onun əhəmiyyəti barəsində olan nəzəriyyəsi məlum olar.

Həmin babda (bölmədə) gəlmişdir ki, elm öyrənmək ibadətdir, bəlkə ən yüksək ibadətlərdən sayılır. Bəs İmamın (ə) bu cür hissəyə bölməsi düzgündür ki, buyurur: Öz gücünüzü üç hissəyə bölün; çünki elm öyrənmək də ibadətdir. Nümunə üçün həmin babdan bir rəvayəti İmam Əli (ə)- dan ki, elmin əhəmiyyəti barəsindədir İşarə edirik:

İmam buyurur: Dinin kamilliyi elm öyrənmək və ona əməl etməkdir. Agah (bilin) olun ki, elm öyrənmək ruzi əldə etməkdən də sizin üçün vacibdir. [7]

Sonda sizə tövsiyə edirik bu cür məqamlarda, din alimləri və o şəxslər ki, öz pmürlərini Əhli- beytin sözlərini dərk etmək üçün sərf etmişdirlər, rabitə yaradın və onlardan istifadə edin. Əlbəttə ehtiyatlı olun bəzi insanlar cavanların pusqusunda oturmuşdurlar və onları öz yollarına zövq verirlər. Bir yola dəvət edirlər ki, nəticəsi Allaha dünya və axirət səadəti deyildir. Müvəffəq olun.

Mənbələr

[1]   – Zariyat surəsi, ayə 56.

[2]   – Hud surəsi, ayə 7, Mülk surəsi, ayə 2.

[3]   – Göstərici: Yaradılışdan məqsəd, sual 7927 (sayt 8045) Göstərici: İnsan yaradılışından məqsəd, sual 11670. (sayt 11518)Göstərici İnsan yaradılışından məqsəd, sual 13906 (sayt 13717) göstərici: Dünya və insan yaradılışından məqsəd, sual 1052, (sayt 1268).

[4]   – Uləluş- şəraye, Səduq; götürülüb Əl- mizan, cild 17, səh 423.

« ان الله عزوجل ما خلق العباد الا لیعرفوه، فإذا عرفوه عبدوه، فإذا عبدوه استغنوا بعبادته عن عبادة من سواه »

[5] – Məclisi, Məhəmməd Təqi, Biharul- ənvar, cild 4. Səh 143.

[6]   – Müraciət edin: Mutəhhəri, Aşnayi ba Nəhcül- bəlağə; və nəhcül- bəlağənin müqəddiməsi Məhəmməd Əbduh, Misr Müfdisinin şərhiylə.

[7]   – Kuleyni, Məhəmməd ibni Yəqub. Əl- Kafi, cild 1, səh 30.

« قَالَ سَمِعْتُ أَمِیرَ الْمُؤْمِنِینَ یَقُولُ أَیُّهَا النَّاسُ اعْلَمُوا أَنَّ کَمَالَ الدِّینِ طَلَبُ الْعِلْمِ وَ الْعَمَلُ بِهِ أَلَا وَ إِنَّ طَلَبَ الْعِلْمِ أَوْجَبُ عَلَیْکُمْ مِنْ طَلَبِ الرزق. »

Fətva verməyin əsasları nələrdir?

Fətva verməyin əsasları nələrdir?

Qısa cavab

İctihad sözü lüğətdə, çətinliyə dözmək,habelə ,qüdrət və bacarıq deməkdir.Fəhiqlərin terminində isə, ictihad, elmi səylərdən maksimum istifadə etməklə şəri hökmləri İslami mənbələrdən və dəlillərindən çıxarmaq və əldə etmək mənasını verir.

Şiə fiqhində, fətvanın əsası ictihad mənbələrinə (Quran, Sünnə, Səbəb və Konsensus) söykənsə də, bu mənbələrdən istifadə edə bilmək üçün,ərəb ədəbiyyatı, Məsum İmamların (ə) ürfi danışıqlarını, məntiq, üsul-fiqhin, rical elmi, Quran və hədisin elmlərini və s, bilmək lazımdır. Hər bir fəqih bu elmlərdən savayı,bütün məsələlərdə söykənə biləcəyi əsası olmalıdır ki,o əsasa söykənməklə,ictihad mənbələrindən bəhrə apara bilsin.

Ətraflı cavab

İctihat “Cəhədə” (cim hərfini fəthəylə oxusaq)[1] kökündən olub,çətinliklərə dözmək,habelə qüdrət və bacarıq (cəhədə – cim hərfini zəmzlə oxusaq-kökündən olarsa )[2] mənalarını verir. Ancaq fəhiqlərin terminology mənasında isə, ictihad, elmi səylərdən maksimum istifadə etməklə şəri hökmləri İslami mənbələrdən və dəlillərindən çıxarmaq və əldə etmək mənasını verir.

Şiə fiqhində, fətvanın əsası ictihad mənbələrinə (Quran, Sünnə, Səbəb və Konsensus) söykənsə də, bu mənbələrdən istifadə edə bilomək üçün,ərəb ədəbiyyatı, Məsum İmamların (ə) ürfi danışıqlarını, məntiq, üsul-fiqhin, rical elmi, Quran və hədisin elmlərini və s[3], bilmək lazımdır. Hər bir fəqih bu elmlərdən savayı,bütün məsələlərdə söykənə biləcəyi əsası olmalıdır ki,o əsasa söykənməklə,ictihad mənbələrindən bəhrə apara bilsin.

 Məsələn, hədis və rəvayətlərdən istifadə edərkən bir müctəhid, rical elmində qəbul etdiyi əsaslara görə,hansısa bir  rəvayətin sənədini etibarsız hesab edərək ona istinad etmir və bu məsələdə də, başqa heç bir rəvayət və dəlildə  yoxdur. Bu zaman müctehid  bu mövzuda fətva verə bilməz.Bir halda ki,digər müctehidlər o rəvayətin sənədini səhih bilməklə,həmin rəvayətə istinad edə bilərlər.Ətbətdə,qeyd etmək lazımdır ki,bütün müctehidlərin təhlil qabiliyyəti eyni deyildir.Buna görə də,hər bir müctehid hansısa bir ayə və ya rəvayətdən ayı-ayrı nəticələr əldə edə bilər. Hətta mümkündür ki,hansısa bir müctehid müəyyən bir şeyi,hansısa xas bir hökmün mövzusu və misdaqı bilmiş olsun,ancaq,digər müctehidlərin nəzərində belə olmamış olsun.

İndisə,müctehidlərin fətva[4] verərkən istifadə etdikləri əsas mənbə olan Quran,sünnə,icma və əql kimi mənbələrə işarə edəcəyik:

1. Quran, İslam hökmlərinin ilk mənbəsidir və onun qəbul olunması xüsusunda bütün müsəlmanlar yekdildirlər.Ancaq,”uca vəhy görəsən bizlər üçün anlaşılandır ya yox”, “görəsən vəhyin kəlamında dəyişiklik baş verib ya yox” kimi məsələlərdə hər bir müctehid nəzər və rəy sahibi olmalıdır.[5]

2. Sünnə (məsumun sözü,əməli və ya təsdiqi)

Aydındır ki, Peyğəmbərin (s) sözü,əməli və təsdiqinin,bir sözlə sünnənin höccət olması isbata ehtiyacı olsa da Quranın bir-başa göstərişlərini nəzərə alsaq,bu isbat bir o qədər də çətin bir məsələ deyildir və çoxlu bəhslərə də ehtiyacı yoxdur.Buna görə də,İslam alımləri bu məsələni rahat şəkildə qəbul etmişlər.[6] Eyniylə,İmamların sözü və əməli də bizlər üçün höccətdir və İmamiyyə alimləri belə etiqada sahibdirlər:Peyğəmbərin (s) həll yolu olaraq tədarük gördüyü və onu dəfələrlə bəyan etdiyi məsələ “Məsum imamların sünnəsinin höccət olması”[7] məsələsidir. Çünki,Peyğəmbər belə buyurubdur:Mən sizin aranızda iki ağır əmanət qoyuram.Bunlar Allahın kitablı və mənim itrətimdir.Sizlər bu ikisinə müraciət edəcəyiniz təqdirdə, heç vaxt yolunuzu azmayacaqsınız.[8]Bəs,əgər Peyğəmbərin (s) və ya İmamların (ə) hansısa bir əməli xas bir şəkildə yerinə yetirdikləri isbat olsa,yaxud da,başqaları o Həzrətlərin yanında hansısa bir əməli edərdilərsə və  İmamlar da onu təsdiq edirdilərsə,yəni imamlar öz sükutları ilə o əməlin səhihliyini bildirirdilərsə,bu zaman fəqih bu məsələyə istinad edə bilər.[9]

“Görəsən sünnə Quranın müqəyyid və müxəssisi ola bilərmi?” və ya “mövqe, sünnəyə təsir qoya bilərmi”[10] kimi məsələlər barəsində hər bir müctehid rəy və nəzərə sahibi olmalıdır ki ,sünnə vasitəsiylə hər hansı şəri hökmü ələ gətirə bilsin

3. İcma (fəqihlərin bir məsələdə yekdil olması): İmamiyyə alimlərin nəzərində İcma o zaman höccətdir ki,Peyğəmbər (s) və İmamların sözünü açıqlığa çıxartsın.Məsələn, əgər məlum olsa ki, peyğəmbər (s) zamanında bütün müsəlmanlar hansısıa bir məsələ barəsində eyni əqidəyə sahib olmuşlar və eyni cür əməl etmişlər,bütün bunlar buna dəlildir ki,müsəlmanlar həmin hökmü peyğəmbərdən ələ gətirmişlər.Yaxud da ki,hər hansı bir İmamın (ə) əshabı bir məsələdə vəhdətə malik olsalar,bu vəhdət onların həmin məsələni bir başa imamdan öyrənmələrinə dəlildir.Əgər belə olsa,yəqindir ki,həmin icma höccətdir.Ancaq bu höcciyyət icmanın özünə görə deyil də,məsumun sözünü ortaya çıxardığına görə höccət hesab olunur.[11]

4. Əql:İslam təlimlərində əql qədər tərif və təqdir olunmuş başqa bir şey yoxdur.Bu təqdir və tərifdə əqlin bütün həqiqətləri tanıması və əqlin təsirləri,habelə,etiqadi,fərdi,əxlaqi məsələlərdə doğrunu yalnışlardan ayırmaq kimi müxtəlif nötqələrinə diqqə yetirilir.Bütün bunların hamısına baxsaq görərik ki,şəriət sahibinin özü də əqlin zati cəhətdən höccət olmasını bir-başa təsdiqləyir.[12] Bu səbəbdən də,İslam alimləri arasında əql, şəri hökmləri ələ gətirmək üçün bir mənbə olaraq vurğulanır.[13]Bəs,şiə əqidəsinə görə,əgər əql bir məsələdə,yəqin olaraq hökm versə,bu hökm yəqini olduğuna görə əqlin höccət olmasına hökm verilir.[14]

Nəticə olaraq,hər bir fəqih,bu dörd mənbəyə əsaslanaraq və özünün ictihadi əsaslarına söykənərək fətva verir.Əlbətdə,qeyd etməliyik ki,ictihadın əsasları,burada bəyan olunam məsələlərlə kifayətlənmir.

Daha çox məlumat əldə etmək üçün, ustad Hadəvi Tehraninin üsul elmində yazılmış “cözvatul-təəmmulat” əsərini mütailə edə bilərsiniz.

Mənbələr

[1] əl-Nihayə,cild 1,səh 319.

[2] Həmin mənbə

[3] Hadəvi Tehrani,məbaniye kəlamiye ictihad,səh 19 və 20

[4] Fiqh teminində bu mənbələr “ədilleye ərbəə” olaraq yad edilir.

[5] Cənnati,Mühəmməd İbrahim,Mənabeye ictihad,cild 1,səh 76,daha çox məlumat üçün: Hadəvi Tehrani,Məhdi,Fəlsəfeye elm üsul fiqh,dördüncü dəftər,Qurani Kərimin  sadir olmasının əsasları

[6] Əlbətdə çox az sayda şəxslər bunu inkar etmişlər.Bu barədə,Muhəmməd ibn İdris Şafeinin “Kitabul um” kitabında işarə olunubdur.cild 7,səh 250,

[7] Həmin mənbə

[8] Biharul-ənvar cild 23,səh 118

[9] Hadəvi Tehrani,Məhdi,Fəlsəfeye elm üsul fiqh,dördüncü dəftər,sünnətin sadir olmasının əsasları və dəlilləri

[10] Həmin mənbə,səh 75

[11] Əbul-qasim Gərəci,fiq və fəqihlərin tarixi,səh 68

[12] İctihadın mənbələri,cil 1,səh 243

[13] Həmin,səh 224

[14] Şəhid Mütəhhəri,İslam elmləri ilə tanışlıq,cil 3, səh 19



İslam mədəniyyətində məclis ədəbi və qonaqpərvəlik

İslam mədəniyyətində məclis ədəbi və qonaqpərvəlik

OYAQ QAL XƏSTƏLƏNMƏ 16 CI MÖVZU

Rəcəb ayının fəzilətləri-4

Bu yazı görkəmli alim, böyük mühəddis, məşhur fəqih və sinəsi Əhli-beyt (ə) maarifinin xəzinəsi olan cənab Şeyx Səduqun (305–381 hq) “Fəzailu-əşhuris-səlasə” – (üç mübarək ayın fəzilətləri) – kitabından çıxarışdır.  Belə ki, Şeyx Səduq bu kitabda üç mübarək ayın (Rəcəb, Şəban və Rəməzan) fəzilət və əməlləri barəsində 158 hədis hədis rəvayət etmişdir ki, biz Rəcəb ayının daxil olması münasibətilə, bu ayın barəsində olan 18 hədisi tərcümə edib, sizə təqdim edirik.[1]

Amma əvvəlcə Şeyx Səduq haqqında qısa məlumat verməyi məqsədə uyğun bilirik. Çünki bu böyük alimin Şiə ədəbiyyatının bü günə gəlib çıxmasında misilsiz rolu olmuşdur. Buna görə də az da olsa bu alimin həyatı haqqında hamımız bilməliyik.

Şeyx Səquq kimdir?

O, Məhəmməd bin Əli bin Hüseyn bin Musa bin Babuvəyh Qumidir. Hicri tarixi ilə 305 ya 306-cı ildə Qum şəhərində anadan olmuşdur. Atası Qumlu və anası Gilanlıdır (Deyləm).

Şeyx Səduqun atası

Şeyx Səduqun atası Əli bin Hüseyn hicrinin 3 əsrində yaşamış, şiə aləminin böyük alimi və Qum mühəddislərinin (hədis rəvayətçiləri) rəhbəri olmuşdur. Bəzi yazılara görə o, İmam Həsən Əsgəri (ə) zamanında yeniyetmə olmuş və İmam Əsgərinin (ə) ona yazdığı məktub mövcuddur. O, (Əli bin Hüseyn) 329-cu hicri ilində vəfat etmişdir. Bundan sonra (atasının vəfatından) Şeyx Səduq Rey şəhərinə köçmüş və orada yaşamış, yaratmış və 381-ci hicri ilində orada vəfat etmişdir. Məzarı Rey şəhərində ziyarətgahdır.

Tarix və Rical kitablarında yazılanlara əsasən Şeyx Səduq 300-ə yaxın hədis kitabı yazmışdır ki, tarix boyu müxtəlif səbəblər ucbatından məhv olmuş və günümüzdə bu kitablardan yalnız 20-i mövcuddur ki, onlardan “Mən la yəhzuruhul fəqih – əl-Xisal – Səvabul əmal və iqabul əmal – əl-Muqnə – Kəmaluddin – İləluş-şərayi – Uyunu əxbarur-Riza (ə) – Məaniul əxbar”a işarə etmək olar.

Ata və oğlun məqamı

Şeyx Səduq və atasının üstünlükləri barəsində alimlər çox danışıb, yazmışlar ki, biz bu barədə aşağıdakı dastana kifayət edirik:

“Əli bin Hüseyn hələ çox cavan ikən İmam Həsən Əsgəridən (ə) belə bir məktub aldı:

«… امّا بعد اوصيك يا شيخى و معتمدى و فقيهى ابا الحسن على بن الحسين بن بابويه القمّى وفّقك اللَّه لمرضاته و جعل من ولدك اولادا صالحين برحمته،… و عليك بالصبر و انتظار الفرج… فاصبر يا شيخى و معتمدى أبا الحسن و أمر جميع شيعتى بالصبر فانّ الارض للَّه يورثها من يشاء و العاقبة للمتقين و السلام عليك و علی جميع شيعتنا و رحمة اللَّه و بركاته…»

“Ey mənim şeyxim, etmiad etdiyim və fəqihim…! Allah-taala səni Özünü razı olduğu işlərə müvəffəq etsin və sənin nəslində saleh övladlar qərar versin… Səni səbrə və Fərəcin (12-ci imamın) intizarına dəvət edirəm!… Elə isə səbr et və bütün şiələrimi də səbr etməyə çağır!…”[2]

“… Şeyx Səduqun atası (Əli bin Hüseyn) öz əmisi qızı ilə ailə həyatı qurmuşdu. Amma qocalmasına və bu məktubdan illər ötməsinə baxmayaraq övladı olmurdu. Bir gün onun yolu Bağdad şəhərinə düşdü. Bu zaman İmam Zamanın (ə) 3-cü naibi Şeyx Əbul Qasim Hüseyn bin Ruh Bağdadda idi. Əli bin Hüseyn onunla görüşdükdən sonra İmam Zamana (ə) məktub yazır və məktubda İmamdan (ə.c) istəyir ki, İmam onun üçün övlad duası etsin. Və məktubu 3-cü naibdən İmamın (ə.c) hüzuruna göndərir.

Bir müddətdən sonra İmamdan (ə.c) belə bir cavab məktubu gəlir:

“… Allah-taala tezlikə sənə Deyləmli qızından iki xeyirli, əməli-saleh və fəqih (alim) oğlan bəxş edəcəkdir…”.

Bu duadan sonra Əli bin Hüseyn iki və onlardan sonra da bir oğlana sahib oldu (Məhəmməd – Həsən – Hüseyn) ki, hər üçü alim və zahid idilər. Belə ki, Məhəmməd (Səduq) hədis əzbərləməkdə öz zamanında misilsiz idi. Və həmişə iftixar edir və deyirdi ki, mən İmam Zamanın duası ilə dünyaya gəlmişəm!”.[3]

Üç ayın fəzilətləri – “Fəzailu əşhuris-səlasə”

Rəcəb ayının fəzilətləri kitabı – “Kitabu fəzaili şəhri rəcəb”

Bismillahir-rəhmanirrəhim. Əl-həmdu lillahi rəbbil aləmin. Və səlləllahu əla Muhəmmədin və alihi əcməin.

1-ci hədis:

Rəcəb ayında oruc tutmağın savabı.

«عَنْ أَبِي الْحَسَنِ عَلِيِّ بْنِ مُوسَى الرِّضَا (ع) قَالَ مَنْ صَامَ أَوَّلَ يَوْمٍ مِنْ رَجَبٍ رَغْبَةً فِي ثَوَابِ اللَّهِ عَزَّ وَ جَلَّ وَجَبَتْ لَهُ الْجَنَّةُ وَ مَنْ صَامَ يَوْماً فِي وَسَطِهِ شُفِّعَ فِي مِثْلِ رَبِيعَةَ وَ مُضَرَ وَ مَنْ صَامَ فِي آخِرِهِ جَعَلَهُ اللَّهُ مِنْ مُلُوكِ الْجَنَّةِ وَ شَفَّعَهُ فِي أَبِيهِ وَ أُمِّهِ وَ ابْنِهِ وَ ابْنَتِهِ وَ أَخِيهِ وَ عَمِّهِ وَ عَمَّتِهِ وَ خَالِهِ وَ خَالَتِهِ وَ مَعَارِفِهِ وَ جِيرَانِهِ وَ إِنْ كَانَ فِيهِمْ مُسْتَوْجِبٌ لِلنَّارِ»؛

“İmam Rza (ə) buyurur: Hər kəs Rəcəb ayının birinci gününü Allahın savabını ələ gətirmək üçün oruc tutsa, Allah-taala cənnəti ona vacib edər. Hər kəs bu ayın ortasında oruc tutsa Rəbiə və Müzər tayfaları qədər inslanları (yəni çox sayda insanı) şəfaət edər. Və hər kəs bu ayın axırında oruc tutsa Allah-taala onu cənnət şahlarından qərar verəcək və onun şəfaətini ata-anası, oğul-qızı, bacı-qardaşı, bibi, xala, əmi, dayı, qonşuları və tanıdıqları barəsində, əgər onlar oda layiq olsalar da belə, qəbul edəcəkdir”.

2-ci hədis:

Rəcəb ayının orucu odla insan arasında fasilə yaradır.

«عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ سَمِعْتُ النَّبِيَّ (ص) يَقُولُ مَنْ صَامَ يَوْماً مِنْ رَجَبٍ إِيمَاناً وَ احْتِسَاباً جَعَلَ اللَّهُ تَبَارَكَ وَ تَعَالَى بَيْنَهُ وَ بَيْنَ النَّارِ سَبْعِينَ‏ خَنْدَقاً عَرْضُ كُلِّ خَنْدَقٍ مَا بَيْنَ السَّمَاءِ إِلَى الْأَرْض»؛

“Ənəs bin Malik deyir: Eşitdim ki, Peyğəmbər (s) buyurur: Hər kəs Rəcəb ayında iman və qürbət qəsdi ilə (Allaha yaxın olmaq) bir gün oruc tutarsa Allah-Taala Qiyamət günü onunla Cəhənnəm odu arasında yerlə göy arası qədər fasilə yaradacaqdır”.

3-cü hədis:

Rəcəb orucunun savabının miqdarını yalnız Allah bilir!

«عَنْ عَلِيِّ بْنِ سَالِمٍ عَنْ أَبِيهِ قَالَ دَخَلْتُ عَلَى الصَّادِقِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ (ع) فِي رَجَبٍ وَ قَدْ بَقِيَتْ أَيَّامٌ فَلَمَّا نَظَرَ إِلَيَّ قَالَ لِي يَا سَالِمُ هَلْ صُمْتَ فِي هَذَا الشَّهْرِ شَيْئاً قُلْتُ لَا وَ اللَّهِ يَا ابْنَ رَسُولِ اللَّهِ (ص) قَالَ لِي لَقَدْ فَاتَكَ مِنَ الثَّوَابِ مَا لَا يَعْلَمُ مَبْلَغَهُ إِلَّا اللَّهُ عَزَّ وَ جَلَّ إِنَّ هَذَا الشَّهْرَ قَدْ فَضَّلَهُ اللَّهُ وَ عَظَّمَ حُرْمَتَهُ وَ أَوْجَبَ لِلصَّائِمِينَ فِيهِ كَرَامَتَهُ قَالَ قُلْتُ لَهُ يَا ابْنَ رَسُولِ اللَّهِ فَإِنْ صُمْتُ مِمَّا بَقِيَ شَيْئاً هَلْ أَنَالُ فَوْزاً بِبَعْضِ ثَوَابِ الصَّائِمِينَ فِيهِ فَقَالَ يَا سَالِمُ مَنْ صَامَ يَوْماً مِنْ آخِرِ هَذَا الشَّهْرِ كَانَ ذَلِكَ أَمَاناً لَهُ مِنْ شِدَّةِ سَكَرَاتِ الْمَوْتِ وَ أَمَاناً لَهُ مِنْ هَوْلِ الْمُطَّلَعِ وَ عَذَابِ الْقَبْرِ وَ مَنْ صَامَ يَوْمَيْنِ مِنْ آخِرِ هَذَا الشَّهْرِ كَانَ لَهُ بِذَلِكَ جَوَازٌ عَلَى الصِّرَاطِ وَ مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ مِنْ آخِرِ هَذَا الشَّهْرِ أَمِنَ يَوْمَ الْفَزَعِ الْأَكْبَرِ مِنْ أَهْوَالِهِ وَ شَدَائِدِهِ وَ أُعْطِيَ بَرَاءَةً مِنَ النَّارِ»؛

“Əli bin Salim deyir: Rəcəb ayının axırlarında mən İmam Sadiqin (ə) hüzuruna yetişdim. İmam (ə) məni gördükdə buyurdu: Ey Salim bu ay oruc tutdun!

Dedim: Xeyir ey Allahın Rəsulunun oğlu.

İmam (ə) buyurdu: Elə bir savabı itirmisən ki, miqdarını Allahdan başqa heç kəs bilmir. Həqiqətən Allah-Taala bu ayı fəzilətli və hörmətini böyük etmişdir. Öz kəramətini bu ayda oruc tutanlara vacib etmişdir.

Dedim: Ey Allahın Rəsulunun oğlu, əgər qalan günləri oruc tutsam bu ayda oruc tutanların savabına çataram?

İmam (ə) buyurdu: Ey Salim! Hər kəs bu ayın axırından bir gün oruc tutarsa, bu oruc onu ölümün çətinlikləri və qəbrin əzabından amanda saxlayacaqdır. Hər kəs bu ayın axırından iki gün oruc tutarsa, bu onun üçün Sirat körpüsündən keçid vərəqəsi olacaqdır. Və hər kəs bu ayın axırından üç gün oruc tutarsa Qiyamət gününün çətinliklərindən amanda qalacaq və bu oruc  onu Cəhənnəm odundan qoruyacadır”.

4-cü hədis:

Rəcəb ayında oruc tutan, yenidən dünyaya gəlir!

«عَنْ أَبِي جَعْفَرٍ مُحَمَّدِ بْنِ عَلِيٍّ (ع) قَالَ مَنْ صَامَ مِنْ رَجَبٍ يَوْماً وَاحِداً مِنْ أَوَّلِهِ أَوْ وَسَطِهِ أَوْ آخِرِهِ أَوْجَبَ اللَّهُ لَهُ الْجَنَّةَ وَ جَعَلَهُ مَعَنَا فِي دَرَجَاتِنَا [دَرَجَتِنَا] يَوْمَ الْقِيَامَةِ وَ مَنْ صَامَ يَوْمَيْنِ مِنْ رَجَبٍ قِيلَ لَهُ اسْتَأْنِفْ فَقَدْ غُفِرَ لَكَ مَا مَضَى وَ مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ مِنْ رَجَبٍ قِيلَ لَهُ غُفِرَ لَكَ مَا مَضَى وَ مَا بَقِيَ فَاشْفَعْ لِمَنْ شِئْتَ مِنْ مُذْنِبِي إِخْوَانِكَ وَ أَهْلِ مَعْرِفَتِكَ [مَغْفِرَتِكَ‏] وَ مَنْ صَامَ سَبْعَةَ أَيَّامٍ مِنْ رَجَبٍ أُغْلِقَتْ عَنْهُ أَبْوَابُ النِّيرَانِ السَّبْعَةُ وَ مَنْ صَامَ ثَمَانِيَةَ أَيَّامٍ مِنْ رَجَبٍ فُتِحَتْ لَهُ أَبْوَابُ الْجِنَانِ الثَّمَانِيَةُ فَيَدْخُلُهَا مِنْ أَيِّهَا شَاءَ»؛

İmam Baqir (ə) buyurub: “Hər kəs Rəcəb ayının əvvəli ya ortası və ya axırından bir gün oruc tutarsa Allah-Taala Cənnəti ona vacib edəcək və onu Qiyamət günü Bizimlə bir yerdə məşhur edəcəkdir.

Hər kəs Rəcəb ayında iki gün oruc tutarsa (Allah tərəfindən) ona deyilər: Bu gün yenidən həyatına başla (və yaxşı əməllər et) ki, sənin keçmiş günahların bağışlandı.

Və hər kəs Rəcəb ayında üç gün oruc tutarsa ona deyilər: Sənin keçmiş və gələcək (səhvən edəcəyin) günahların bağışlandı. Mömin qardaşlarından kimi istəyirsən (Allahın izni ilə) şəfət et!

Və hər kəs Rəcəb ayında yeddi gün oruc tutarsa yeddi cəhənnəmin qapısı onun üzünə bağlanacaqdır.

Və hər kəs Rəcən ayında səkkiz gün oruc tutarsa, səkkiz Cənnətin qapısı onun üzünə açıq olacaq və hansı qapıdan istəsə daxil olacaqdır”.

5-ci hədis:

Rəcəb ayının orucu Sirat körpüsündən keçid vərəqəsidir.

«قَالَ أَبُو جَعْفَرٍ مُحَمَّدُ بْنُ عَلِيٍّ (ع) مَنْ صَامَ سَبْعَةَ أَيَّامٍ مِنْ رَجَبٍ أَجَازَهُ اللَّهُ عَلَى الصِّرَاطِ وَ أجازه [أَجَارَهُ‏] مِنَ النَّارِ وَ أَوْجَبَ لَهُ غُرُفَاتِ الْجِنَانِ‏»؛

İmam Baqir (ə) buyurub: ” Hər kəs Rəcəb ayında yeddi gün oruc tutarsa Allah-Taala ona Sirat körpüsündən keçməyə icazə, Cəhənnəm odundan nicat verəcək və Cənnət bağlarını ona vacib edəcəkdir”.

6-cı hədis:

Məb`əs günü oruc tutmağın savabı: 60 il ibadət!

«قَالَ الصَّادِقُ جَعْفَرُ بْنُ مُحَمَّدٍ (ع) لَا تَدَعْ صِيَامَ يَوْمِ سَبْعَةٍ وَ عِشْرِينَ مِنْ رَجَبٍ فَإِنَّهُ الْيَوْمُ الَّذِي نَزَلَتْ فِيهِ النُّبُوَّةُ عَلَى مُحَمَّدٍ (ص) وَ ثَوَابُهُ مِثْلُ سِتِّينَ شَهْراً لَكُمْ‏»؛

İmam Sadiq (ə) buyurub: “Rəcəb ayının 27-ci günün orucunu unutmayın ki, bu gün həzrət Məhəmməd (s) Allah-Taala tərəfindən peyğəmbərliyə seçildi. Bu günün orucunun savabı altımış ayın orucunun savabına bərabərdir”. (7-ci hədis: İmam Rzadan (ə) rəvayət olunan hədisdə bu günün savabı 70 ilin orucunun savabına bərabərdir).

8 və 9-cu hədis:

Həzrət Nuh (ə) Rəcəb ayının birinci günü gəmiyə mindi.

«عَنْ أَبِي الْحَسَنِ (ع) قَالَ إِنَّ نُوحاً (ع) رَكِبَ السَّفِينَةَ أَوَّلَ يَوْمٍ مِنْ رَجَبٍ فَأَمَرَ مَنْ مَعَهُ أَنْ يَصُومُوا ذَلِكَ الْيَوْمَ وَ قَالَ مَنْ صَامَ ذَلِكَ تَبَاعَدَتْ عَنْهُ النَّارُ مَسِيرَةَ سَنَةٍ وَ مَنْ صَامَ سَبْعَةَ أَيَّامٍ أُغْلِقَتْ عَنْهُ أَبْوَابُ النِّيرَانِ السَّبْعَةُ وَ مَنْ صَامَ ثَمَانِيَةَ أَيَّامٍ فُتِحَتْ لَهُ الْجِنَانُ الثَّمَانِيَةُ وَ مَنْ صَامَ خَمْسَةَ عَشَرَ يَوْماً أُعْطِيَ مَسْأَلَتَهُ وَ مَنْ زَادَ زَادَهُ اللَّهُ‏»؛

İmam Sadiq (ə) və İmam Kazım (ə) buyurublar: “Nuh (ə) Rəcəb ayının 1-ci günü gəmiyə mindi və onunla yola çıxanlara əmr etdi ki, bu günü oruc tutsunlar”.

Dua və istəklər qəbul olunacaqdır!

Sonra İmam Musa Kazım (ə) buyurur: “Hər kəs bu gündə oruc tutarsa Cəhənnəm odu ondan bir illik fasilə ilə uzaqlaşacaqdır. Hər kəs bu ayda yeddi gün oruc tutsa yeddi cəhənnəmin qapısı onun üzünə bağlanacaqdır. Hər kəs səkkiz gün oruc tutsa səkkiz Cənnətin qapısı onun üzünə açılacaqdır. Hər kəs 15 gün oruc tutarsa dua və istəkləri qəbul olacaqdır. Və hər kəs oruc tutduğu günlərin sayın artırarsa Allah-Taala da savabın miqdarını artıracaqdır”.

10-cu hədis:

“Rəcəb” cənnətdə çay adıdır.  

«عَنْ أَبِي الْحَسَنِ (ع) قَالَ رَجَبٌ نَهَرٌ فِي الْجَنَّةِ أَشَدُّ بَيَاضاً مِنَ اللَّبَنِ وَ أَحْلَى مِنَ الْعَسَلِ مَنْ صَامَ يَوْماً مِنْ رَجَبٍ سَقَاهُ اللَّهُ مِنْ ذَلِكَ النَّهَرِ»؛

İmam Kazım (ə) buyurur: “Rəcəb cənnətdə süddən ağ, baldan şirin bir çaydır. Hər kəs Rəcəb ayında bir gün oruc tutarsa Allah-Taala onu bu çaydan sirab edər”.

11- ci hədis:

Rəcəb ayında yaxşı əməllərin savabı ikiqat yazılır.

«قَالَ أَبُو الْحَسَنِ (ع) رَجَبٌ شَهْرٌ عَظِيمٌ يُضَاعِفُ اللَّهُ فِيهِ الْحَسَنَاتِ وَ يَمْحُو فِيهِ السَّيِّئَاتِ وَ مَنْ صَامَ يَوْماً مِنْ رَجَبٍ تَبَاعَدَتْ عَنْهُ النَّارُ مَسِيرَةَ سَنَةٍ وَ مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ وَجَبَتْ لَهُ الْجَنَّةُ»؛

İmam Kazım (ə) buyurur: “Rəcəb böyük aydır. Allah-Taala bu ayda yaxşılıqları çox yazar. Pis əməlləri əməl dəftərindən silər. Hər kəs bu ayda bir gün oruc tutarsa cəhənnəm odu ondan bir illik yol fasiləsi ilə uzaqlaşar. Hər kəs bu ayda üç gün oruc tutarsa cənnət ona vacib olar”.


[1] –  Fəzailul-əşhurus-səlasə, Şeyx Səduq, Nəşr: Məktəbətul-adab, Nəcəf, 1379 hq, 1-ci çap;

[2] – “Xatəmətul-mustədrək”, Muhəddis Nuri, 3/277; “Ğənaimul-əyyam”, Mirzayi Nuri,1/30; “Məcalisul mominin”, Şuştəri, 1/453; “Tətimmətul muntəha”, Şeyx Abbas Qumi, s.402; “Təsisuş-şiə”, Seyid Həsən Sədr, s.331;

[3] – Əl-ğeybə, Şeyx Tusi, s.308-320; Kəmaluddin, Şeyx Səduq, 2/502/bab:45; Əl-xəraic, Ravəndi, 2/706; Əlamul-vura, Təbərsi, s.451;