Fobiya Yunanca “phobos” sözünden gəlir və Fobos Yunan mifologiyasında qorxu tanrısıdır.
Fobiya insan beyninə olan təzyiqə deyilir. Bu təzyiq insanda qeyri-normal qorxular yaradır. Hansısa keçmişdə olan hadisə ilə bağlı və ya gələcəkdə baş verecək hadisə ücün narahatçılıq keçirərək qorxur. Bu qorxu ürək döyünməsi, baş gicəllənməsi, üz qızarması, üzdə qaşınma və yanma hissi, soyuq tərləmə, titrəmə, tənginəfəslik, boğulma, dumanlı görmə, nəfəs darlığı, udqunmada çətinlik, ani təziq düşməsi, huşunu itirmə, şok və.s ilə müşahidə olunan bir haldır. Panik atakda görünən bütün əlamətlərin demək olar ki, hamısı fobiklərdədə rast gəlinir. Fobiyanın panik atakdan fərqi ondadır ki, fobik nə zaman panikaya düşəcəyini bilir və ordan qaçmağa çalışır. Misal üçün, lift fobiyası olan bir adam liftə minməkdənsə piləkənlə qalxır.
Fobiyalar insanın pataloji psixoloji hissələrindəndir. Emosional mahiyyət etibari ilə qorxu ilə eynidir. Sadəcə olaraq, qorxunun daha kəsin, intensiv və çətin dəfolunan formasıdır. Fobiyanın qorxunun mənşəli olduğu elə adından da görünür. Belə ki, fobiya sözü latın mənşəli olub, qorxu mənasını ifadə edir. Psixiatriyada fobiya dedikdə, adətən, qorxu hissinin patoloji olaraq şiddətli formada özünü göstərməsi başa düşülür. Fobiya qorxunun daha kəsin forması olduğu üçün insanın onu özündən uzaqlaşdırması elə də asan deyildir. Fobiyalar zamanı insan qorxu obyektindən başqa bir şey haqda düşünə bilmir. Onun üçün ancaq bir düşüncə vardır: Qorxu. Buna görə də qorxunun bu növünə əlçəkməz, sarışan, qorxular adını da vermişlər. Vaxtında müalicə olunmazsa, fobiyalar daha kəskinləşə və acı nəticələrə gətirib çıxara bilər. Fobiyalar insanın cəmiyyətə adaptasiya olunmasına, normal fəaliyyət göstərməsinə çox mane olur. Fobiyalar insanın bacarıqlarını layiqincə aşkar edə bilmə imkanlarını azaldır. Bu halları yaşayan insanlar bir çox hallarda öz qorxularının əsassız oldğunu anlasalar da, özləri ilə bacara bilmirlər.
Psixiatrlara görə, bəzi fobiyaların məntiqi surətdə əsaslandırmaq və onlara rasional izah vermək çətindir. İnsanlar bəzi fobiyalar zamanı əsassız amillərdən şiddətlə qorxu hissi keçirirlər. Məsələ, deynofobiyadan əziyyət çəkənlər danışmaqdan dəhşətli dərəcədə qorxarlar. Dekstrofobiya zamanı isə insan sağ tərəfdə qərar tutan hər bir obyektdən qorxmağa başlayar. Bəzi fobiyalar zamanı insan sudan, müxtəlif növ heyvanlardan, fərqli əşyalardan vahimələnməyə başlayar. İnsanların keçirdiyi bu cür qorxu hissləri onların iradəsindən asılı olmayaraq yaranmaqdadır. İlkin məqamlarda asanlıqla müalicə oluna bilən qorxular psixikada özünə yer edəndən sonra aradan qaldırılması da çox çətinləşir Aydındır ki, fobiyaların bəziləri insan üçün həyati bir zərər yaratmasa da, bir qismi insanın yaşayışını məşəqqətli və dözülməz edir, həyatı təhlükə altına belə sala bilər.
Fobiyaların yaşı haqqında onu deyə bilərik ki, onların yaşı insanlığın yaşı qədərdir. Çünki fobiyaların yaranmasına səbəb olan amillər insanın mövcudiyyəti ilə bərabər yaranmağa başlamışdır. Fobiyaların xarakteristikası və onlara tutulmuş şəxslər haqda ilkin məlumatlara müxtəlif qədim ədəbiyyatlarda rast gəlirik. Eramızdan 5 əsr əvvəl “Tibbin atası” olan Hippokrat özünün “Epidemiya” adlı əsərində idarəolunmaz klinik qorxuları təsvir etmişdir. İngilis teoloqu və yazıçısı Robert Barton 1621-ci ildə özünün “Melanxoluyanın anatomiyası” adlı ensiklopedik kitabında fobiyaya tutulmuş bir neçə şəxsin əhvalatını bəyan etmişdir. Onun təsvir etdiyi şəxslərdən biri öləcəyi və ya halının pis olacağı qorxusu ilə evdən kənara çıxmırdı. Kitabda körpü üzərindən keçə bilməyən, şəlaləyə yaxınlaşmayan və hündürlüyə qalxa bilməyən insan haqqında da söhbət açılır. Belə ki, bu insana belə yerklərə yaxınlaşan zaman özünü suya atmaq və hündür yerdən aşağı tullanmaq kimi qarşısı alınmaz fikirlər gəlirmiş. Monten isə belə yazır: “Rastlaştığım bəzi insanlar sıçanı görən zaman (dəhşətdən) halları pis olurdu. Dİgərləri isə yanalarında döşək çırpan zaman belə hallar yaşayrdılar”. Fransız cərrahı Kamyu isə İngiltərə Şahı I Yakovun yalın qılınc görən zaman dəhşətə gəldiyini qeyd edir. I Yakovun Şotlandiya və Fransa şahzadəsi olan anası Mariya Stüard 1566-ci ildə, ona hamilə olan zaman gözü qarşısında müşaviri David Riççon 56 dəfə qılınc zərbəsi almışdır. Bu zaman David Mariyanın ətəklərindən tutaraq onu xilas etməsini istəmişdir. Mariya isə bir qrup qəzəbli şəxslərdə qorxduğu üçün onu xilas edə bilməmişdir. Mümkündür ki, həmin anda ananın keçirdiyi xüsusi formalı qorxu bətində olan övlada ötürülmüşdür.
Son dövrlərdə “fobiya” məfhumu transformasiyaya uğrayaraq öz mənasından başqa mənalarda da işlədildi. Belə ki, hazırda kəskin pis münasibət göstərilən bəzi şeylərə nisbətdə də bu ifadədən istifadə olunur. Məsələn, xristian fobiya (xristianlara qarşı aqressiv kəskin münasibət) rusofobiya (ruslara qarşı nifrət) kimi…
Category: Maraqlı
Din və psixologiya V hissə
Din və həyatın mənası
İnsan gözünü açıb varlığ aləminin əsrarəngiz gözəlliklərini, heyrətamiz və bir-birindən fərqli gerçəklikləri müşahidə etdikdə, insanı düşündürən ən əhəmiyyətli sual, bütün bu fenomenlərin və gerçəkliklərin həqiqətinin nədən ibarət olması və varlığ aləminin sahib olduğu strukturun həqiqəti və mənasından ibarətdir. İnsan psixologiyasının ən mühüm xüsusiyyətindən biridə məna axtarışı və əşyaların gerçək üzünü tanımasından ibarətdir. İnsan özünü dərk edib, varlığ aləminin həqiqəti barədə düşüncəyə vararkən ilk olaraq, özünü kim olduğu, hardan gəlib, hara gedəcəyi kimi fundamental suallara cavab tapmağın arxasında olmuşdur. Buna görə də, bu həyatda mütəfəkkir bir insan üçün hər şeydən önəmli olan məsələ özünün və obyektiv, gerçəklik aləminin sirlərinin mənasına bələd olmaqdır.
Həyatın mənasını dərk etmək, insan üçün ən dəyərli məsələlərdən olub, burada tarix boyu mütəfəkkirlər və filosoflar insanın məna axtarışına uyğun yollar təqdim etmişlər. Eyni zamanda məna axtarışı insanın xarakter, davranış və onun xüsusiyyətini müəyyənləşdirən əsas hərəkətverici qüvvələrdən biridir. “Həqiqət axtarışı” adlanan bu məna axtarışı ilk olaraq insanın dərindən öz varlığına nüfuz edib, öz həyatında məna və məqsədinin, yaradılış sirlərini və həyatına düzgün istiqamət verməsinə qarşı yönəlmiş, eyni zamanda varlığ aləmini mənalandırma cəhdindən ibarətdir. İnsan kimdir? Həyat nədir? Ölümün həqiqəti nədir? ətrafımızda müşahidə etdiyimiz fenomenlər də bizim kimi canlıdır? Kimi fundamental suallar məna axtarışına istiqamət verən suallardır.
Bu mövzunun əsas qayəsi həyat olduğu kimi, eyni ilə bütün varlığ aləminin nöqsan və gözəl surəti ilə tanımaq və dərk etməkdən ibarətdir. İnsan varlığ aləmin dərk etdikdə artıq burada yaşam fəlsəfəsi və həyatın bütün çətinlikləri də insan üçün artıq həll olmuş hesab edilir. Varlığ aləminin sirlərinə bələd olan şəxs, istər-istəməz bütün bu aləmin Yaradıcısının mükəmməl qüdrət və elminə qarşı da inam yaranacaqdır. Buradan anlaşılır ki, din insan həyatına məna bəxş edən ən mükəmməl və ən mühüm vasitələrdən biridir. Təsadüfi deyil ki, Viktor Frankl müasir insanın ən böyük probleminin məna ehtiyacı və arzusunun aradan qaldırılmasında görür.
Deməli çağdaş və müasir insanın ən böyük mənəvi ehtiyacı sahib olduğu dəyərlərə məna verə bilməmək, yaşadığı həyatın həqiqətinin nədən ibarət olmasına qarşı biganəlikdədir. Müasir insanın ən böyük boşluğu özünə və yaşadığı aləmin həqiqətinə qarşı biganə rəftar etməsi və bütün bu əsrarəngiz aləmin sirlərinə bələd olmamasında görmək olar. Buradan anlaşılır ki, insanın və varlığ aləminin sahibi olan böyük və uca Allah yaşadığımız aləmin sirlərini insanlara anlatmaq üçün bir sıra dəyərlər və ideoloji sistem nazil etmişdir ki, insanlar məhz bu vasitə ilə yaşadığı və sahib olduğu dəyərləri dərindən dərk etsin və aləmin sirlərinə bələd olsun. Din məhz bu səbəbə nazil olaraq, insanların həqiqətini onlara bildirmiş və insanın ətraf aləmə qarşı da biganə olmamağa səsləmişdir.
Çağdaş dünyanın ən qlobal problemi məhz insanların həyatının nə məna kəsb etməsidir. Din mənalı həyatın formalaşmasına yardım edib, həm də, müasir insanı dövrün xəstəliyi olan mənasızlıqdan xilas etməkdir. Məna axtarışının insan həyatında malik olduğu təsir gücünü və dəyərini müəyyənləşdirmək məqsədi ilə müxtəlif məkan və zamanlarda bir çox araşdırmalar aparılmışdır. Bu araşdırmaların nəticəsinə əsasən insanların 80-90 % i üçün həyatda bir məna tapmaq onların ən əsas ehtiyacları olması müəyyən edilmişdir. Məna axtarışında olan insan ən münasiob həll yolunu tapmaq və və beləcə, ona hakim olan gərginlik və təzadlardan xilas olmaq məqsədilə həll yolu axtarır. Bu məqsədlə bəzən elmə, bəzən ideologiyalara, bəzən də dinə müraciət edir. Ancaq burada müşahidə edilirki, müasir elmi və ideoloji cərəyanların əksəriyyəti insanın qarşılaşdığı bu kimi fundamental suallara qane edici cavablar təqdim etməkdə acizliyini biruzə verir. Din məhz vəhyə söykəndiyi üçün (aydındır ki, burada dində məqsəd kamil din olan İslam dinidir) insanların qarşısında olduqca mühüm və lazımlı biliklər və cavablar təqdim edir. Beləliklə buradan anlaşılır ki, mənasızlıqdan xilas olmaq və həyata məna vermək üçün dini dəyərlərin lüzumu burada açıq-aşkar özünü biruzə verir, və burada dini dəyərlər ilə həyatın mənalı olması arasında olan dərin bağlılığı bir daha özünü göstərir.
Din bütün varlığ aləmini şərh edən, qeyri-məlum olan bir çox həqiqətləri insanlara açıb, izah etdiyi üçün mükəmməl bir sistemdən ibarətdir. Bu səbəbə görə də, bir çox din psixoloqlarının əldə etdikləri nəticələrə əsaslanaraq dini, böyükmiqyaslı məna sistemi olaraq adlandırmışlardır. Qordon Alport da dinin intellektual və mənəvi baxımdan ən mükəmməl məna mənbəyi olduğunu vurğulayaraq deyir: “Din hər bir şeyin dərinliyindəki mənanı kəşf etmək üçün ən böyük amildir. Çünki din bütün dünyagörüşlər arasında ən məntiqli və ən müfəssəl olanıdır”.
Nəticə olaraq demək olar ki, din özünün əsas funkisyalarından biri kimi, mədəniyyət və yaxud ideologiyaların izah etməkdə aciz qaldığı intellektual və buna bənzər bir çox mövzuda mənəvi bilik mənbələri təqdim edir. Din insan həyatına məna bəxş edən ən fundamental funkisyalara və qaynağlara malikdir. İnsan psixologiyasının əsas ehtiyacları ilə bağlı olan dini inanc başqa cür cavab verilməsi imkansız kimi görünən insanın varlıq səbəbi və həyat haqqındakı bir çox sualları cavablandıraraq insanlara zehni, ruhi və psixoloji aramlıq və sakitlik bəxş edir. Eyni zamanda, din intellektin öhdəsindən gəlməkdə çətinlik çəkdiyi, məntiqin fövqündəki suallara hazır cavablar verərək, onu lazımsız təfsilatlardan və çıxılmaz vəziyyətlərdə qoruyur.
Aqil İslam
“Bir dostun məktubu”
Zəmanə getdikcə pisləşir. Yaşamaq günü-gündən ağır gəlir insana. Bəzən fikirləşirsən ki, dünyanın ağrı-acılarına tab gətirib 70-80 il ömür sürənlərə, doğrudan da, cənnət vacibdir. Bir hədisə görə, insan dünyada rahatlıq axtarmaqdadır, o isə heç yaradılmayıb, vücuda gəlməyib…Hə, zəmanədən danışırdım. Zəmanə pisləşib, insanlar vəfasızlaşıb. İndi düşməndən də artıq dostdan qorxmaq lazımdır. Dünənə qədər səninlə çiyin-çiyinə addımlayan birisi bir günün içərisində qanını tökməyə hazır olur. İndi kiməsə yaxşılıq etmək böyük bir risk altına girmək deməkdir. Yaxşılıq etdiyin insanlar digərlərindən qat-qat artıq təhlükəlidirlər.
Əlqərəz, bu yazıda məqsəd diqqətinizi bir dostun məktubuna yönəltməkdir. Yeni tədris ili başlayar-başlamaz Məcid müəllim* öz köhnə ənənəsini davam etdirərək, yenə də axirüz-zamandakı ağır şəraitdən danışdı və sözüfedən məktubu çantasından çıxarıb bir-bir hamıya göstərdi. Doğrudan da dözüləsi hal deyil. 21-ci əsr adamı bütün elmi-texniki nailiyyətlərinə rəğmən, nədən bunca vəfasız olmalı? Özünün ən yaxın və ən sadiq dostunu asanlıqla unutmaq, illərlə xatırlamamaq faciə deyil, bəs nədir? Bundan artıq başınızı ağrıtmayım, məktub budur:
“Bu gün səhər yuxudan oyandığında sənə baxdım. Bir neçə sözlə olsa belə, mənimlə danışacağına, dünən həyatında baş verən gözəl hadisələr üçün mənə təşəkkür edəcəyinə inanırdım. Lakin gördüm ki, başın çox qarışıqdır. Geyinmək üçün özünə paltar seçirdin…O yan-bu yana qaçıb hazırlaşdığın zaman dedim bəlkə bir an vaxt tapıb dayanacaq və mənimlə salamlaşacaqsan. Amma yenə də başın öz işlərinə çox qarışmışdı.
Bir dəfə gözləməyə məcbur oldun. 15 dəqiqəyə yaxın yalnız bir stulda oturmaqdan başqa işin yox idi. Amma onda da qəfildən yerindən qalxdın, telefona tərəf qaçıb hansısa dostuna zəng vurdun və bu vaxtı da onunla danışmaqla keçirdin. Bütün gün boyu səbir edib gözlədim. Amma güman edirdim ki, bu qədər işin içində ikən mənimlə danışmağa vaxt tapmayacaqsan. Həmişə problem içindəsən: ev, iş, maliyyə və sair problemlər. Həmişə narahatsan, iztirab və sıxıntı içindəsən. Və nə yazıq, nə yazıq, bilmirsən ki, məni yad etmək sənə rahatlıq gətirir, iztirabını azaldır…Bir dəfə hey sağ-soluna baxırdın. Dedim yəqin mənimlə danışmadığından, mənə sarı baxmadığından belə edirsən. Sonra gördüm ki, yox, bu kiçik beyninlə hər şey haqqında düşünürsən, məndən başqa. Axşam evinə qayıtdın, yuyunub-təmizləndin, sonra gördün ki, hələ xörəyin hazır deyil. Bir qədər boş vaxtın var idi. Qonaq otağına daxil oldun. Nə işlə məşğul olacağını səbirsizliklə gözləyirdim. Ümidvar idim ki, heç olmasa indi yadına düşəcəyəm, ən azı indi özünün ən yaxın dostunu xatırlayacaqsan. Lakin gördüm ki, birdən televizorun qabağında əyləşdin, az sonra isə gülüş səsin otağı bürüdü. Və sən yenə də mənimlə danışmadın. Hər gün saatlarla vaxtını beləcə keçirirsən, növbənöv verilişlərə baxırsan. Onlara baxarkən gah gülür, gah kədərlənir, gah da həyəcanlanırsan. Bəzən xoşuna gəlməsə, ürəyincə olmasa belə, baxır və dəyərli vaxtını beləcə keçirirsən… Mən səbirsizliklə səni gözlədim, sənsə elə televizora baxa-baxa xörəyini yedin. Yatmaq vaxtı çatdı. Çox yorğun idin, yatağına girən kimi yuxu tutdu səni…
Eybi yox, yəqin iş-gücünün çox olduğundan unutmusan məni. Amma mən çox səbirliyəm. O qədər səbirliyəm ki, bir gün yox, bir ay yox, illər, onillər keçsə belə gözləyəcəyəm. Nə vaxtsa məni yada salacağına həmişə ümidvar olacağam. Ömrünün sonuna qədər nə vaxtsa mənə əl etməni, baş tərpətməni və ya ürəyində azacıq olsa belə, minnətdar olmanı gözləyəcəyəm. Mən həmişə yanında olacaq, hər an sənə kömək etməyə hazır duracağam; sən görməsən, eşitməsən, duymasan da. Ah, dinləyici olmayan yerdə danışmaq nə qədər çətindir! Amma eybi yox, bəlkə bir gün həyatın keşməkeşlərindən ayılıb məni də dinlədin. Bəlkə bir gün azacıq vaxt da mənə ayırdın. Mən gözləyəcəyəm, sənə eşq və məhəbbətlə dolu olan bütün vücudumla…” Dostun kimliyi yəqin ki, aydındır. Saysız-hesabsız gecələri, gündüzləri ixtiyarımızda qoyan Rəbbimiz hər günün sadəcə 20 dəqiqəsini onunla söhbətə ayırmağımızı istəyib. Bu da ondan ötrüdür ki, bizim özümüzün buna ehtiyacımız var. Hardasan, ay Camal əmi?! Kifayət qədər pulunu alıb səninçün iki protez diş düzəldən stomatoloqa nə qədər təşəkkür etdin! Amma tez də anladın, anladın ki, təmənnasız olaraq sənə 32 sağlam diş verən Yaradana bu işdən ötrü heç vaxt təşəkkür etməmisən. Görəsən biz necə, Allahın verdiyi hər bir nemət üçün ən azı bir təşəkkür etmişikmi?
Dr. Vüsal Hüseynzadə
* Yazının əsas süjeti iranlı tarixçi-sosioloq Doktor Məcid Kafinin bloqundan götürülmüşdür.