Ziyarət hansı mənalarda ifadə olunur?

Məsumları (ə) ziyarət etmək onlarla ümumi tanışlığa səbəb olur. Lakin daha səmərəli istifadə üçün ziyarətin iki növ olduğuna diqqət yetirməliyik

1.Hörmət ifadə edən ziyarət

Bu ziyarət din böyüklərinə hörmət məqsədilə məqbərəyə getməkdən və ziyarətnamə oxumaqdan ibarətdir. Belə ziyarətdə insan ziyarətgaha gedib məsuma hörmət və sevgisini bildirir, ziyarətnamə oxuyur, mənəvi enerji alır, sonra da evinə dönüb ziyarəti qismət etdiyinə görə Allaha şükr edir.

2. Kamil ziyarət

Bu ziyarət bilgi və düşüncə əsasında baş tutur, daha layiqli şəkildə həyata keçir, insanın baxışlarının yüksəlməsinə səbəb olur, əxlaq, rəftar və düşüncəsində dəyişiklik yaradır. Belə bir ziyarətə nail olmaq üçün bir neçə məsələyə diqqət yetirmək lazımdır:

1. Ziyarət zamanı məsuma hörmət və sevgi bildirməyi, ondan mənəvi güc almağı diqqətdə saxlayaq;

2. Ziyarət edəcəyimiz şəxs haqda məlumatımızı artıraq;

3. Başqalarının məhəbbətini qəlbimizdən çıxaraq;

4. Diqqətimizi ziyarətə və ziyarət etdiyimiz şəxsə yönəldək.

5. Ziyarət etdiyimiz məsumu ölü yox, diri bilək;

6. Ziyarətgaha daxil olmazdan öncə məsumun Xaliqlə məxluq arasında vasitəçi olması və onun uca mənəvi məqamı haqda düşünək, ona qarşı təvazökar olaq və həqiqi etiqada yiyələnək;

7. Məqbərəyə daxil olmaq üçün icazə alaq;

8. İzin verilməyincə, yəni qəlbimizdə iznin verildiyini bildirən rahatlıq yaranmayınca məqbərəyə daxil olmayaq. Geciksək və ya bir neçə dəfə gedib-gəlməli olsaq da, buna nail olmağa çalışaq;

9. Məqbərəyə daxil olan vaxt gözümüz yaşlı, üzümüz xəcalətli, vücudumuz xidmətə tam hazır olsun;

10. Unutmayaq ki, “salam” sözü həm də təslim olmaq deməkdir. Bu baxımdan, məsuma salam verərkən bütün vücudumuzla ona təslim olaq.

ƏRBƏİN YOLDAŞIM – GİAM

Ərbəin ziyarətinin anlamı və insanın şəxsi tərbiyyəsində rolu

Ərbəin ziyarətinin anlamı və insanın şəxsi tərbiyyəsində rolu

Ərbəin kəlməsi elə bir kəlmədir ki, o səslənərkən insanın vücudunda Kərbəla eşqi canlanır. Bəlkə də, bu canlanmalar insan həyatında çox şeyləri dəyişməyə qadirdir. İnsanın Əhlibeytə (ə) nə qədər sevgisi çox olsa, onları yaxından tanımağa başlayır. Onları yaxından tanımaq isə, bir insana öz insaniyyətini tanıtdırır. Çünki, onlar insaniyyətin həm zahirdə, həm batində kamillik nümunəsidirlər. Müasir dövürdə onların əzəmətini tanımağın ən böyük zamanı, Ərbəin yürüşüdür. Bu əzəmətli Ərbəin yürüşü nə anlama gəlir ki, insanlarda dinindən və millətindən asılı olmayaraq böyük şövq yaradır. Bu şövq isə, 1383 ildir ki, davam edir. Elə bu böyük rəqəmin özü bir sonsuz əzəmətdən xəbər verir.

Ərbəin ziyarəti Əbu Abdullah Hüseynin (ə) xatirəsini, onun dostlarının və Əhli-beytin (ə) fədakarlığını yaşatmaqdır. Ərbəin ziyarəti Aşura düşüncəsinin bütün müsəlmanlara, və dünyanın azadlıqsevər insanlarına ötürülməsidir. Ərbəin ziyarəti böyük bir məktəbin bərpasıdır, bütün möminlər üçün həmişəyaşar örnəkdir. Ərbəin ziyarəti Aşura bayrağının dalğalandığı gündür, Əhlibeyt (ə) aşiqlərinin İmam Hüseynin (ə) yolunu davam etdirməsidir. Ərbəin ziyarəti şəhidlərin qanı qarşısında məsuliyyət hiss etmək, onların nailiyyətlərini qorumaqdır. Ərbəin ziyarəti bir nəslin şəhid və qazilərinin təcrübələrini digər nəsillərə ötürməkdir. Ərbəin ziyarəti həzrəti Zeynəbin (ə) düşmənləri ifşa etməsidir. Ərbəin ziyarəti Bəni-Haşim müdriki sayılan xanımın (s) Aşura fəlsəfəsini öyrətməsi və təbliğ etməsidir. Ərbəin ziyarəti din düşmənlərinin təbliğatını puça çıxarmaq, və şeytani hərəkətlərini zərərsizləşdirmək üçün, İmam Səccadın (ə) yorulmaz mədəni-ideoloji fəaliyyətidir. Ərbəin ziyarəti şəhadət irsini unutmamaqdır. Ərbəin ziyarəti şəhidlərin xatirəsini yaşatmaqdır. Ərbəin ziyarəti düşmənin təbliğat hücumu qarşısında ayıq-sayıq dayanmaqdır. Ərbəin ziyarəti cəmiyyətin aparıcı təbəqəsinin həqiqətləri bəyan etməsi, vəzifəni başa düşməsi və yerinə yetirməsidir.
Ərbəin ziyarəti Əhlibeyt (ə) aşiqlərinin düşmənin mədəni-ideoloji təhlükələri qarşısında sığortalanmasıdır.  Ərbəin ziyarəti “Allah nurunu heç kəs söndürə bilməz” (səff/8) mesajıdır.

Bu əzəmətli Ərbəin ziyarəti insanın şəxsi və fərdi tərbiyyəsində hansı təsirləri bağışlayır ?

Ərbəin ziyarət və yürüşünün insanın şəxsi və fərdi həyatında bir çox təsirləri vardır ki, onları bir-bir təhlil edəcəyik.

1.Nəfsin saflaşması

Bu əzəmətli Ərbəin ziyarətində insanın öz nəfsini təmizləmə və yetişdirmə ruhu vardır. Bu mənəvi səfərdə Əhlibeytin (ə) nuru vasitəsi ilə ruhi, psixoloji, əxlaqi və fikri cəhətdən insanda paklaşmaya doğru hərəkət başlanır. Buna görə də insan özünü düzəltmək üçün mənəviyyat və tövbə etmək şansı əldə edir. Bu səbəbdən, uzun müddət Ərbəin ziyarəti insanın etiqadında dəyşiliklər edərək, imanının güclənməsinə səbəb olur. Bir çox insanlar uzun müddət bu mənəvi enerjini dadır, və öz dini inanclarında sabit qalırlar.

İmam Sadiq (ə) öz səhabələrindən birinə belə buyurur: Hər kim İmam Huseyni(ə) ziyarət etmək niyyəti ilə evdən piyadə olaraq hərəkət edə, Allah hər bir addımı üçün ona bir yaxşılıq yazar, və bir pis əməlini silər. O, Həzrətin hərəminə yetişərkən onun (adını) seçilmiş salih insanların cərgəsində yazar. Ziyarətini bitirdikdən sonra isə onun (adını) feyz əhlinin cərgəsində yazar. (Kamiluz-ziyarat, səh 132-135)

Bu hədsin mövzusu o şəxslərə aiddir ki, məqsədləri yalnız İmam Huseynin (ə) ziyarətidir.


2.İnsanda daxili rahatçılığın yaranması

Ərbəin ziyarəti mənəvi bir ziyarət olduğundan, istər-istəməz insanda daxili aramçılıq yaradır. Bu ziyarət boyu milyonlarla insan bir-birilərinin yanında hərəkət edərək, bir–biriləri ilə həm söhbət olub şadlıq və qəmlərini bölüşərək, dostluq və qardaşlıq zəminəsi yaradırlar. Ərbəin ziyarətində məşhur bir şüar var “İmam Hüseynin(ə) məhəbbəti bizləri bir yerdə cəm edir” Bu məhəbbət sayəsində insanlar bir-birilərinə qarşı güvən və əmin-amanlıq hiss edərək, daxili rahatçılıq əldə edirlər.

3.Səbrli və Dözümlü olmağı məşq etmək

Əgər, bir insan Ərbəin ziyarətinə getməyi qəsd edib evdən çıxırsa, o insan gərək fikrində olan hər bir problem və iş-gücünü kənara qoya, və Allanın nişanələrindən olan Kərbəla ziyarətini düşünə, Kərbəlada baş vermiş hadisələr haqqında anlayış və düşüncəsini artıra, İmam Huseynin (ə) bir neçə kəlmını ən azından xatırlaya; Ey caamat hər kimin nizə və qılıncın ağrı və acısına dözmü vardır bizimlə qalsın! Əks halda qayıtmalı olacaq!
(Yənabiul məvədət, səh 406) İmam Huseyn (ə) Aşura günü səhər çağı dostlarına belə buyurur: Səbr və müqavimət edin ey böyük şəxsiyyətlərin övladları! Çünki, ölüm yeganə körpüdür ki, sizləri bütün çətinlik və əziyyətlərdən cənnətə, və onun əbədi nemətlərinə yetişdirəcəkdir.
(İbni Tavus, Luhuf, səh 81) Buna görə də, hədislərmizdə bir saat təfəkkür etmək, 70 il ibadətdən üstündür buyurulur. Odur ki, düşüncə ilə ziyarət insanı irfan, mənəviyyat və başqa məqamlara nail etdirər.

4.İmam Huseynə (ə) insanların eşqlərinin artması

Əhli-beyti (ə) sevmək hər kəsə nəsib olmur. Hər kimə də nəsib olsa, xoş olsun o şəxsin halına. Ərbəin ziyarəti insanları dünyanın müxtəlif yerlərindən gətirib Kərbəlaya çıxarır və İmam Huseynin (ə) eşqi ətrafında cəm edir. Çünki, İmam Huseynin (ə) eşqi fitri və daxili bir eşqdir. İmam Sadiq (ə) buyurur: Allah hər kəsə xeyir vermək istəsə, İmam Huseynin (ə) və onun ziyarətninin eşqini onun qəlbinə salar. (Kamiluz-ziyarat, səh 135)
Bu yolda hər kəs öz mərifəti ölçüsündə İmam Huseynə (ə) yaxın olacaqdır.

5.Dindarlığın güclənməsi

İmam Huseynin (ə) qiyamının ən böyük hədəflərindən biri, şəriət hökümlərini və dini qayda-qanunlarını diriltmək idi. İmam Huseynin (ə) ziyarətnaməsində oxuyuruq: Şəhadət verirəm ki, həqiqətən, sən namazı bərpa etdin, zəkat verdin, yaxşılığa əmr etdin, pislikdən çəkindirdin … (Məfatihul cinan, səh 463) İmam Huseyni (ə) tanıyan hər bir insan bilir ki, onun qiyamında əsas hədəf nələr olmuşdur, və buna görə də Ərbəin ziyarətində İmamın (ə) hədəflərini diri saxlamaq məqsədimizdir. Bu hədəfləri diri saxlayan hər bir insanın dini, və dindarlığı diri və güclü olacaqdır.

6.Nemətlərə şükür etmək

Nemət, və ya nemətlər dedikdə, təkcə maddi nemətlər nəzərdə tutulmur. Bəlkə maddi, dini və bir çox mənəvi nemətlər nəzərdə tutulur. O cümlədən, Ərbəin ziyarətində İlahi nemətləri xatırlama və şükr olur. Bu səfərdə İmamət, Vilayət, əmniyyət və sağlamlıq nemətləri tanınır ki, Allah bütün bu nemətləri insanların ixtiyarında qoymuşdur.

Əgər, bir insan İmamət nemətinin qədrini bilməsə, başsız qalmış bir yetim uşağa bənzəyir ki, hansı yola dəvət etsələr ora da gedəcəkdir. Amma, İmamət nemətini tanıdıqda insanlar öz istiqamətini düzgün götürürlər, və bu da İlahi bir nizamdan xəbər verir. Nizam və nizamsızlıq arasında olan fərq də, açıq-aşkar aydındır. Bu səfərin əsas məqsədindən biri də, İmamət nemətinə şükr etməkdir.

Nəticə

İslam aləmində Məhərrəm və Səfər ayları, və bu aylarda baş vermiş Kərbəla hadisəsi, İslamın yaşaması üçün böyük əhəmiyyət kəsb edir. Tarixdə  məşhur belə bir söz vardır: Həzrət Məhəmməd (s) peyğəmbər İslamı gətirdi, İmam Huseyn (ə) isə, öz qanı və şəhadəti ilə onu qoruyub saxladı. Əgər vicdanla hər bir inadımızı kənara qoyub bu cümlə haqqında düşünsək, görərik ki, bu cümlə eyni həqiqətdir. Odur ki, dində inad yox, düçüncə və təhlil lazımdır. Çünki, İslam dini vəhy, ağıl və məntiq əsasında qurulan bir dindir.

“Haqq yolu tutub gedənlərə salam olsun!” (Taha/47)

          Mənbələr

1.Qurani Kərim

2.Kamiluz-ziyarat, İbni Quluviyyei Qumi

3.Yənabiul məvədət, Suleyman inbi İbrahim Qənduri.

4.Luhuf, Əli ibni Musa (İbni Tavus)

5.Məfatihul cinan, Şüyx Abbas Qumi

    Dr. Fariz Rəcəbov

“Kərbəla və Haqqun-nas”

Kərbəla hadisəsi zamanın və məkanın fövqündə dayanan bir hadisədir. Çünki bu hadisəni yaradan şəxslər, ümumbəşər dəyərlərin qorunması və cəmiyyətdə dirçəldilməsi uğrunda şəhidlik zirvəzinə ucalmışlar. Ümumiyyətlə dünyada baş verən hadisələr iki hissəyə bölünür: birincisi müqəddəs məqsədlər uğrunda baş verən hadisələr və digəri qeyri müqəddəs amallara söykənən hadisələr. Birinci növ hadisələr, insanların idiologiyasında və hətta praktiki həyatlarında əbədi olaraq yaşayır, çünki İlahi və müqəddəsdirlər. İkinci növ hadisələr isə məhdud zaman kəsimində və müəyyən məkanda, müvəqqəti olaraq öz təsirini göstərir və sonra yalnız tarixin səhifələrində qalır. Kərbəla hadisəsi İlahi və müqəddəs hadisə olduğundan, əsrlərdir ki, qəlblərdə yaşayır və insanların həyatının bir parçasına çevrilmişdir.

 Əgər İslam tarixində baş vermiş “Kərbəla” hadisəsinə diqqətlə nəzər salsaq, gö­rə­rik ki, bir çox İlahi məsələlərdə haqq axtarışında olanlar üçün bu hadisədə gözəl nümunələr vardır. “Kərbəla” hadisəsi haq­qun-nas məsələsində də bəşər üçün kamil bir örnəkdir. İmam Hüseyn (ə) Kərbəla torpağına daxil olduğu zaman həmin tor­paq­lar­dan bir qismini satın aldı ki, həm müqəddəs qanı başqasının mül­künə tökülməsin, həm də onun ziyarətçiləri o həzrəti qəsbi tor­paqda ziyarət etməsinlər. (Bax: Huseyn ibn Məhəmməd Təqi Nuri, “Mustədrəkul-vəsail və mustənbitul məsail”, c. 14, səh. 61)

Kərbəla hadisəsinin olduğu kimi bizim əsrimizə qədər gəlib çatması və qorunub saxlanmasının əsl səbəblərindən biri bu əzə­mət­li hadisədə haqqullah (Allahın haqqı) və haqqun-nasa kamil surətdə riayət edil­məsidir. Əks təqdirdə, bu hadisə də digər tarixi hadi­sə­lər kimi ancaq tarixi kitablarda qalardı. Lakin bu gün Aşura hadisəsi və İmam Hüseynə (ə) olan eşq həm mömin, həm də qeyri-mö­mi­nin qəlbində şölələnir. Bu, haqqullah ilə haqqun-nasa riayət et­mə­yin səmərəsidir və İmam Hüseyn (ə) qiyamının əsasını təşkil edir. İmam Hüseyn (ə) bu hərəkatı ilə Allahın və insanların haqlarının doğru-düzgün şəkildə ödənilməsi mövzusunda bütün bəşəriyyətə gözəl bir nümunə olmuşdur.

İmam Hüseyn (ə), onun vəfalı köməkçiləri və ailə üzvləri hətta Aşura axşamını (Tasua) öz Rəbblərinə ibadət və dua et­mək­lə keçirdilər. Bu isə haqullahın onlar tərəfindən ən çətin vaxt­larda belə tərk edilməməsinə ən aşkar bir dəlildir. Lakin bəzən elə olur ki, insan kiçik bir çətinliklə üzləşdikdə, Allahı unudur və ibadətdən yayınır. Onlar isə bu qədər çətin anlarda Allahı unutmadılar və layiqincə ona bəndəlik etdilər.

Onlar bilirdilər ki, Aşura günü Allah yolunda şəhid ola­caq­lar, məhz buna görə imam Hüseyn (ə) Aşura axşamı öz səha­bələ­rin­dən öhdəsində haqqun-nas (məsələn, kiməsə borcu) olan kəslərdən camaatın haqlarını ödəmələrini istədi. Çünki imam Hüseynin (ə) məqsədi bu idi ki, Allahın hüzuruna getdikdə, özü­nün və səhabələrinin öhdəsində başqalarının heç bir haqqı olma­sın. Bununla da borclarını qaytarmaq məqsədi ilə bir neçə nəfər imam Hüseynin (ə) qoşununu tərk etdi. Yoxsa aşura günü 72 nəfər deyil, neçə yüz nəfər imamın qoşununun tərkib hissəsində olardı. Çünki imam Kərbəlaya, 72 nəfərlə deyil bir neçə yüz insanla gəlmişdi.

İmam Baqirin (ə) buyur­duğu hədis isə bu məsələyə tam şəkildə aydınlıq gətirir:

“Şəhid qanının bir damcısı onun günahlarının kəffarəsidir, amma haqq borcunun (haqqun-nasın) kəffarəsi onun ödən­­məsi­dir.” (Məhəmməd ibn Əli ibn Babəveyh, “Mən la yəhzuruhul-fəqih”, c. 3. səh. 183, hədis 3688)

Bu hədisdən də haqqun-nasın mövqeyi və əhəmiyyəti anlaşılır. Yəni, Allah-taala yanında yerə tökülən ən əziz qan şəhid qanıdır. Şəhadət şəhidin günahlarının bağışlanmasına səbəb olar. Əgər boynunda hər hansı bir insan haqqı varsa, bu qan belə ona nicat verməz.

İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, bir adam ondan əmanətin qaytarılması haqqında soruşdu: “Əhli-beyt (ə) düşmənlərindən (nasibilərdən) hər hansı birini aldadıb əmanətini ona qaytarmamaq olarmı?” Cavabında imam Sadiq (ə) buyurdu:

“Səni etibarlı hesab edən hər bir kəsin, yaxud bir iş üçün səninlə məsləhətləşənin əmanətinə riayət et, hətta o şəxs imam Hüseynin (ə) qatili olsa belə!” (Məhəmməd ibn Yəqub Kuleyni, “Kafi”, c. 8, səh. 267; Məhəmməd ibn Həsən Hürr Amili, “Vəsailuş-şiə”, c. 19, səh. 73)

Beləliklə, haqqun-nas Kərbəla məktəbinin olduqca dəyər verdiyi məsələlərdəndir və Kərbəla məktəbi insanları onun icrasına səsləyir. Hətta haqq sahibi insanın düş­mə­ni olsa belə, haqqı ödənməlidir. Bu da insanın diqqətini haqqun-nasın dəyəri və ona riayət olunmasının vacibliyinə yönəldir.

Dr. Nicat Yəhyazadə

“Təbliğ” ayəsinin təfsiri

Təbliğ ayəsinin təfsiri

«يَأَيهَُّا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَ إِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَ اللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللَّهَ لَا يهَْدِى الْقَوْمَ الْكَافِرِينَ؛

Ey rəsul (elçi), Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər etməsən, Onun tapşırığını çatdırmamısan. Allah səni insanlardan qoruyacaq. Şübhəsiz Allah kafirlərin dəstəsini hidayət etməz. (Maidə surəsi, ayə-67)

Qədir-Xum hadisəsi İslam dininin kamilləşməsində əvəzsiz rola malikdir. Bu hadisənin İslam tarixində baş verməsinin ən əsas sübutu Quran ayələridir. O ayələrdən biri də “Təbliğ” yəni “Maidə” surəsinin 67-ci ayəsidir. Qədir-Xum hadisəsinə qədər Peyğəmbər (s) baş vermiş müəyyən hadisələr zamanı imamət və vilayət mövzusunu ümmətə açıqlamış və həqiqətdə müsəlmanları bu böyük hadisəyə hazırlamışdır. Çünki özündən sonra olacaq canişini, birdən elan etmək və onu cəmiyyətə qəbul etdirmək, olduqca çətin məsələdir.

Məhz buna görə də Peyğəmbər (s) öz uzaqgörənliyi ilə imamət mövzusunu elə İslamın ilk günlərindən mətrəh etmişdir. Hələ bunlara baxmayaraq Qədir-Xumda Peyğəmbər (s), Əlinin (ə) imamətini elan etdiyi zaman, bir çoxları etiraz etdilər. Lakin bunu bilmirdilər ki, imamı Peyğəmbər (s) heç özü də təyin etmək səlahiyyətinə malik deyildir, onu yalnız Allah özü təyin edir və Peyğəmbər (s) isə imamın kim olduğunu ümmətə çatdırır.

Ayədə olan mühüm sözlərin izahı:

1.Bu ayədəki “ey rəsul” müraciəti Quranda iki yerdə gəlmişdir. (Maidə surəsi, 41 və 67-ci ayələr) Deməli bu müraciət məsələnin mühümlüyünü göstərir.

2.Növbəti ifadə “Rəbbin tərəfindən sənə nazil olanı” bu əmrin Allah tərəfindən olmasına aşkar bir sübutdur.

3.Ayədə olan “çatdır” ifadəsi isə Quranda yalnız bir yerdə o da bu ayədə işlənmişdir.

4.Bu ifadə “Əgər etməsən, Onun tapşırığını çatdırmamısan” isə onu göstərir ki, bu əmri çatdırmaq peyğəmbərlik və dinin məcmuəsinə bərabər olan bir mövzudur. Çünki Peyğəmbər (s) onu çatdırmasa idi, öz peyğəmbərliyini yerinə yetirməmiş olacaqdır. Bu cümlədən başa düşülür ki, əmr olunan məsələni çatdırmaq dil ilə deyil əksinə əməldə yəni praktiki olaraq (mərasim şəkilində) Peyğəmbər (s) tərəfindən icra edilməlidir.

5.Ayədəki “Allah səni insanlardan qoruyacaq” bu cümlə çatdırılası vacib olan əmrin, İslam ümməti üçün nə qədər əhəmiyyət kəsb etdiyini və onun çatdırılması ilə ciddi ixtilafların baş qaldıralacağını bildirir. Peyğəmbərin (s) nigərançılığı isə öz canına görə deyil, əksinə ümmət arasında pərakəndəliyin və ixtilafların yaranmasına görə idi. Çünki İslam döyüşlərində O həzrət (s) həmişə ön cəbhədə öz şücaətini və Allah yolunda öz canını fəda etməyə hazır olduğunu sübut etmişdir.

Allah tərəfindən nazil olan nə idi?

Hər halda bu məsələ dinin bir hissəsi idi, ya dinin əsaslarından biri (usulud-din) ya da furuid-dindən biri idi.

Dinin üsulları “Tövhid, Nübuvvət və Məad”dır ki Peyğəmbər (s) 23 il peyğəmbərliyi ərzində onları necə lazımdısa müsəlmanlara çatdırmışdır. Çünki Allahın təkliyi, özünün nübuvvəti və qiyamət barədə olan ayələr həddən ziyadə çoxdur. Məkkədə nazil olan surələrdə məad barədə xəbər verilir və Quranın üçdə biri ölümdən sonrakı həyatdan danışır.

Çatdırılması vacib olan bu əmr əgər furuid-dindən olsa, necə ola bilər ki, Peyğəmbərin (s) vəfatına iki ay qalmış, namaz qılmaq əmrini çatdırsın? Belə çıxır ki həcc ziyarətindən qayıdan zəvvarlar namaz qılmağı bilmirdilər. Oruc, cihad, xüms və zəkatın əmri, 8 il qabaq yəni hicrətin 2-ci ilində nazil olmuşdur. Həccə də aid deyil, çünki 120 min zəvvar həcc ziyarətindən qayıdırdılar. Əmr be-məruf və nəhy ənil-munkər də deyil, çünki O həzrət (s) dəfələrlə bu iki məsələni ümmət üçün bəyan etmişdir.

Əgər bunların heç biri deyiləs, görəsən çatdırılması bu qədər vacib olan əmr nədir? Cavab budur ki, bu məsələ “imamət və vilayət” məsələsidir. Çünki onunla tövhid diri qalır əgər o olmazsa tövhidin yerini tağut alar. Onunla nübuvvətin hədəfləri həyata keçir və furuid-din möhkəmlənərək icra edilir.

Ayənin nazil olma səbəbi:

Təfsir və hədis alimlərinin çoxunun rəyinə əsasən, Rəsuli-Əkrəm (s) hicrətin 10-cu ili ömrünün son ilində vida həcci üçün hazırlıq işləri görürdü və bütün müsəlmanlara bu həccin son vida həcci olması barədə xəbərdarlıq etmişdir. Həcc mərasimindən sonra zil-hiccə ayının 18-də Peyğəmbər (s) müsəlmanlarla birgə həcc ziyarətindən qayıdırdılar. Bu zaman Cəbrayıl (ə) bu ayəni Əlinin (ə) imamət və rəhbərliyini ümmətə açıqlamaq üçün “Qədir-Xumda” Peyğəmbərə (s) nazil etdi. O vaxt Peyğəmbər (s) Əlinin (ə) əlini qaldırdı və buyurdu: “Ey insanlar! Mən sizin ixtiyar sahibiniz deyiləm?” Dedilər: Bəli. Allahın Rəsulu (s) buyurdu: “Mən hər kəsin mövlası və rəhbəriyəmsə, bu Əli (ə) də onun rəhbəri və mövlasıdır…”.  (Fəxr Razi, Məfatihul-Ğəyb təfsiri, cild-12, səh-401; Əllamə Hilli, Nəhcul-Həqq və Kəşfus-Sidq, səh-173)

Əllamə Əmini özünün “Əl-Qədir” əsərində əhli-sünnənin təfsir və hədis alimlərindən olan 30 nəfərinin, ayənin nazil olma səbəbini imam Əlinin (ə) Peyğəmbər (s) tərəfindən imamətə və xəlifəliyə təyin edilməsi üçün olduğunu etiraf etdiklərini yazır. (Əmini, Əl-Qədir, cild-1, səh-214-dən 223)

Hadisəyə əqli bir baxış:

Bir çox əhli-sünnə alimləri “Mövla” sözünü dost və köməkçi mənasında olduğunu iddia edirlər. Dəlil olaraq gətirdikləri sübut isə onun dost və köməkçi mənasında da işlənməsidir. Biz “Mövla” sözünün bu mənaya malik olduğunu da inkar etmirik, lakin bir çox dəlillərə istinadən bu hədisdə “Mövla” sözü dost mənasında deyil, rəhbər və ixtiyar sahibi mənasını ifadə edir. Onlardan bəzilərini qeyd edirik:

Peyğəmbərin (s) Qədir-Xum hədisini buyurmamışdan öncə ki sualı (“Ey insanlar! Mən sizin ixtiyar sahibiniz deyiləm?”) “mövla” sözünün dost deyil, əksinə rəhbər və ixtiyar sahibi mənasını verməsi üçün ən aşkar bir sübutdur.

Bu hadisədən çox-çox öncə Allah Quranda möminlərin bir-birləri ilə qardaş olduğunu bəyan etmişdir. (Hucurat surəsi, ayə-10; Tövbə surəsi, ayə-71) Nə luzumu var idi ki, ümmətin çətinliyə düşməsinə heç vaxt razı olmayan bir peyğəmbər 120 min yorğun zəvvarı qızmar günəşin altında saxlayıb desin ki Əli (ə) mənim qardaşımdır.

Məşhur mənbələrə əsasən, Peyğəmbər (s) üç gün üç gecə 120 min zəvvardan Əlinin (ə) xilafət və imaməti üçün beyət aldı və hətta qadınlar belə pərdənin arxasından teştdəki suya əl qoymaq ilə beyət elədilər.

Digər cəhətdən Qədir-Xum hadisəsində imam Əliyə (ə) bəzi səhabələr tərəfindən deyilən təbriklər bunu göstərir ki, O həzrət (ə) böyük bir mənsəbə və məqama təyin edilmişdir. Bu barədə Əbu-Bəkr və Ömərin təbrikini xüsusi qeyd etmək olar. (Bax: Əhməd ibni Hənbəl, Musnəd, cild-30, səh-430)

Bu böyük hadisədə “Nöman ibni Haris Fəhri”nin etirazı və Allah tərəfindən ona nazil olan əzab bunu göstərir ki, elan edilən məsələ olduqca mühüm bir məsələ idi və bu isə Əlinin (ə) Peyğəmbərə (s) dost və köməkçi olma xəbəri deyil, onun İslam ümmətinə rəhbər seçilmə mesajı ilə uyğunlaşır. Peyğəmbərin (s) öz yerində Əlini (ə) rəhbər seçməsi onu həddən artıq narahat edir və deyir: “İlahi! əgər bu söz haqq və sənin tərəfindəndirsə, göydən mənim başıma bir daş göndər”. Bu sözləri deyib Peyğəmbərin (s) hüzurundan bir az uzaqlaşmışdı ki, göydən bir daş düşərək onu həlak etdi. Elə burda “Məaric” surəsinin ilk ayələri nazil oldu. (Bax: Kaşani, Minhacus-Sadiqin təfsiri, cild 10, səh-5)

Dr. Nicat Yəhyazadə

Kasıblara infaqın fəlsəfəsi nədir?

Kasıblara infaqın fəlsəfəsi nədir?

Bəzən belə deyilir: Filan şəxs kasıbdırsa, deməli nəsə edib ki, Allah kasıb olmasını istəyir. Biz varlıyıqsa deməli nəsə etmişik ki, Allah bizə bunu lütf edibdir. Buna əsasən, nə onların kasıblığı və nə də bizim varlı olmağımız hikmətsiz deyil.

Halbu ki, Allahın infaq etmək üçün olan əmrinin müxtəlif hikmət və fəlsəfələri var, o cümlədən:

1.Varlı insanları imtahan etmək.

2.İnsanın qəlbini dünyaya çox məhəbbət bəsləməkdən azad etmək.

3.İnsanda qəlb yumşaqlığı yaratmaq.

4.İlahi nemətlərə şükr etmək.

5.Nemətin çoxalması.

6.Ruhi rahatlıq.

7.Bəla və pis ölümü aradan aparmaq…

Əlbəttə bu təsirlərin hamısı o zaman baş verir ki, infaq halal və şərii maldan olsun. Allah ondan qeyrisini qəbul etməz və bərəkət verməz.

Ətraflı cavab

Allah Quranda infaqa işarə olunan ayədə buyurur: “Ey iman gətirənlər! Alış- verişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün (qiyamət günü) gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər isə (özlərinə və digərlərinə) zülm edənlərdir!”[1] Bu ayə müsəlmanlara xitab edir və cəmiyyətin vəhdətinə, hökumətin və müdafiə və döyüş əsaslarının güclənməsinə səbəb olan vəzifələrdən birinə işarə edir.

Sonra bu işin axirət nəticələrinə işarə edir ki, qiyamətdə insanın nicatına səbəb olacaq. Əksinə infaqı tərk etmək, mal yığmaq və simiclik etmək, o gün çətinlik və problemlərə səbəb olacaq.[2]

Verdiyimiz sual barəsində deməliyik ki, bu sualı Quran kafirlərin dilindən nəql edərək onların inadkarlığının mühüm yerlərindən birinə işarə edir və buyurur: “Onlara: “Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!”- deyildiyi zaman, kafirlər möminlərə: “Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirəcəyik?!- deyərlər. Siz (bu etiqadınızla) sadəcə olaraq (haqq yoldan) açıq- aşkar azmısınız.”[3]

Simic insanların avam və dar düşüncəli məntiqi budur ki, daha çox mal toplamaq üçün öz düşüncələrinə əsasən deyirlər: Filan şəxs kasıbdırsa deməli nəsə edib ki, Allah kasıb olmasını istəyir. Biz varlıyıqsa deməli nəsə etmişik ki, Allahın lütfünə şamil olmuşuq. Buna əsasən, nə onların kasıbçılığı və nə də bizim varlı olmağımızın heç biri hikmətsiz deyil.

Əgər ruzi verən Allahdırsa, onda siz niyə bizdən kasıb insanlara ruzi verməyimizi istəyirsiniz? Əgər Allah onların məhrum qalmalarını istəyirsə, onda biz niyə Allahın məhrum etdiyi insanı nemətlərdən faydalandırmalıyıq?

Onlar bilmirlər ki, Allahın infaq etməyə olan əmri, müxtəlif hikmət və fəlsəfələrə görədir, o cümlədən:

1.Varlı insanların imtahanı: Dünya imtahan yeridir. Allah birini kasıbçılıqla imtahan edir, o birini pul və sərvətlə. Bəzən bir insanı iki vaxtda bunların ikisi ilə imtahan edir ki, kasıbçılıq zamanı əmanət, daxili şəxsiyyət və şükr yerinə yetirirmi? Yoxsa hamını ayaq altına salır? Varlı olan zaman əlində olanlardan onun yolunda infaq edirmi?

2.İnsanın qəlbini dünyaya çox məhəbbət bəsləməkdən azad etmək: İmamlardan olan hədislərdə dünyaya məhəbbət bəsləmək bütün günah və xətaların əsası və kökü sayılıbdır.[4] İnfaq bu pis məhəbbətin aradan getməsinə səbəb olur.

3.İnsanda qəlb yumşaqlığı yaratmaq: Qəlb yumşaqlığı, qəlbin qəsavətlənməsinin (daşlaşmasıının) qarşısındadır. Qəlbin daşlaşması, insanı insanlıqdan xaric edir. Çox vaxt bu vəziyyətdə günah və cinayət etmək onun üçün asan olur. Amma əgər insan imkansız və kasıb insanların ehtiyaclarını aradan qaldırmağa çalışsa və onların vəziyyətlərində özünü məsuliyyətli saysa, mehriban və yumşaq qəlbə sahib olacaqdır.

4.İnfaq İlahi nemətlərin şükrüdür. Allahın nemətlərinin şükrü müxtəlif yollarla baş verir. Ən yaxşı şükr, əməldə olan şükrdür.

5.Nemətin çoxalması: Allah mömin və təqvalı insanların infaqını, neçə bərabər və bəzən  minlərə bərabər (ən azı on bərabər) maddi və mənəvi bəxşişləri ilə infaqının yerini doldurmağa zəmanət veribdir.[5] Beləliklə, infaq edən şəxs, bu əqidə və ruhiyyə ilə iş görəndə, qəlbi və əli daha da açıq olacaq. O heç vaxt çatışmamazlıq hissi keçirməyəcək və kasıblıq fikri zehninə yol tapmayacaq.

Əksinə, onu belə mənfəətli ticarətdə müvəffəq etdiyinə görə, Allaha şükr edəcək.

6.İnfaq imanda doğru olmağın əlamətidir. İmanın dəyəri onun doğru olmasındadır. Əks halda, söz mərhələsində olub və əməl məshələsində görsənməyən imanın dəyəri yoxdur. Quran bu barədə buyurur: “(Həqiqi) möminlər yalnız Allaha və onun Rəsuluna iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk- şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə çalışandır. Məhz belələri doğruçulardır”.[6]

7.Ruhi və psixoloji rahatlıq: Yaxşı əməllərin ümumilikdə və infaqın xüsusiylə təsirlərindən biri, insana bəşx edən ruhi və psixoloji rahatlıqdır. İnfaqın insanda rahatlıq və aramlıq yaratrmasındakı rolu barəsində bu ayəyə istinad etmək olar: “Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm- qüssə görməzlər.”[7]

8.Bəla və pis ölümün aradan getməsi: Bəlanın çəkilməsi, pis ölümün uzaq olması və… rəvayətlərdə də ona işarə olunub. İmam Baqir (ə) buyurur: “Sədəqə 70 bəlanı və pis ölümü insandan uzaqlaşdırır. Sədəqə verən şəxs heç vaxt pis ölümlə dünyadan getməz.”[8]

Buna əsasən, yaranış sistemində Allahın yeri bütün nemətləri ilə bəşərin ixtiyarına verərək öz əməllərində təkamül yolunu getmək üçün azad qoyub və onda onu hər bir tərəfə çəkən qüvvələr yaratsa da amma Allah qanun qoyma sistemində, nəfsi saflaşdırmaq, daxili istək və gücləri idarə etmə və insanları tərbiyə etmək üçün, infaq, güzəşt, fədakarlıq və isar yolu ilə qanunlar qoyub ki, İlahi xəlifəlik məqamına yetişmək istedadı olan insanı, bu yol ilə o uca məqama yetirsin. Zəkat yolu ilə nəfsini paklasın, infaq yolu ilə simicliyi qəlblərdən aparsın və insanların həyatında minlərlə fəsadın mənşəyi olan təbəqələnmə fasiləsini aradan qaldırsın və… Başqa sözlə, Allah insana dünya işlərini düzəltməkdə rol vermək istəyir ki, bu yolla həm dünya təkamülə çatsın və həm də insan. Çox mühüm məsələ budur ki, bu təsirlərin hamısı o zaman baş verir ki, infaq halal və şərii maldan olsun.

Allah ondan qeyrisini qəbul etməz və bərəkət verməz.

Mənbələr

[1] – Bəqərə surəsi, ayə 254.

«يَأَيُّهَا الَّذِينَ ءَامَنُواْ أَنفِقُواْ مِمَّا رَزَقْنَاكُم مِّن قَبْلِ أَن يَأْتىِ‏َ يَوْمٌ لَّا بَيْعٌ فِيهِ وَ لَا خُلَّةٌ وَ لَا شَفَاعَةٌ  وَ الْكَافِرُونَ هُمُ الظَّالِمُونَ»

[2] – Təfsiri- nümunə, cild 2, səh 258.

[3] –

«وَ إِذا قِيلَ لَهُمْ أَنْفِقُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ قالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَ نُطْعِمُ مَنْ لَوْ يَشاءُ اللَّهُ أَطْعَمَهُ إِنْ أَنْتُمْ إِلَّا فِي ضَلالٍ مُبِينٍ»

[4] – Kuleyni, Məhəmməd bin Yəqub, Əl- kafi, cild 2, səh 131. “، “… َحُبُّ الدُّنْيَا رَأْسُ كُلِّ خَطِيئَةٍ …” Darul- kutubul- İslamiyyə, 1365 hicri şəmsi, Tehran, 8 cildli.

[5] – Hədid surəsi, ayə 18

«إِنَّ الْمُصَّدِّقِينَ وَ الْمُصَّدِّقَاتِ وَ أَقْرَضُواْ اللَّهَ قَرْضًا حَسَنًا يُضَاعَفُ لَهُمْ وَ لَهُمْ أَجْرٌ كَرِيم»

[6] – Hücurat surəsi, ayə 15

«إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ ءَامَنُواْ بِاللَّهِ وَ رَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُواْ وَ جَاهَدُواْ بِأَمْوَالِهِمْ وَ أَنفُسِهِمْ فىِ سَبِيلِ اللَّهِ  أُوْلَئكَ هُمُ الصَّدِقُونَ»

[7] – Bəqərə surəsi, ayə 274

«الَّذينَ يُنْفِقُونَ أَمْوالَهُمْ بِاللَّيْلِ وَ النَّهارِ سِرًّا وَ عَلانِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَ لا خَوْفٌ عَلَيْهِمْ وَ لا هُمْ يَحْزَنُونَ»

[8] – Əl- kafi, cild 4, səh 3- 7.

«عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنِ ابْنِ أَبِي عُمَيْرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ سِنَانٍ قَالَ سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ ع يَقُولُ الصَّدَقَةُ بِالْيَدِ تَقِي مِيتَةَ السَّوْءِ وَ تَدْفَعُ سَبْعِينَ نَوْعاً مِنْ أَنْوَاعِ الْبَلَاءِ وَ …»

Bidət nəyə deyilir  və İslamda onun meyarı nədir?

Bidət nəyə deyilir  və İslamda onun meyarı nədir?

Qısa cavab

Lüğətdə “bidət” yeni iş və misli görünməmiş bir şey mənasınadır. Termində isə:  “dində olmayan bir şeyi dinə daxil etmək”dir. Yəni həqiqətdə dinin və şəriətin bir hissəsi olmayan, eləcə də İslamın heç bir qayda-qanunları ilə uyğun olmayan şeyləri dinə daxil etməkdir. Buna görə də İslamın külli qada-qanunlarının yeni nümunələrə tətbiq edilməsi bidət deyildir.

Ətraflı cavab

Cavabın aydın olması üçün diqqətinizi bir neçə məsələyə cəlb edirik:

1. Dində bidət qoymaq böyük günahlardan biridir və onun haram iş olmasında heç bir şəkk-şübhə yoxdur. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur:

کُلُّ مُحْدَثَةٍ بِدْعَةٌ وَ کُلُّ بِدْعَةٍ ضَلاَلَةٌ وَ کُلُّ ضَلاَلَةٍ فِي النَّارِ

“Dində olmayan hər bir şeyi dinə daxil etmək bidətdir, hər bir bidət azğınlıqdır və hər azğınlıq da cəhənnəm odundadır.”[1]

2. Bidət hər hansı bir şeyi şəriətə artırmaq və ya azaltmaq yolu ilə dində dəyişiklik etməkdir. Buna əsasən, hər yerdə yeniliyin dinə və şəriətə heç bir aidiyyəti olmasa, əksinə adi bir məsələ ünvanı ilə baş verərsə, bidət olmayacaqdır. Məsələn, əgər hər hansı bir xalq müəyyən bir günü özləri üçün bayram və şadlıq günü təyin etsələr – şəriətdə belə bir göstəriş verilməsi məqsədi olmadan bu işi görsələr, bu, bidət deyildir. Baxmayaraq ki, o işin halal və ya haram olmasını başqa cəhətlərdən araşdırıb tədqiq etmək lazımdır.

Deməli, bəşəriyyətin incəsənət, idman, sənaye və s. sahələrdəki ixtira və yenilikləri termindəki bidət hüdudlarından xaricdir və bu kimi işlər barəsində irəli çəkilən məsələ onların başqa cəhətlərdən halal və ya haram olmasıdır ki, bunun da özünə məxsus meyarları vardır.

3. Məqsəd dində misli görünməmiş yeni bir iş icad etməkdir ki, İslamın cüzi və küllü qayda-qanunlarının heç  biri ilə uyğun gəlməsin  və İslamın küllü qanunları yeni nümunələrə tətbiq edilə bilməsin.[2]

İzah: Bidətin əsası bu nöqtəyə qayıdır ki, hər hansı bir şeyi dinin fərman verdiyi şəri bir iş ünvanı ilə qəbul edək, halbuki onun şəri olması üçün dini mənbələrdə heç bir əsas və qayda-qanun olmasın. Amma insan bir işi “dini əməl” ünvanı ilə yerinə yetirəndə onun şəri olmasına (xüsusi, külli və ümumi şəkildə) şəri bir dəlil olsa, o əməl bidət olmayacaqdır. Buna görə də böyük şiə alimi Əllamə Məclisi (rəhmətullahi əleyh)  buyurur:

وَ الْبِدْعَةُ فِي الشَّرْعِ مَا حَدَثَ بَعْدَ الرَّسُولِ ]بِمَا اَنَّهُ مِنَ الدِّينِ[ وَ لَمْ يَکُنْ فِيهِ نَصٌّ عَلَي الْخُصُوصِ وَ لاَ يَکُونُ دَاخِلاً فِي بَعْضِ الْعُمُومَاتِ

“Şəriətdə bidət o şeydir ki, əziz Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra vücuda gəlsin və onun caizliyinə dair xüsusi və ümumi şəkildə şəri dəlil olmasın.”[3]

Məşhur sünnü alimi İbni Həcər Əsqəlani deyir:

اَلْبِدْعَةُ مَا اُحْدِثَ وَ لَيْسَ لَهُ اَصْلٌ فِي الشَّرْعِ، وَ مَا کَانَ لَهُ اَصْلٌ يَدُلُّ عَلَيْهِ الشَّرْعُ فَلَيْسَ بِبِدْعَةٍ

“Bidət o şeydir ki, şəriətdə onun caizliyindən hekayət edən heç bir dəlil olmadığı halda vücuda gətirilmiş olsun. Dində əsli və kökü olan şeylər bidət olmayacaqdır.”[4]

Yuxarıdakı bəyanla çoxlarını şəkk-şübhəyə salan bir çox puç şübhələrin cavabı aydın olur. Nümunə üçün: Dünya müsəlmanlarının əksəriyyəti Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in milad gününü bayram keçirdikləri halda, kiçik bir qrup bu işi bidət adlandırır! Halbuki yuxarıda qeyd etdiyimizə əsasən, bidətin meyarı heç vaxt ona tətbiq oluna bilmir. Çünki o həzrətə ehtiram qoyub bu cür məhəbbət göstərmək şəriətdə gəlməsə də, lakin o həzrətin özünə və ailəsinə məhəbbət izhar etmək İslamda danılmaz prinsiplərdən biridir. Müsəlmanlar bu kimi dini mərasimləri o külli qanunun təzahürü hesab edirlər. Quran bu barədə  buyurur:

قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى

“(Ya Peyğəmbər! ümmətə) de: Mən bu risalətin təbliği yolunda  ən yaxın adamlarıma məhəbbət bəsləməkdən başqa sizdən heç nə istəmirəm.”[5]

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)  buyurur:

لاَ يُؤْمِنُ اَحَدُکُمْ حَتَّي اَکُونَ اَحَبَّ اِلَيّهِ مِنْ مَالِهِ وَ اَهْلِهِ وَ النَّاسِ اَجْمَعِينَ

“Sizlərdən biriniz yalnız o zaman həqiqi mömin olar ki, mən onun nəzərində özünün mal-dövlətindən, övladlarından və bütün insanlardan sevimli olam.”[6]

Bu prinsip müsəlmanların fərdi və ictimai həyatının müxtəlif sahələrində özünə çoxlu nümunələr tapa bilər. Milad mərasimlərində bayram keçirmək Allahın xeyir-bərəkət və rəhmətinin o günlərdə nazil olmasını zehinlərdə canlandırır, bu iş Allah dərgahına şükür etmək sayılır. Bu məsələ (rəhmətin nazil olduğu günü bayram keçirmək) əvvəlki şəriətlərdə də mövcud olmuşdur. Quranın aşkar buyurduğuna görə həzrət İsa (əleyhis-salam) Allahdan dostlarına asimani bir süfrə nazil etməsini istədi ki, bunu (süfrə nazil olmasını) onun özü, ardıcılları və sonrakı nəsillər də bayram keçirsinlər. Həzrət İsa (əleyhis-salam) deyir:

اللَّهُمَّ رَبَّنَا أَنزِلْ عَلَيْنَا مَآئِدَةً مِّنَ السَّمَاء تَكُونُ لَنَا عِيداً لِّأَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِّنكَ

“Pərvərdigara, ey bizim Rəbbimiz! Səmadan bizə bir süfrə nazil et ki, bizim üçün – əvvəldəkilərimiz və axırdakılarımız üçün bayram olsun və həm də Sənin tərəfindən bir nişanə olsun!”[7]

Diqqət yetirmək lazımdır ki, imamlarımızın rəvayətləri mütəvatir “Səqəleyn” hədisinin hökmü ilə şəriətin nümunələrindən və dini hökmlərin dəlillərindən hesab olunur. Buna əsasən, onların sözlərinə tabe olmaq eynilə dinə tabe olmaqdır və dində bidət qoymaq ünvanı ona aid olmaz.

4. Bidətin mənasına diqqət yetirməklə mədəni-maarif, siyasi və ictimai məsələlərdə özünə məxsus rol ifa edən mühüm bir mətləb əldə olunur. O da bundan ibarətdir ki,  batilin – özünün həqiqi və əsl simasında – tərəfdarı yoxudur. Çünki o, sırf puçluq və boşluqdur. Deməli, batil diqqəti cəlb etmək üçün zahirdə özünü haqq formasına salaraq həqiqət rənginə boyanmalıdır. Bütün insanlar, hətta bütün varlıqlar həqiqəti və gerçəkliyi axtarır. Tarix boyu batil cəbhəsinin öz çirkin simasını gözəl və gerçək qələmə vermək üçün ən mühüm fəaliyyət dairəsi mədəni-maarif hövzəsində olmuşdur.

Qurani-kərim 20-dən artıq ayədə batil cəbhəsinin istifadə etdiyi bu vasitəni “təzyin” (gözəl qələmə vermək) təbiri ilə bəyan edir. Misal üçün: “Şeytan onların çirkin əməllərini nəzərlərində gözəl qələmə verdi.”[8] Başqa bir ayədə: “Yoxsa pis əməlləri öz nəzərində gözəlləşdirilən və onu yaxşı və gözəl görən şəxs (həqiqəti olduğu kimi dərk edən bir şəxs kimidirmi)?!”[9]

Buna görə də bütün tarix boyu – qədim dövrlərdən indiyə qədər zalım və qaniçən hakimlərin öz mənfur məqsədlərini həyata keçirmək üçün istifadə etdikləri ən mühüm vasitələrdən biri – cürbəcür dinlər və məzhəblər düzəltmək, müxtəlif ideyalar irəli sürməkdir. Onlar bu yolla ilahi dinlərin müqabilində müqavimət göstərərək haqq cəbhəsini problemlə qarşılaşdırmaq istəmişlər.

Əlbəttə, düşmənin müxtəlif təbliğat vasitələrini dəqiq şəkildə araşdırıb, zahirdə gözəl və aldadıcı simalar arasında gizlənən batilin simasını kəşf edib camaata təqdim etmək çox da asan iş deyildir. Bu işin öhdəsindən o kəslər  gələ bilər ki, yüksək elmi məharətə, güclü ideoloji bacarığa malik olsunlar. Bəlkə də İslamda din alimləri ilə oturub-durmaq üçün çoxlu təkid edilməsinin sirri və fəlsəfəsi də[10] həmin məsələ ola bilər; belə ki, həqiqi alimlərlə əlaqə saxlamaq nəticəsində insan azğınlığa düşməkdən amanda qala bilər.

5. Digər bir məsələ budur ki, inhiraf və azğınlığı onun təkcə ibtidai mərhələlərində araşdırmamalıyıq; əksinə zamanın axarlarında davam edən bu azğınlığı daimi və müntəzəm şəkildə araşdırmaq lazımdır. Belə ki, həndəsə də düz xətdən müəyyən bucaq altında fasilə salan istiqamətin (şüanın) azğınlıq (inhiraf) dərəcəsi əvvəldə ümumiyyətlə diqqət mərkəzində olmur. Lakin əsl yoldan cüzi bucaq ilə ayrılan bu fasilə davam etdikcə həmin az fasilə yüzlərlə, hətta minlərlə kilometrə çata bilər.

Buradan elmiyyə hövzələrində rəvacda olan klassik fiqhə səy göstərilməsinin və mərcəyi-təqlidlərə tabe olmağın zərurətinin sirri və fəlsəfəsi, eləcə də bu üslubun nə üçün məsum imamlar tərəfindən dəstəklənməsi aydın olur.[11] Bu üslub dini mətnlərin həqiqətini başa düşüb dərk etmək üçün ən möhkəm üslub  və ən gözəl əqli yoldur.[12]

Hər bir halda, dində bidət qoymağın siyasi, ictimai və mədəni cəhətdən dağıdıcı və təxribatçı təsirləri vardır. Onun ən mühüm amili cəmiyyətdə və dində təxribatçılıq yaranmasıdır. Bəlkə də həmin xoşagəlməz təsirlərə görə Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) “Zirar” məscidinin dağıdılmasına göstəriş vermişdi.[13] Quran bu barədə  buyurur: “(Müsəlmanlara) ziyan vurmaq, küfrü (gücləndirmək), möminlər arasında təfriqə salmaq və əvvəlcədən Allah və Onun Peyğəmbəri ilə mübarizə üçün pusqu qurmaq üçün məscid tikənlər…; onlar and içmişdilər ki, yaxşılıq və xidmətdən başqa heç bir məqsədləri yoxdur! Amma Allah şahiddir ki, onlar yalan deyirlər!”[14]

Mənbələr

[1] “Biharul-ənvar”, 2-ci cild, səh. 263; “Müsnəd”, Əhməd ibni Hənbəl, 4-cü cild, səh. 126

[2] Cəfər, Sübhani, “Mənşuri əqaid”, səh. 219-dan sonra

[3] “Biharul-ənvar”, 74-cü cild, səh. 202

[4] “Fəthul-Bari”, 5-ci cild, səh. 156

[5] “Şura” surəsi, ayə: 23

[6] “Camiul-üsul”, 1-ci cild, səh. 238

[7] “Maidə” surəsi, ayə: 114

[8] “Nəhl” surəsi, ayə: 24

[9] “Fatir” surəsi, ayə: 8

[10] “Kafi”, 1-ci cild, “mucaləsətul-uləma və söhbətuhum” babı

[11] “Vəsailuş-şiə”, 18-ci cild, səh. 19. İmam Sadiq (əleyhis-salam)-dan belə rəvayət olunur:

مَنْ کاَنَ مِنْکُمْ قَدْ رَوَي حَدِثيَنَا وَ نَظَرَ فِي حَلَالِنَا وَ حَرَامِنَا عَرَفَ اَحْکَامَنَا… فَاِنِّي قَدْ جَعَلْتُهُ حَاکِمًا

“Sizlərdən hər kəs bizim rəvayətlərimizi nəql etsə, bəyan etdiyimiz halal-haramları dərin nəzərlə tədqiq edərək onları tanısa… belə bir şəxsi mən sizə hakim qərar verirəm.”

Şeyx Səduq “Kəmalud-din və təmamun-nemət” kitabında (2-ci cild, səh. 844) imam Zaman (əleyhis-salam)-dan belə nəql edir:

وَ اَمَّا الْحَوَادِثُ الْوَاقِعَةُ فَارْجِعُوا فِيهَا اِلَي رُوَاةِ اَحَادِثيِنَا فَاِنَّهُمْ حُجَّتِي عَلَيْکُمْ وَ اَنَا حُجَّةُ اللهِ

“Qarşıya çıxan hadisələrə gəldikdə isə, bizim hədislərimizi rəvayət edənlərə müraciət edin. Çünki onlar mənim sizə olan höccətimdir, mən də Allahın höccətiyəm.”

[12] Əlavə məlumat üçün üsuli-fiqh və istidlali fiqhi kitablara müraciət edin.

[13] “Sireyi İbni Hişam”, 2-ci cild, səh. 530; “Biharul-ənvar”, 20-ci cild, səh. 253

[14] “Tövbə” surəsi, ayə: 107

İslam mədəniyyətində məclis ədəbi və qonaqpərvəlik

İslam mədəniyyətində məclis ədəbi və qonaqpərvəlik

Rəcəb ayının fəzilətləri-4

Bu yazı görkəmli alim, böyük mühəddis, məşhur fəqih və sinəsi Əhli-beyt (ə) maarifinin xəzinəsi olan cənab Şeyx Səduqun (305–381 hq) “Fəzailu-əşhuris-səlasə” – (üç mübarək ayın fəzilətləri) – kitabından çıxarışdır.  Belə ki, Şeyx Səduq bu kitabda üç mübarək ayın (Rəcəb, Şəban və Rəməzan) fəzilət və əməlləri barəsində 158 hədis hədis rəvayət etmişdir ki, biz Rəcəb ayının daxil olması münasibətilə, bu ayın barəsində olan 18 hədisi tərcümə edib, sizə təqdim edirik.[1]

Amma əvvəlcə Şeyx Səduq haqqında qısa məlumat verməyi məqsədə uyğun bilirik. Çünki bu böyük alimin Şiə ədəbiyyatının bü günə gəlib çıxmasında misilsiz rolu olmuşdur. Buna görə də az da olsa bu alimin həyatı haqqında hamımız bilməliyik.

Şeyx Səquq kimdir?

O, Məhəmməd bin Əli bin Hüseyn bin Musa bin Babuvəyh Qumidir. Hicri tarixi ilə 305 ya 306-cı ildə Qum şəhərində anadan olmuşdur. Atası Qumlu və anası Gilanlıdır (Deyləm).

Şeyx Səduqun atası

Şeyx Səduqun atası Əli bin Hüseyn hicrinin 3 əsrində yaşamış, şiə aləminin böyük alimi və Qum mühəddislərinin (hədis rəvayətçiləri) rəhbəri olmuşdur. Bəzi yazılara görə o, İmam Həsən Əsgəri (ə) zamanında yeniyetmə olmuş və İmam Əsgərinin (ə) ona yazdığı məktub mövcuddur. O, (Əli bin Hüseyn) 329-cu hicri ilində vəfat etmişdir. Bundan sonra (atasının vəfatından) Şeyx Səduq Rey şəhərinə köçmüş və orada yaşamış, yaratmış və 381-ci hicri ilində orada vəfat etmişdir. Məzarı Rey şəhərində ziyarətgahdır.

Tarix və Rical kitablarında yazılanlara əsasən Şeyx Səduq 300-ə yaxın hədis kitabı yazmışdır ki, tarix boyu müxtəlif səbəblər ucbatından məhv olmuş və günümüzdə bu kitablardan yalnız 20-i mövcuddur ki, onlardan “Mən la yəhzuruhul fəqih – əl-Xisal – Səvabul əmal və iqabul əmal – əl-Muqnə – Kəmaluddin – İləluş-şərayi – Uyunu əxbarur-Riza (ə) – Məaniul əxbar”a işarə etmək olar.

Ata və oğlun məqamı

Şeyx Səduq və atasının üstünlükləri barəsində alimlər çox danışıb, yazmışlar ki, biz bu barədə aşağıdakı dastana kifayət edirik:

“Əli bin Hüseyn hələ çox cavan ikən İmam Həsən Əsgəridən (ə) belə bir məktub aldı:

«… امّا بعد اوصيك يا شيخى و معتمدى و فقيهى ابا الحسن على بن الحسين بن بابويه القمّى وفّقك اللَّه لمرضاته و جعل من ولدك اولادا صالحين برحمته،… و عليك بالصبر و انتظار الفرج… فاصبر يا شيخى و معتمدى أبا الحسن و أمر جميع شيعتى بالصبر فانّ الارض للَّه يورثها من يشاء و العاقبة للمتقين و السلام عليك و علی جميع شيعتنا و رحمة اللَّه و بركاته…»

“Ey mənim şeyxim, etmiad etdiyim və fəqihim…! Allah-taala səni Özünü razı olduğu işlərə müvəffəq etsin və sənin nəslində saleh övladlar qərar versin… Səni səbrə və Fərəcin (12-ci imamın) intizarına dəvət edirəm!… Elə isə səbr et və bütün şiələrimi də səbr etməyə çağır!…”[2]

“… Şeyx Səduqun atası (Əli bin Hüseyn) öz əmisi qızı ilə ailə həyatı qurmuşdu. Amma qocalmasına və bu məktubdan illər ötməsinə baxmayaraq övladı olmurdu. Bir gün onun yolu Bağdad şəhərinə düşdü. Bu zaman İmam Zamanın (ə) 3-cü naibi Şeyx Əbul Qasim Hüseyn bin Ruh Bağdadda idi. Əli bin Hüseyn onunla görüşdükdən sonra İmam Zamana (ə) məktub yazır və məktubda İmamdan (ə.c) istəyir ki, İmam onun üçün övlad duası etsin. Və məktubu 3-cü naibdən İmamın (ə.c) hüzuruna göndərir.

Bir müddətdən sonra İmamdan (ə.c) belə bir cavab məktubu gəlir:

“… Allah-taala tezlikə sənə Deyləmli qızından iki xeyirli, əməli-saleh və fəqih (alim) oğlan bəxş edəcəkdir…”.

Bu duadan sonra Əli bin Hüseyn iki və onlardan sonra da bir oğlana sahib oldu (Məhəmməd – Həsən – Hüseyn) ki, hər üçü alim və zahid idilər. Belə ki, Məhəmməd (Səduq) hədis əzbərləməkdə öz zamanında misilsiz idi. Və həmişə iftixar edir və deyirdi ki, mən İmam Zamanın duası ilə dünyaya gəlmişəm!”.[3]

Üç ayın fəzilətləri – “Fəzailu əşhuris-səlasə”

Rəcəb ayının fəzilətləri kitabı – “Kitabu fəzaili şəhri rəcəb”

Bismillahir-rəhmanirrəhim. Əl-həmdu lillahi rəbbil aləmin. Və səlləllahu əla Muhəmmədin və alihi əcməin.

1-ci hədis:

Rəcəb ayında oruc tutmağın savabı.

«عَنْ أَبِي الْحَسَنِ عَلِيِّ بْنِ مُوسَى الرِّضَا (ع) قَالَ مَنْ صَامَ أَوَّلَ يَوْمٍ مِنْ رَجَبٍ رَغْبَةً فِي ثَوَابِ اللَّهِ عَزَّ وَ جَلَّ وَجَبَتْ لَهُ الْجَنَّةُ وَ مَنْ صَامَ يَوْماً فِي وَسَطِهِ شُفِّعَ فِي مِثْلِ رَبِيعَةَ وَ مُضَرَ وَ مَنْ صَامَ فِي آخِرِهِ جَعَلَهُ اللَّهُ مِنْ مُلُوكِ الْجَنَّةِ وَ شَفَّعَهُ فِي أَبِيهِ وَ أُمِّهِ وَ ابْنِهِ وَ ابْنَتِهِ وَ أَخِيهِ وَ عَمِّهِ وَ عَمَّتِهِ وَ خَالِهِ وَ خَالَتِهِ وَ مَعَارِفِهِ وَ جِيرَانِهِ وَ إِنْ كَانَ فِيهِمْ مُسْتَوْجِبٌ لِلنَّارِ»؛

“İmam Rza (ə) buyurur: Hər kəs Rəcəb ayının birinci gününü Allahın savabını ələ gətirmək üçün oruc tutsa, Allah-taala cənnəti ona vacib edər. Hər kəs bu ayın ortasında oruc tutsa Rəbiə və Müzər tayfaları qədər inslanları (yəni çox sayda insanı) şəfaət edər. Və hər kəs bu ayın axırında oruc tutsa Allah-taala onu cənnət şahlarından qərar verəcək və onun şəfaətini ata-anası, oğul-qızı, bacı-qardaşı, bibi, xala, əmi, dayı, qonşuları və tanıdıqları barəsində, əgər onlar oda layiq olsalar da belə, qəbul edəcəkdir”.

2-ci hədis:

Rəcəb ayının orucu odla insan arasında fasilə yaradır.

«عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ سَمِعْتُ النَّبِيَّ (ص) يَقُولُ مَنْ صَامَ يَوْماً مِنْ رَجَبٍ إِيمَاناً وَ احْتِسَاباً جَعَلَ اللَّهُ تَبَارَكَ وَ تَعَالَى بَيْنَهُ وَ بَيْنَ النَّارِ سَبْعِينَ‏ خَنْدَقاً عَرْضُ كُلِّ خَنْدَقٍ مَا بَيْنَ السَّمَاءِ إِلَى الْأَرْض»؛

“Ənəs bin Malik deyir: Eşitdim ki, Peyğəmbər (s) buyurur: Hər kəs Rəcəb ayında iman və qürbət qəsdi ilə (Allaha yaxın olmaq) bir gün oruc tutarsa Allah-Taala Qiyamət günü onunla Cəhənnəm odu arasında yerlə göy arası qədər fasilə yaradacaqdır”.

3-cü hədis:

Rəcəb orucunun savabının miqdarını yalnız Allah bilir!

«عَنْ عَلِيِّ بْنِ سَالِمٍ عَنْ أَبِيهِ قَالَ دَخَلْتُ عَلَى الصَّادِقِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ (ع) فِي رَجَبٍ وَ قَدْ بَقِيَتْ أَيَّامٌ فَلَمَّا نَظَرَ إِلَيَّ قَالَ لِي يَا سَالِمُ هَلْ صُمْتَ فِي هَذَا الشَّهْرِ شَيْئاً قُلْتُ لَا وَ اللَّهِ يَا ابْنَ رَسُولِ اللَّهِ (ص) قَالَ لِي لَقَدْ فَاتَكَ مِنَ الثَّوَابِ مَا لَا يَعْلَمُ مَبْلَغَهُ إِلَّا اللَّهُ عَزَّ وَ جَلَّ إِنَّ هَذَا الشَّهْرَ قَدْ فَضَّلَهُ اللَّهُ وَ عَظَّمَ حُرْمَتَهُ وَ أَوْجَبَ لِلصَّائِمِينَ فِيهِ كَرَامَتَهُ قَالَ قُلْتُ لَهُ يَا ابْنَ رَسُولِ اللَّهِ فَإِنْ صُمْتُ مِمَّا بَقِيَ شَيْئاً هَلْ أَنَالُ فَوْزاً بِبَعْضِ ثَوَابِ الصَّائِمِينَ فِيهِ فَقَالَ يَا سَالِمُ مَنْ صَامَ يَوْماً مِنْ آخِرِ هَذَا الشَّهْرِ كَانَ ذَلِكَ أَمَاناً لَهُ مِنْ شِدَّةِ سَكَرَاتِ الْمَوْتِ وَ أَمَاناً لَهُ مِنْ هَوْلِ الْمُطَّلَعِ وَ عَذَابِ الْقَبْرِ وَ مَنْ صَامَ يَوْمَيْنِ مِنْ آخِرِ هَذَا الشَّهْرِ كَانَ لَهُ بِذَلِكَ جَوَازٌ عَلَى الصِّرَاطِ وَ مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ مِنْ آخِرِ هَذَا الشَّهْرِ أَمِنَ يَوْمَ الْفَزَعِ الْأَكْبَرِ مِنْ أَهْوَالِهِ وَ شَدَائِدِهِ وَ أُعْطِيَ بَرَاءَةً مِنَ النَّارِ»؛

“Əli bin Salim deyir: Rəcəb ayının axırlarında mən İmam Sadiqin (ə) hüzuruna yetişdim. İmam (ə) məni gördükdə buyurdu: Ey Salim bu ay oruc tutdun!

Dedim: Xeyir ey Allahın Rəsulunun oğlu.

İmam (ə) buyurdu: Elə bir savabı itirmisən ki, miqdarını Allahdan başqa heç kəs bilmir. Həqiqətən Allah-Taala bu ayı fəzilətli və hörmətini böyük etmişdir. Öz kəramətini bu ayda oruc tutanlara vacib etmişdir.

Dedim: Ey Allahın Rəsulunun oğlu, əgər qalan günləri oruc tutsam bu ayda oruc tutanların savabına çataram?

İmam (ə) buyurdu: Ey Salim! Hər kəs bu ayın axırından bir gün oruc tutarsa, bu oruc onu ölümün çətinlikləri və qəbrin əzabından amanda saxlayacaqdır. Hər kəs bu ayın axırından iki gün oruc tutarsa, bu onun üçün Sirat körpüsündən keçid vərəqəsi olacaqdır. Və hər kəs bu ayın axırından üç gün oruc tutarsa Qiyamət gününün çətinliklərindən amanda qalacaq və bu oruc  onu Cəhənnəm odundan qoruyacadır”.

4-cü hədis:

Rəcəb ayında oruc tutan, yenidən dünyaya gəlir!

«عَنْ أَبِي جَعْفَرٍ مُحَمَّدِ بْنِ عَلِيٍّ (ع) قَالَ مَنْ صَامَ مِنْ رَجَبٍ يَوْماً وَاحِداً مِنْ أَوَّلِهِ أَوْ وَسَطِهِ أَوْ آخِرِهِ أَوْجَبَ اللَّهُ لَهُ الْجَنَّةَ وَ جَعَلَهُ مَعَنَا فِي دَرَجَاتِنَا [دَرَجَتِنَا] يَوْمَ الْقِيَامَةِ وَ مَنْ صَامَ يَوْمَيْنِ مِنْ رَجَبٍ قِيلَ لَهُ اسْتَأْنِفْ فَقَدْ غُفِرَ لَكَ مَا مَضَى وَ مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ مِنْ رَجَبٍ قِيلَ لَهُ غُفِرَ لَكَ مَا مَضَى وَ مَا بَقِيَ فَاشْفَعْ لِمَنْ شِئْتَ مِنْ مُذْنِبِي إِخْوَانِكَ وَ أَهْلِ مَعْرِفَتِكَ [مَغْفِرَتِكَ‏] وَ مَنْ صَامَ سَبْعَةَ أَيَّامٍ مِنْ رَجَبٍ أُغْلِقَتْ عَنْهُ أَبْوَابُ النِّيرَانِ السَّبْعَةُ وَ مَنْ صَامَ ثَمَانِيَةَ أَيَّامٍ مِنْ رَجَبٍ فُتِحَتْ لَهُ أَبْوَابُ الْجِنَانِ الثَّمَانِيَةُ فَيَدْخُلُهَا مِنْ أَيِّهَا شَاءَ»؛

İmam Baqir (ə) buyurub: “Hər kəs Rəcəb ayının əvvəli ya ortası və ya axırından bir gün oruc tutarsa Allah-Taala Cənnəti ona vacib edəcək və onu Qiyamət günü Bizimlə bir yerdə məşhur edəcəkdir.

Hər kəs Rəcəb ayında iki gün oruc tutarsa (Allah tərəfindən) ona deyilər: Bu gün yenidən həyatına başla (və yaxşı əməllər et) ki, sənin keçmiş günahların bağışlandı.

Və hər kəs Rəcəb ayında üç gün oruc tutarsa ona deyilər: Sənin keçmiş və gələcək (səhvən edəcəyin) günahların bağışlandı. Mömin qardaşlarından kimi istəyirsən (Allahın izni ilə) şəfət et!

Və hər kəs Rəcəb ayında yeddi gün oruc tutarsa yeddi cəhənnəmin qapısı onun üzünə bağlanacaqdır.

Və hər kəs Rəcən ayında səkkiz gün oruc tutarsa, səkkiz Cənnətin qapısı onun üzünə açıq olacaq və hansı qapıdan istəsə daxil olacaqdır”.

5-ci hədis:

Rəcəb ayının orucu Sirat körpüsündən keçid vərəqəsidir.

«قَالَ أَبُو جَعْفَرٍ مُحَمَّدُ بْنُ عَلِيٍّ (ع) مَنْ صَامَ سَبْعَةَ أَيَّامٍ مِنْ رَجَبٍ أَجَازَهُ اللَّهُ عَلَى الصِّرَاطِ وَ أجازه [أَجَارَهُ‏] مِنَ النَّارِ وَ أَوْجَبَ لَهُ غُرُفَاتِ الْجِنَانِ‏»؛

İmam Baqir (ə) buyurub: ” Hər kəs Rəcəb ayında yeddi gün oruc tutarsa Allah-Taala ona Sirat körpüsündən keçməyə icazə, Cəhənnəm odundan nicat verəcək və Cənnət bağlarını ona vacib edəcəkdir”.

6-cı hədis:

Məb`əs günü oruc tutmağın savabı: 60 il ibadət!

«قَالَ الصَّادِقُ جَعْفَرُ بْنُ مُحَمَّدٍ (ع) لَا تَدَعْ صِيَامَ يَوْمِ سَبْعَةٍ وَ عِشْرِينَ مِنْ رَجَبٍ فَإِنَّهُ الْيَوْمُ الَّذِي نَزَلَتْ فِيهِ النُّبُوَّةُ عَلَى مُحَمَّدٍ (ص) وَ ثَوَابُهُ مِثْلُ سِتِّينَ شَهْراً لَكُمْ‏»؛

İmam Sadiq (ə) buyurub: “Rəcəb ayının 27-ci günün orucunu unutmayın ki, bu gün həzrət Məhəmməd (s) Allah-Taala tərəfindən peyğəmbərliyə seçildi. Bu günün orucunun savabı altımış ayın orucunun savabına bərabərdir”. (7-ci hədis: İmam Rzadan (ə) rəvayət olunan hədisdə bu günün savabı 70 ilin orucunun savabına bərabərdir).

8 və 9-cu hədis:

Həzrət Nuh (ə) Rəcəb ayının birinci günü gəmiyə mindi.

«عَنْ أَبِي الْحَسَنِ (ع) قَالَ إِنَّ نُوحاً (ع) رَكِبَ السَّفِينَةَ أَوَّلَ يَوْمٍ مِنْ رَجَبٍ فَأَمَرَ مَنْ مَعَهُ أَنْ يَصُومُوا ذَلِكَ الْيَوْمَ وَ قَالَ مَنْ صَامَ ذَلِكَ تَبَاعَدَتْ عَنْهُ النَّارُ مَسِيرَةَ سَنَةٍ وَ مَنْ صَامَ سَبْعَةَ أَيَّامٍ أُغْلِقَتْ عَنْهُ أَبْوَابُ النِّيرَانِ السَّبْعَةُ وَ مَنْ صَامَ ثَمَانِيَةَ أَيَّامٍ فُتِحَتْ لَهُ الْجِنَانُ الثَّمَانِيَةُ وَ مَنْ صَامَ خَمْسَةَ عَشَرَ يَوْماً أُعْطِيَ مَسْأَلَتَهُ وَ مَنْ زَادَ زَادَهُ اللَّهُ‏»؛

İmam Sadiq (ə) və İmam Kazım (ə) buyurublar: “Nuh (ə) Rəcəb ayının 1-ci günü gəmiyə mindi və onunla yola çıxanlara əmr etdi ki, bu günü oruc tutsunlar”.

Dua və istəklər qəbul olunacaqdır!

Sonra İmam Musa Kazım (ə) buyurur: “Hər kəs bu gündə oruc tutarsa Cəhənnəm odu ondan bir illik fasilə ilə uzaqlaşacaqdır. Hər kəs bu ayda yeddi gün oruc tutsa yeddi cəhənnəmin qapısı onun üzünə bağlanacaqdır. Hər kəs səkkiz gün oruc tutsa səkkiz Cənnətin qapısı onun üzünə açılacaqdır. Hər kəs 15 gün oruc tutarsa dua və istəkləri qəbul olacaqdır. Və hər kəs oruc tutduğu günlərin sayın artırarsa Allah-Taala da savabın miqdarını artıracaqdır”.

10-cu hədis:

“Rəcəb” cənnətdə çay adıdır.  

«عَنْ أَبِي الْحَسَنِ (ع) قَالَ رَجَبٌ نَهَرٌ فِي الْجَنَّةِ أَشَدُّ بَيَاضاً مِنَ اللَّبَنِ وَ أَحْلَى مِنَ الْعَسَلِ مَنْ صَامَ يَوْماً مِنْ رَجَبٍ سَقَاهُ اللَّهُ مِنْ ذَلِكَ النَّهَرِ»؛

İmam Kazım (ə) buyurur: “Rəcəb cənnətdə süddən ağ, baldan şirin bir çaydır. Hər kəs Rəcəb ayında bir gün oruc tutarsa Allah-Taala onu bu çaydan sirab edər”.

11- ci hədis:

Rəcəb ayında yaxşı əməllərin savabı ikiqat yazılır.

«قَالَ أَبُو الْحَسَنِ (ع) رَجَبٌ شَهْرٌ عَظِيمٌ يُضَاعِفُ اللَّهُ فِيهِ الْحَسَنَاتِ وَ يَمْحُو فِيهِ السَّيِّئَاتِ وَ مَنْ صَامَ يَوْماً مِنْ رَجَبٍ تَبَاعَدَتْ عَنْهُ النَّارُ مَسِيرَةَ سَنَةٍ وَ مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ وَجَبَتْ لَهُ الْجَنَّةُ»؛

İmam Kazım (ə) buyurur: “Rəcəb böyük aydır. Allah-Taala bu ayda yaxşılıqları çox yazar. Pis əməlləri əməl dəftərindən silər. Hər kəs bu ayda bir gün oruc tutarsa cəhənnəm odu ondan bir illik yol fasiləsi ilə uzaqlaşar. Hər kəs bu ayda üç gün oruc tutarsa cənnət ona vacib olar”.


[1] –  Fəzailul-əşhurus-səlasə, Şeyx Səduq, Nəşr: Məktəbətul-adab, Nəcəf, 1379 hq, 1-ci çap;

[2] – “Xatəmətul-mustədrək”, Muhəddis Nuri, 3/277; “Ğənaimul-əyyam”, Mirzayi Nuri,1/30; “Məcalisul mominin”, Şuştəri, 1/453; “Tətimmətul muntəha”, Şeyx Abbas Qumi, s.402; “Təsisuş-şiə”, Seyid Həsən Sədr, s.331;

[3] – Əl-ğeybə, Şeyx Tusi, s.308-320; Kəmaluddin, Şeyx Səduq, 2/502/bab:45; Əl-xəraic, Ravəndi, 2/706; Əlamul-vura, Təbərsi, s.451;