Həqiqət sorağında – || hissə

Gənclik dövründə hiss və həyəcanın istiqamətlənməsi

Sual: Çağdaş dünyada gənc nəslin düzgün həyat tərzinə sahib olması üçün, eyni zamanda düzgün və sağlam ideoloji fikirlərə sahib olmaq üçün hansı ünsürlərə riayət etmək lazımdır?

Cavab: İlk olaraq bilməliyik ki, gəncliyin ilk çağlarına münasib hər bir fərddə cismani inkişafla yanaşı, bir sıra daxili hiss və maraqlar, dəyər və rəftərları izləmə prosesi, əqidə duyğusu və həyata baxış halları təbii faktor olaraq özünü biruzə verir. Cavanlıq dövrü cismin, fikrin və ruhun sürətlə dəyişməsi və yeni təcrübələrin artması kimi, olduqca həssas və həyəcanlı keçid mərhələsidir. Bu mərhələdə cavan fərqli xüsusiyyətlərlə inkişafa doğru irəliləyir, sərbəstlik istəyir və özünə şəxsiyyət verir.

Bu zaman bu həqiqəti və mahiyyətini tanımaq, kor-koranə təqlidlərini köklü etiqadlara çevirmək istəyən şəxsin şəkk  və vəsvəsalığı, həyatın önəmli məsələlərinə iradla yanaşması qəribə deyildir. Yeniyetmələr və cavanlara onların əsl həqiqəti və mahiyyətini başa salmaq üçün cavanlıq mərhələsi ilə bağlı tərbiyəvi üsullarla yanaşı aşağıdakı incəlikləri də diqqət mərkəzində saxlamalayıq.

1. Psixoloqlar yeniyetməlik dövrü haqda deyirlər: Cavanlıq dövrü iki dövrün – uşaqlıq və böyüklük – arasında yerləşir, belə ki, nə hər bir şeyi böyüklərdən qəbul edən dünənki uşaqdır, nə də, yaşlıdır. Cavanlar bir çox fenomenləri gördüklərinin və əqli təhlillərinin köməyi ilə araşdırırlar.

2. Psixoloqların qeydlərinə görə, cavanlar mərifət baxımdan əxlaq, məzhəb və müxtəlif həyat tərzləri kimi kəsb olunan dəyərləri intizamlı şəkildə araşdıra bilərlər. Onların zehnində bir məsələnin həlli və tutarlı cavab seçimi üçün müxtəlif yolların müqayisəsi üçün müxtəlif yolların müqayisəsi imkanını hazırlayan ardıcıl dəlil-sübutlar formalaşır, onun təfəkkür tərzi genişlənir. Bununla belə, hələ də isbat və düşüncə qüvvəsi uşaqlıq mərhələsindən böyüklük mərhələsinə keçid vəziyyətində durur. Bu zaman onun dərk etmə və qəzavət qüvvəsi elə geniş olmadığından dolğun, dərin, əhatəlivə yeni üsullara uyğun hesab etmək olmaz. Başqa sözlə, inkişafda olan cavan dəlil-sübutlarını özünə aid etməyincə, anlaşılmaz məsələlərin həlli üçün şəxsi təcrübələrindən və özünün psixoloji normalarından kömək almayınca, püxtələşə bilməz. Belə isə, onun bəzi həyat üsullarında şəkk-şübhəsi daha çox məlumat əldə etməsi və dərin mərifətə sahib olması üçün bir girişdir, bunun üçün nigarançılıq lazım deyildir.

3. İnsan cavanlıq dövründə şəxsiyyət və mahiyyətini əldə etmək istəyir. Bu baxımdan cavanlığın ilk çağları böyük əhəmiyyət daşıyır. O “öz şəxsiyyəti, mənliyi və mahiyyəti” ilə əlaqədar qarşısında çıxan ( mən kiməm? – kimi) əsasları suallara cavab tapmaq zorunda qalır. Bu zaman o, “mənliyini və mahiyyətini” elə mənalarla formalaşdırmalıdır ki, keçmişi ilə əlaqəsini qurmamaq şərtilə gələcək tədbirləri haqda da düşünə bilsin. Erikson yazır: “İnsanın formalaşması və şəxsiyyətini qəbul etməsi olduqca çətin vəzifədir və onda iztirab və həyəcan doğurur. Bu zaman yeniyetmə daha münasib seçim üçün müxtəlif tədbir və ideyalarını sınaqdan keçirməlidir. Bu mərhələni güclü şəxsiyyət hissi ilə keçənlər isə gələcəkdə nəfsinə etimaddan doğan geniş hisslərlə üzləşməyə hazırdır. Bu yaşlarda yeniyetmələri özləri ilə uyğunlaşdıran ictimai qurumların təsiri də misilsizdir. Onlar fərdin uyğun şəxsiyyətinin inkişafına təsir göstərmək qüdrətinə malikdirlər.
Demək, burada dost, din və hətta qeyri-din örnəkləri də böyük təsir bağışlayır və ictimai rəftərları təsir altında saxlayır.

4. Yeniyetmə və cavanın tərəqqisi, özünü və Allahını tanımasl istiqamətində münasib şəraitin hazırlanması, həyat tərzini rahat və cavanlıq enerjisi ilə keçməsi, süqut və uçurumlardan qurtulması və doğru yolda addımlaması üçün təfəkkürə, qayğıya, mehriban və agah məsləhətçiyə daha çox ehtiyac duyur.

Beləliklə hər bir gənc nəsil daxili və mənəvi inkişafı üçün qeyd olunan məsələlərə diqqət yetirməlidir ki, öz şəxsiyyət və inkişafını düzgün proqram və mənəvi dəyərlərə söykənərək yerinə yetirə bilsin.

“Şəxsiyyət nəzəriyyələri”  Erikson, tərcümə: Yusif Kərimli və tərcümə həmkərlar birliyi, səh-332.

Din və psixologiya – IV hissə

Düşüncə və fikrin kontrolu (dini-psixoloji aspektdə)

Müasir psixoloji-fəlsəfi təhlilər göstərir ki, insan həyatını idarə edən, insanı xoşbəxtçilik və səadətə yetişdirən ən fundamental qüvvə ağıl qüvvəsidir. Müasir psixoloji araşdırmalar insan həyatının sistemini, eyni zamanda yaşam prinsipini ağıl, şüur və düşüncə qüvvəsinin yardımı sayəsində, eyni zamanda ağıl və şüurun nizamı vasitəsi ilə idarə olunduğu bir çox elmi araşdırmalar sübuta yetirib. Bəs, əqli kamillik insanın xoşbəxtlik amili, həyatın çiçəklənməsi və yüksək uğur və naliyyətlərin açarıdır. Bunun üçün bu mövzuya diqqət yetirmək insanın həyatda necə və hansı kriteriyalar əsasında yaşamasını da müəyyən edir.

İnsan təbiətən düşünən varlıqdır. Onun xilqəti düşüncə və təfəkkür ünsürü ilə elə bir şəkildə yoğrulmuşdur ki, nadir hallarda bu ünsürsüz keçinir. O daim müxtəlif məsələlər haqqında düşünmüşdür. Həmçinin varlığın başlanğıcı və sonu, səadət və onu əldə etməyin yolları haqqında düşüncələr də tarixi baxımdan bəşərlə eyni vaxtda doğulub. Görəsən “təfəkkür” adlandırdığımız insanın canındakı bu xüsusi həqiqət nədir? Məntiq alimləri deyir: “Təfəkkür – zehnin məculu məluma çevirmək səyindən ibarətdir”. İnsanlar təfəkkür prosesi ilə zehinlərindəki məlumatlardan istifadə edərək öz məchullarını azaltmaq və məlumlarını, biliklərini artırmaq istəmişlər. Bu yolda bəzən problemi (məchulu) həll etməyin öhdəsindən gəlir, bəzən də yarı yolda qalır və müvəffəq olmurlar. İnsan fikir səyi prosesində həqiqəti aşkarlamaq üçün müxtəlif yollar seçir ki, onların bəzisi düzgün, bəzisi isə yanlışdır. Buradan aydın olur ki, insan həyatının özəyi ağıl, düşüncə və təfəkkürdən ibarətdir. Belə olduğu halda, bu müəddəs qüvvənin idarə olunması da, müxtəlif bilik sahələri dairəsində də geniş aspektdə müzakirə olunmuş, bu qüvvənin kontrol olunması üçün müxtəlif həll variantları təqdim edilmişdir. Biz bu yazıda, psixoloji və daha çox dini aspektdə ağıl, düşüncə və fikrin idarə və kontrol olunmasına toxunacaq, burada olan mühüm nöqtələri sizlərə təqdim edəcəyik.

Ümumi olaraq ağıl və şüuru bir avtomobilə bənzədə bilərik. Belə ki, əgər bu avtomobildən bacarıqlı bir sürücü idarə edərsə, insan hərəkət etdiyi məqsədə daha rahat yetişə bilər. Bəs avtomobilin rahat idarə olunması insanın səadətə çatması üçün mühüm vasitə hesab edilir. Eyni ilə insan ağlı və şüuru da avtomobilə bənzəyir. Əgər bu qüvvə düzgün kontrol olarsa insan xoşbəxtlik və səadət yolunda düzgün addımlaya bilər və öz məqsədinə daha rahat yetişə bilər. İnsan fikir və zehnini idarə və kontrol etməsi, və bu qüvvələrə düzgün nəzarət etmək, vəsvəsə və batil düşüncələrdən qurtulmaq üçün müxtəlif əqli və fikri məşqlər etməsi və burada güclü səy götərməsi lazımdır. İnsan batil düşüncə və yanlış xəyalpərəstliyin zərərini dərk etdikdə artıq bu qüvvənin idarə v ə düzgün kontrol olunması üzərində ciddi çalışacaqdır.
Biz bu məsələyə daha çox dini paradiqmada yanaşdığımız üçün bu psixoloji problemin daha psixoloji həll yolu ilə bərabər dini dünyagörüşündən də faydalanıb məsələni bu aspektdə həll variantını təqdim edəcəyik. Əxlaq ustadları və din alimləri xəyalpərəstlikdən, şeytani və nəfsani düşüncələrdən qüurtulmaq üçün bir sıra əxlaqi göstərişlər vermişlər. Əlbəttə bu göstərişlər müasir psixoloq və mütəfəkkirlərin də istifadə etdiyi, eyni zamanda psixologiya və müasir fəlsəfə elmində də istifadə olunmuşdur.

A) Dərrakəlik və müdriklik

İnsan batil düşüncə mənfi zehni obrazlardan qurtulmaq üçün dərrakəsini gücləndirməli və öz zehniyyətini dəqiq əqli məlumatlar ilə təchiz etməlidir. Burada psixloji, fəlsəfi və əsası məntiq elminə aid olan biliklərdən istifadə edərək insan öz zehniyyətini doldurub, mənfi və yanlış təsəvvürlərdən qurtula bilər.
Əmirəl-möminin Əli (ə) öz dəyərli kəlamlarının birində bu barədə buyurur: “Qəlblərin mənfi fikir və istəklərinin qarşısı ağıl ilə alınır”

Deməli bu müqəddəs kəlamdan anlaşılır ki, mənfi obrazlar və zərər verici nəfsani istəklərən qurtulmaq üçün insan öz ağlını itiləşdirməli, müxtəlif zehni məşqlər etməli və öz ağlından istifadə etməlidir. İnsan öz ağlını özünə bələdçi və yol göstərən müəyyən etməli, ötəri ləzzət və nəfsani istəklər, eyni zamanda insan nəfsində qərar tapan hər bir mənfi qüvvələrdən ancaq ağılın qüvvəsi ilə xilas ola bilər.

B) İlahi təvqa və pəhrizkarlıq

İnsanın nəfsini islah etməsi üçün ilahi təqva və pəhrizkarlıq ən mükəmməl ikinci həll variantıdır. Ağıl ilə bərabər təqva xüsusiyyəti insanı xoşbəxt edən ikinci mühüm kriteriyadır. İlahi təqva və Allah eşqi insanı mənfi bataqlıqdan xilas edən ən dəyərli yoldur. Təqva və mənəvi pəhrizkarlığı öz həyatının bələdçisi qərar verən şəxs, təbii ki, həyatın ən çətin və sıxıntılı zamanlarında belə insan üçün ən dəyərli xüsusiyyətdir. İman və təqvanın vasitəsi ilə insan günah və fəsadın çirkinliyini dərk edərək onlardan uzaqlaşa bilər. Təqva elə bir daxili qüvvədir ki, insan onun vaitəsi ilə günah və fəsaddan uzaqlaşaraq, eyni zamanda günah və fəsadın yayıldığı yerlərdə belə özünü daha rahat hiss edərək özünü düzgün kontrol edə bilər.

Qurani-Kərim bu barədə öz müqəddəs kəlamında buyurur: “Şübhəsiz, təqvalı olanlara Şeytandan bir vəsvəsə yetişsə (dərhal)  Allahı xatırlayaraq özlərinə gələrlər və onda  gözüaçıq (bəsirətli) olarlar”.

Beləliklə Allahı daim nəzarətçi bilən şəxs, Allahı onun bütün işlərində hazır olduğunu, danışdığı və düşündüyü bütün hər bir şeydən Onun agah olduğunu dərk edən kəs, günah və fəsaddan təbii ki uzaq olacaqdır.

C) İradə gücü və psixoloji əzmkarlıq

Zehin və düşüncənin kontrol olunması üçün təbii ki, ən gözəl həll yollarından biri də, iradə gücü və insanın əzmkarlığıdır. Bilmək lazımdır ki, hər hansısa yaxşı bir iş görməsi və ya pis və bəyənilməyən işlərdən uzaq olması üçün möhkəm iradə gücü və əzmkarlıq labüddür. İnsan zehniyyətini formalaşdırması üçün mənəvi iradə olduqca əhəmiyyətlidir. İnsan iradə gücü ilə mənfi amillərdən uzaqlaşıb, mənəvi və dəyərli kriteriyalara sahib ola bilər. İnsanın öz-özünü idarə etməsi, zehninə gələn müxtəlif təsəvvürlərdən xilas olub, müsbət və faydalı düşüncələrə sahib olmaq üçün öz iradəsini əzm ilə möhkəmləndirməli və daxili mənəvi qüdrətini bu vasitə ilə təkmilləşdirməlidir. İradə gücü olmadan iş, təhsil, kariyera, böyük naliyyət və uğurlara yetişmək mümkün deyil. Həyatın müxtəlif peşə sahələrinə sahib olmaq üçün güclü iradə tələb edilir. İradə gücü insan həyatını kontrol edən ən fundamental mənəvi gücdür. Bu mənəvi güc olmadan təbii ki, həyatın bir çox müsbət yönlərindən faydalanmaq da mümkün deyildir.

D) İnsanın öz bədən üzvlərini qoruması

İnsanda yaranan müxtəlif yanlış və batil nəfsani xəyalpərəstliklərin yaranması və güclənməsi kənar amillərin vasitəsi ilə baş verir. Kainatda müşahidə etdiyimiz müxtəlif hadisələr insan zehnində həkk olaraq onun zehin dünyasının bir parçası hesab olunur. Buna görə də, insan öz iradə gücü ilə kənar, ətraf amillərdən diqqətini yayındıraraq, düşüncə və şüurunun vasitəsi ilə mənəvi aləmə diqqət yetirərək öz batil xəyalpərəstliyin qarşısını ala bilər. Məhz bu vasitə ilə insan öz diqqət və düşüncəsini kənar amillərdən kənarlaşdıraraq, eyni zamanda düşüncə və zehni əlaqəsini kənar amillərdən kəsərək öz daxili aləmini kontrol edə bilər. Müxtəlif səhnələr, şəhvətyaradıcı mənzərələrə diqqət yetirmək insanda bununla bərabər bir çox mənfi xüsusiyyət və qüvvələrində inkişaf etməsinə səbəb olur. Bu mənfi qüvvələrin qarşısını almaq üçün, ən mühüm həll yolu insanın kənar amillərə daha çox diqqət yetirməməsi və daha çox mənəvi dünyaya adaptasiya olunması gərəkdirir. Xoşbəxtlik və səadətin yoluda məhz bu vasitə ilə mümkün olacaqdır.

C) Ehtiraslı düşüncələr və təsəvvürlərdən çəkinmək

İnsan batil düşüncə və nəfsani meyillərdən uzaq olması üçün şəhvət və qəzəb ilə əlaqəli düşüncə və təsəvvürlərdən də uzaq olması lazımdır. Bütün bu yanlış və günaha sürükləyən təsəvvürlər insanı bu əməlləri yerinə yetirməsi üçün şərait yaradır. Əmirəl-möminin Əli (ə) bu barədə buyurur: “Günah ətrafında çox düşünən şəxs, nəhayət günahın özünə tərəf doğru çəkiləcəkdir”

Təbii ki, gənclər üçün, eləcə də ətrafını şəhvət və qəzəb bürümüş insanlar üçün şeytani fikirlər və xəyalpərəstliyi özlərindən uzaqlaşdırmaq ilkin mərəhələdə çətindir, ancaq davamlı müqavimət, qətiyyət, məşq və çalışmaqla xəyal qüvvəsinə nəzarəti ələ keçirtmək olar. Necə ki, hər bir şey çox səy, iradə gücü və güclü müqavimət ilə ələ gəlir.

Aqil İslam
1 – Şərhul qurərul-hikəm, c. 2. S. 500
2- Əraf, sur-201.

“And olsun Kə’bənin Rəbbinə nicat tapdım”

Mübarək ramazan ayının 18-dən 19-a keçən gecə mütəqqilərin əmiri, övliyaların sərvəri və rəhbəri, ariflərin ustadı, bütün varlığı tovhid nuru ilə nuraniləşən İmam Əlinin (ə) zərbətləndiyi gecədir. Ikinci qədr gecəsi ehtimal olunan mübarək ramazan ayının 21-ci gecəsi isə bu əzəmətli şəxsiyyət öz rəbbinə qovuşaraq mələkut aləminə yüksəlmişdir.İmam Əli (ə) zərbətləndiyi gündən təqribən üç gün müddətində yaşamış, daha sonra öz rəbbinə qovuşmuşdur.

Həzrəti Peyğəmbər (s) onu “bədbəxtlərin ən bədbəxti” adlandırdığı İbn Mülcəm (lən) tərəfindən kufə mescidində sübh namazında arxadan, namaz üstündə səcdədən qalıxdığı zaman  başına qılıncı ilə vurmuşdu. Ramazan ayının 21-də yer üzünün höccəti gözünü dünyaya yumub, əbədiyyət aləminə köçmüşdür. Rəvayətlərdə buyurulur ki, İmam 19-u axşam qızı Ümmü –Gülsümün evində qonaq idi. Sübhə qədər narahat idi, yata bilmirdi. İbn-Səd Həzrət İmam Həsən(ə) dən nəql edir ki, İmam (ə) yuxuda Peyğəmbəri (s) gördü, ona (s) ümmətin etdiyi haqsızlıqlardan, zülmlərdən şikayət etdi.
Peyğəmbər (s) Əlidən (ə) ümmətə nifrin etməyini istədi. Bu zaman Əli (ə) belə dua etdi: “ İlahi mənə bunlardan yaxşı camaat, bunlarda isə məndən pis rəhbər qərar ver”.

Hədislərdə var ki, İmam Əli (ə) namaz vaxtı zərbətlənib. Meysəm İbn Təmmardan nəql olunur ki, İmam (ə) namazda idi. İbn Mülcəm (lən) içəri girib İmamın (ə) mübarək başına qılıncla zərdə endirdi. Demək olar ki, bu hadisəni bütün islam alimləri yekdilliklə qəbul edirlər. Hədislərdə qeyd olunur ki, İbn Mülcəm Kufəyə gələndə Şəcnə İbn Əddinin qızı Qutamı görür. O qıza vurulur. Qutam deyir əgər məni istəyirsənsə mənim mehriyyəm Əlinin (ə) qanıdır. İbn Mülcəm deyir elə məndə ona görə bura gəlmişəm. O həmən gecə Əşəs ibn Qeys Kəndinin evində qalır. O qılıncına zəhər sürtüb Kufə mescidinə tərəf yola düşür və həmin zəhərli qılıncla İmamı (ə) başından yaralayır. Bu işdə ona yoldaşlıq edənlərdən biri də Şəbib ibn bəcrə Əşcədir.

“And olsun Kəbənin rəbinnə ki, nicat tapdım” bu məşhur kəlam Həzrəti Əliyə (ə) məxsusdur.
İmam (ə) bu sözü zərbətləndiyi an deyib. Həzrəti Əli (ə) böyük cazibə bə dafiəyə sahib bir şəxsiyyət olmuşdur. Haqq əhlinin qəlbi ona doğru cəzb olunmuş, iman və eşq sahibi olan şəxslərin qəlbində bu əzəmətli şəxsiyyətə qarşı sevgi və məhəbbət yaranmışdır. Təsadüfi deyil ki, Peyğəmbərin (s) Əli (ə) haqqda “Ya Əli səni ancaq mömin sevər, sənə ancaq kafir düşmən” dediyi bu mübarək kəlam öz həqiqətini tarixi boyu göstərmişdir. Buna görədə də, Əlinin (ə) məhəbbətini tarix boyu qəlblərdən və zehinlərdən silmək istəsələr belə heç bir zaman buna nail olmamışlar. Əli (ə) haqq meyarı, ədalət sütunu, dinin meyarıdır.
Əli (ə) öz dərin kəlamları ilə daim zehin və qəlbləri işıqlandırmış, öz canını din və quran yolunda fəda etmişdir. Məhz bu əzəmətli şəxsiyyətin bu mübarək şəhadəti də məhz onun Quran və tövhid sütunundan qaynaqlanır. İmam Əlidən (ə) uzaqlaşan şəxslər hər bir zaman zəlalətə və giriftarçılığa qərq olmuşlar.
Çünki həzrəti Əli (ə) haqqı batildən ayıran ən mükəmməl meyardır. Məhz bu səbəbə görə də, qiyamət gününə qədər də haqq və batilin meyarı onunla müəyyən və müşəxxəs olacaqdır.

Fədai Naci

Qədr gecəsi və insanın ixtiyarı

Sual: Əgər insanın müqəddəratı qədr gecəsi müəyyən olunursa, o zaman insanın təlaş və ixtiyarı nə məna daşıyır?

Cavab: İnsanın talehi və müqəddəratının qədr gecəsində qeydə alınaması ilə onun ixtiyarının ziddiyət təşkil etməsi məsəsi bu məsələyə görə irəli sürülmüşdür ki, bir tərəfdən rəvayətlərə əsasən, bu gecə insanın bir illik taleyi təyin olunaraq İmam Zamana (ə) təhvil verilir və digər tərəfdən bu təqdir və təyin Allahın elminə əsaslanır. Belə ki, əgər insan müəyyən olunmuş taleyini dəyişdirə bilsə, həm Allahın elmində nadanlıq yaranacaq, həm də Onun təyini mənasız olacaqdır. Bu iki şübhə ilə qarşılaşmamaq üçün insanın öz talehini dəyişdirməsindəki gücünü inkar etsək, bu da cəbr mənası verəcəkdir.

1. ”Cəbr” və “ixtiyar” məsələsi ilə bağlı müxtəlif görüşlər. Yuxarıdakı sualın cavabının aydınlaşması üçün diqqət etməliyik ki, “cəbr” və “ixtiyar” predmeti teologiya elmi ilə bağlı çox qədim zamanlara gedib çatır və bütün dini-ideoloji məktəblərdə özünə xüsusi yer ayırmışdır. İslam məktəbində bu məsələ ilə əlaqədar üç əsas görüş irəli sürülmüşdür:

1. Əşərilər məktəbinin “mütləq cəbr” görüşü.
2. Mötəzilə məktəbinin “mütləq ixtiyar və azadlıq” görüşü.
3. Şiə məktəbinin “orta mövqe” ( nə mütləq cəbr, nə də mütləq ixtiyar) görüşü.

Əhli-beyt məktəbinin ardıcılları həm məsum imamlara (ə) tabe olmaqla, həm də əqli-fəlsəfi dəlillərlə “orta mövqe”nin ən düzgün yol olduğunu sübut etmişlər; yəni insanın işləri nə tamamilə öz yaradıcılığıdır ki, onun işləri mütal Allahın qüdrət dairəsindən xaric olsun, nədə tamamilı Allahın məxluqudur ki, savab və cəza mənasız olsun. Üçüncü görüşdə müsəlman alimləri “cəbr” şübhəsinə iki cavab vermişlər ki, qədr gecəsində tale və müqəddəratın təyini ilə insanın ixtiyarı arasındakı ziddiyyəti irəli sürən şübhəni də ona aid etmək olar. Yeri gəlmişkən, bu şübhəyə axırda ixtisaslı şəkildə cavab veriləcəkdir.

Birinci cavab: Allah-Talaanın nizam-intizam üzərində yaratdığı kainata səbəb-nəticə qanunu hakimdir. Vasitəsiz şəkildə yaranan ilk məxluqdan başqa, bütün varlıqlar Allah-Taalanın müəyyən etdiyi səbəblərdən vücuda gəlmişdir. Məsələ, təbiət aləmi elə tənzim olunmuşdur ki, xüsusi şəraitdə əkilən toxum çırtlayaraq yarpaq çıxaracaq, bitkiyə çevriləcəkdir. Həmçinin nütfə qadın batinində yerləşdiyi təqdirdə, biz istəsək də, istəməsək də, rüşeymə çevriləcəkdir. Lakin bütün səbəblər bu sadəlikdə deyil, əksinə, bəzi fenomenlərin səbəbləri anlaşılmazdır, ona bir sıra ünsürlər dəxalət edir ki, onları asanlıqla ayırd etmək olmur. İnsanın ixtiyari işləri də bu qəbildəndir. Səbəb-nəticə qanunu insanın ixtiyar və iradəsində böyük rol oynayır. Demək, insanın ixtiyarı mütəal Allahın yaratdığı bu aləmin bir qismini təşkil edir.

Bu cavabın iradı: Göstərilən təhlilə əsasən, Allah-Taala insanın taleyini özünə həvalə etmiş olur. Bunun mənası budur ki, Allah-Taala insanın talehinə dəxalət etmir. Bu isə üçüncü görüşlə əlaqədar irəli sürülsə də, əməli olaraq mötəzilə məktəbi tərəfindən deyilən  “təfviz” adlı yanlış mənadan ibarətdir. Həm də bu təhlilə görə, qəbul etməliyik ki, Allah-Taalanın insanın ixtiyari işlərinə qarşı elmi yalnız bu nizama elmi olub, insanın işlərinin təfərrüatından xəbərsizdir. Bu da bəzi qədim filosofların, kəlamlarından başa düşülən mənadan başqa bir şey deyildir. Əllamə Məclisi dərin düşüncəsi ilə Quran və sünnəyə əsaslanaraq onu dinin zərurətinə əks bilir.

İkinci cavab: Taleyin təyin olunması ilə əlaqədar ikinci məna odur ki, Allah-Taalanın yaratdığı, səbəb-nəticə qanunu üzərində qurduğu kainata və ona hakim nizam-intizam təsir göstərir. Odur ki, belə deyirlər: “Allah-taalanın səbəbkar olduğu qədər də ürəkyandırandır. O, atəşi yandırıcı xəql etdiyi kimi, onu gülüstana da çevirə bilər. Dəqiq desək, Allah-Taala atəşi yandırıcı səbəb yaratsa da, Onun Özü həmin səbəbi qüvvədən salıb, başqa bir səbəblə də dəyişə bilər.

Bu təhlilə əsasən, taleyi təyin etmək səbəbləri müəyyən nəticələrin yolu üzərin qoymaq mənasını daşıyacaqdır. Başqa sözlə, mütəal Allah insanların taleyini, hətta qədr gecəsindən qabaq fitrət aləmində dəqiq şəkildə təyin etmişdir. Ondan daha üstün mənada, Allah əzəli və əbədi elmində kimin xoşbəxt və kiminsə bədbəxt olması müəyyəndir. Ariflərin dediyi kimi, sabit vəziyyətdə hər kəsin səadət və bədbəxtliklə nisbəti məlumdur. Lakin bunun insanın ixtiyarı ilə heç bir ziddiyyəti yoxdur. Çünki bu təyin və təqdir Allahın əzəli və əbədi elmindən doğur və Onun bu elmi insanın iradə və ixtiyarına tabedir. Başqa sözlə, O, filankəsin filan yerdə,filan saatda və filan vəziyyətdə nə edəcəyini, hansı qərara gələcəyini və öz ixtiyarı ilə hansı yolu seçəcəyini, hansı taleyə üz tutacağını yaxşı bilir. Rəvayətlərə müraciət etdikdə, görəcəyik ki, mütəal Allahın vasitəsi ilə taleyin təyin edilməsindəki həmin məna və həqiqət qəbul olunmuşdur. İmam Sadiq (ə) buyurur: “Allah-Taala insanlardan filan işin baş verdiyini (yəni müəyyən bir işi görmək istədiklərini ) bildiyi üçün işlərini öz ixtiyarlarına qoydu. Buna görə də, həmin işi görməkdə bacarıqlıdırlar”. Bu rəvayətlərdə taleyin təyin edilməsi məsələsində mütəal Allah vəsilə və səbəbi insanın ixtiyarına qoyur və o da həmin səbəbdən istifadə edərək işini görür. Lakin müəyyən bir işin, məsələ günahın səbəbini onun ixtiyarına qoymasının səbəbi budur ki, Allah-Taala onun axırda öz ixtiyarı ilə həmin işə quraşacağını bilir.

2. Əbu bəsir İmam Sadiq (ə) dən belə nəql edir: “bir dəfə bir nəfər İmam Sadiqin (ə) günah əhlinin əzabı ilə əlaqədar Allahın hökmünü soruşduqda, o  həzrət buyurur: “Allah-Taala bu hökmü verdikdən sonra onun əhliniə həmin hökmü başa düşmək üçün güc verdi, ona layiq ağır yükü onlardan götürdü və günah əhlinə günah etmək qüdrətini verdi. Şünki öncədən bilirdi ki, onlardan günah baş verəcək.” Məruf həsəni bu hədisin davamında yazır: “Allahın onlara hökmü Onun bu işə qarşı elmindən qaynaqlanır ki, onlar öz ixtiyarları ilə bədbəxtlik yolunu seçəcəklər.” Bu iki rəvayətə diqqət yetirdikdə, ümumiyyətlə, demək olar ki, Allah tərəfindən əzəldən taleyin təyin edilməsinin mənası belədir: “Allahın əzəli elmini nəzərə alaraq insan öz ixtiyarı ilə hansı işləri yerinə yetirəcəyini bilir. Odur ki, öz işində heç də məcbur deyil. Bu iş eyni ilə ona bənzəyir ki, insanın iradəsinə təsirli olan bütün amillərdən tamamilə agah olan bir kəs əvvəldən onun filan saatda hansı işlərə əl atacağını yəqin dərəcədə bilir. Düzdür, burada o, həmin şəxsin taleyinin bütün təfərrüatından, görəcək işlərinin siyahısından agah olsa da “cəbr” deyil. Çünki ona bir şey yüklənməmişdir. Qədr gecəsinə gəldikdə isə, deməliyik ki, həmin gecə Allahın əzəli elmi və Onun elm xəzinəsində mövcud olan insanların bir illik işlərinin siyahısı göndərilir. Bu isə əsla “cəbr” deyildir.

2. İxtisaslı cavab: Cəbr” və “ixtiyar” şübhəsinə verilən bu cavabda adi cavabları üstələyəcəyik və əsas bir məsələ kimi qəbul edəcəyik ki, qədr gecəsində yalnız mütaəl Allahın əzəli elminin nazil olması deyil, həm də bir növ insanların taleyi yazılır, qeydə alınır. Bu fərziyyə ilə deyirik: “Qədr gecəsində təyin olunan tale dəyişilməz və qəti tale qismində deyildir. Rəvayətlərdə deyilir ki, əgər bir kəs qədr gecəsində bağışlanmasa “ərəfə günü” bağışlanması üçün təlaş etsin. Bu hədisin mənası budur ki, qədr gecəsində təyin oluna tale “Ərəfə” günü və yaxud ilin başqa günlərində dəyişirilə bilər. Buradan qədr gecəsi qeydə alınan talehinin qəti olmadığı və zəmanınin sahibi İmam Mehdinin (ə) qəlbinə nazil edilən elmin tam təqdir olmadığı aydınlaşır. Başqa sözlə, qədr gecəsi nazil olan elm “gizli” və “isbat” adlı “lövhə”dən ibarətdir. Lakin bu təhlildə ən azı mütaəl Allahın əzəli elminin surətini adlanan “lövhi-məhfuz” elmi zəmanənin imamına təhvil verilmir. Çünki bu surətdə həmin elm heç zaman dəyişilə bilməz. Çünki bu surətdə həmin elm heç zaman dəyişilə bilməz. Odur ki, qədr gecəsində insanların işlərinin müəyyənləşdirilməsi və talehlərinin qeydə alınması sadəcə kağız üzərində yazılmış hələ qərarı çıxarılmamış qanuna bənzəyir ki, insan zəhmət və təlaşı ilə onun son mətnini dəyişdirərək ziyanına yazılanları xeyrinə tamamlaya bilər. Rəvayətlərə müraciət etdikdə, aydın olur ki, qədr gecəsi imamlara nazil olunan müqəddərat qəti deyil və dəyişiləndir. Məsələ “Əyyaşi” təfsirində belə bir rəvayət nəql olunur: “bir nəfər İmam Sadiq(ə)dən qədr gecəsi haqda soruşdurda o həzrət buyurdu:

“Bu gecə mələklər və yazıçılar dünya səmasına nazil olar və il ərzində baş verəcək hadisələri və bəndələrə yetişəcək hadisələri yazarlar. Amma bəzi işlər də mütaəl Allahın istəyindən aslıdır. Mütəal Allah həmin işlərdən istədiyini irəli keçirər və istədiyini təxirə salar, istədiyini məhv istədiyini sabit edər. “Ümmul-kitab” Onun yanındadır.”

İmamların kəlamlarından başa düşülür ki, onlar qəti və dəyişilməz elmə malik olmamışlar. Məsələ, İmam Sadiq (ə) mötəbər bir hədisdə buyurur: “İmam Zeynəlabidin (ə) həmişə deyərdi: “Əgər Quran-Kərimdə bir ayə olmasaydı sizi qiyamət gününə qədər baş verəcək bütün hadisələrdən xəbərdar edərdim” soruşdular “hansı ayə” Həzrət buyurdu: Mütəal Allahın buyurduğu bu ayə:

“Allah (məhv bə isbat) lövhəsində yazılmış hadisələrdən istədiyini məhc edər və (bəzi hadisələri orada) dərc edər və “Ümmul-kitab” (lövhi məhfuz) Onun yanındadır.”

Bu məsələ ilə əlaqədar rəvayətlər olduqca çoxdur. Beləliklə, qeyd edilənlərdən belə qənaətə gəlirik ki, əvvəla, “”cəbr” və “İxtiyar” şübhəsinə verilən məşhur cavablar qədr gecəsi ilə əlaqələndirilən “cəbr” şübhəsinə də aiddir. Qədr gecəsində taleyin yazılması mütəal Allahın əzəli elminin göndərilməsindən başqa bir məna daşımayacaq və bu da insanın iradəvə ixtiyarından aslıdır. İkincisi, əgər qədr gecəsində baş verənlər “elmin nazil olması” yox, qəti olmadığını, insanın öz taleyini dəyişdirə biləcəyini və bunun “təyin” qəlbindən olduğunu qəbul etsək, yenə də “cəbr” lə nəticələnməyəcəkdir. Sonda qeyd etməliyik ki, qədr gecəsində insanın taleyi ilə bağlı qeydə alınan ilk yazılar da yersiz deyildir, əksinə indiki hal bizə məlum olmayan minlərlə digər amillərin və keçmiş əməllərin nəticəsi olaraq yaranmışdır; elə amillər ki, həyat boyu öz iradə və ixtiyarımızla vücuda gətirmişik və hətta onları tamamilə yaddan çıxartsaq da mütəal Allah əzəli və əbədi elmində zəxirə olunmuşdur.

SON HƏDİS
İmam Rza (ə) buyurur: “Əmirəlmöminin Əli (ə) üç gecəni yatmazdı, Ramazan ayının 23-cü gecəsi, “Fitr” bayramı gecısi və “Şaban” ayının 15-ci gecəsi. Bu gecələrdə ruzilər bölünər, ömür müddəro və il ərzində baş verəcək hadisələr qeydə alınar.

İstifadə olunmuş mənbələr

Qurani-Kərim
Biharul-Ənvar, c. 4, 5.
İqbalul-əmal. Seyyid cəfər İbn Tavus rəziyyədin Əli ibn Musa
Mənla yəhzəruhul-fəqih, 2-ci cild
Üsuli-kafi, 4-cü cild
Təfsiri Əyyaşi
Təfsiri-Numunə, qədr surəsinin təfsiri.

Aləmlərin Müctəbası

İmam Əli (ə) və İslam Peyğəmbərinin (s) əziz qızı xanım Fatimeyi-Zəhranın (s) ilk meyvəsi, şiələrin ikinci imamı həzrət Həsən Müctəba (ə) hicrətin 3-cü ili, Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlmişdir. İmam Həsən (ə) təxminən yeddi yaşında ikən Peyğəmbər (s) dünyadan köçdü. Peyğəmbərdən (s) sonra təxminən otuz il atası imam Əli (ə) ilə birgə oldu. Atasının şəhadətindən sonra (hicrətin 40-cı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq etmiş və nəhayət, hicrətin 50-ci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə nail olmuşdur. Müqəddəs məzarı Mədinə şəhərinin “Bəqi” qəbiristanlığındadır. Bəli, imam Həsən (ə) Rəsulullah (s) kimi böyük bir peyğəmbərin, imam Əli (ə) və xanım Zəhra (ə) kimi ata və ananın qucağında böyümüşdü.
“Mübahilə” ayəsində (“Ali-İmran” surəsi, ayə 61) “oğullarımız” təbirinin imam Həsən (ə) və qardaşı imam Hüseyn (ə) barəsində işlədilməsi, eləcə də, “Təthir” ayəsinin Əhli-beyt (ə) haqqında nazil olması onlar üçün əbədi bir iftixar olub, paklıq və müqəddəsliklərini göstərən aydın bir sənəddir
Əmirəlmömininin Əlinin (ə) şəhadətindən sonra imam Həsən Müctəba (ə) minbərdə danışaraq camaatı onunla beyətə təşviq etdikdə, təkanverici qüvvəyə ehtiyaclı idi ki, “Əzd” qəbiləsindən olan bir nəfər fəryad edərək: “Rəsulullahın (s) Həsən ibn Əlini (ə) yanında əyləşdirib belə buyurduğunu eşitdim: “Məni sevən hər kəs onu (Həsəni) da sevməlidir. Bunu eşidənlər eşitməyənlərə çatdırsınlar. Əgər Rəsulullahın (s) əmri olmasaydı, bunu kimsəyə söyləməzdim!” – deyib öz yerində oturdu. (“Ət-tarixul-kəbir”, Buxari, c. 3, s. 428.)

İMAM HƏSƏNİN (Ə) XÜSUSİYYƏTLƏRİ
İmam Həsən (ə) kamillik yolunu getmək istəyənlərə fərdi və ictimai siması ilə bənzərsiz bir bələdçi ola biləcək bəşəriyyət simvollarından biridir. Bu haqda nəql edilən rəvayətləri ətraflı şəkildə burada qeyd edə bilmədiyimizdən, bir neçəsi ilə kifayətlənirik:
O həzrətin ibadətdə parlaq siması bəşəriyyət tarixinə gözoxşayan bir gözəllik vermişdir. Bir rəvayətə görə, imam Həsən (ə) buyurmişdur: “Allahın evinə piyada getmədiyim halda, Allahımla görüşməkdən həya edirəm.” Buna görə də, o həzrət iyirmi dəfə Mədinədən Məkkəyə piyada getmişdi.
(“Əxbari-İsfahan”, Əbu Nəim İsfahani, c.5, s.44.) Yenə nəql olunmuşdur: “İmam Həsən (ə) iyirmi beş dəfə piyada olaraq həcc səfərinə getdi.” (“Tarixi-xuləfa”, Süyuti, s.73.)
O həzrətin diqqətə çarpan ən önəmli xüsusiyyətlərindən biri də, tarixçilərin dilində dastan olmuş xeyirxahlığı və comərdliyi idi. Bir rəvayətdə belə deyilir: “Bir nəfər o həzrətin hüzuruna gələrək möhtac olduğunu bildirdi. İmam “ehtiyacını yazıb gətir” – deyə buyurdu. O, yazıb gətirdikdə, ehtiyacından ikiqat artığını ona əta edərək razı saldı.
(“Əl-məhasin”, Beyhəqi, s.55.)
O həzrətin əxlaqi xüsusiyyətlərindən biri də, səbirli və yumşaqxasiyyətli olması, riya və özünügöstərməkdən çəkinməsi idi. Bu haqda da bir çox hədislər nəql edilmişdir ki, biz burada onlardan sadəcə biri ilə kifayətlənirik:

Bir nəfər şamlı deyir: “Bir gün Mədinədə çox gözəl və yaraşıqlı simaya sahib olan, əyninə təmiz paltar geyinən və bəzədilmiş bir qatıra minən bir şəxsi gördüm. Kim olduğunu soruşduqda, “Həsən ibn Əli ibn Əbu Talibdir (ə)” – dedilər. Bu zaman qəzəb atəşi bütün bədənimi bürüdü və Əli ibn Əbu Talibin (ə) belə bir övlada sahib olduğuna qısqandım. Yanına gedib “Sən Əbu Talibin oğlusanmı?” – deyə soruşduqda, “Mən Əbu Talibin oğlunun oğluyam!” – deyə buyurdu. Elə həmin anda onu təhqir və söyüş yağışına tutdum. Sözlərimi bitirdikdən sonra, o, “Bu şəhərdə qəribsənmi?” – deyə məndən soruşdu. Dedim: “Bəli, qəribəyəm.” Buyurdu: “Mənimlə gəl, əgər evin yoxdursa, qalmağa yer verər, pulun yoxdursa, kömək edər və bütün ehtiyacını ödəyərəm.” Ayrılıq vaxtı yer üzündə o həzrətdən daha çox kimisə sevmədiyim duyğusu ilə ondan ayrıldım.” İslam nöqteyi-nəzərindən varlı və imkanlı şəxslər kasıb və imkansız şəxslərə qarşı böyük məsuliyyət daşıyırlar. Dərin mənəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlıqlara əsasən, varlılar kasıbların ehtiyaclarını mümkün qədər təmin etməyə çalışmalıdırlar. İslam Peyğəmbəri (s) və dini rəhbərlər (imamlar) bu barədə təkcə sifariş deyil, həm də hər biri öz zamanında insansevərlik nümunəsi olmuşlar.

İkinci imam elm, təqva, zahidlik və ibadətlə yanaşı, öz dövrünün səxavətli şəxsi, məzlumların və miskinlərin köməkçisi kimi tanınmışdır. O həzrətin vücudu dərdli ürəklərin, imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən əliboş geri qayıtmazdı. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam (ə) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bəzi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən qabaq İmam (ə) onun ehtiyacını ödəyər və ona utanmağa icazə verməzdi.

GİAM

Orucun 6 gizli sirri

Bütün ilahi fəzilətləri və mənəvi dəyərləri özündə ehtiva edən oruc, eyni zamanda gizli xəzinələrlər dolu sirlərə də malikdir. Orucu bəsirət və dərin düşüncə ilə yerinə yetirən hər bir şəxs, mütləq onun dərin xəzinələrinə də vaqif olacaqdır. Orucun zahiri şərtlərindən əlavə mənəvi və batini şərtlərinə də əməl edən şəxs, onun dərin sirlərini kəşf etmiş olar. Müqəddəs İslam dini mətnlərinə müraciət etdikdə orucun bir sıra batini sirlərinin olduğunu müşahidə edirik. Burada qısa olaraq bir neçə sirləri sizlərə bölüşürük.

1.Müşkdən də ətirli qoxu. İmam Sadiq (ə) buyurur: Allah-Təala Həzrəti Musaya (ə) vəhy edib ki, niyə mənimlə münacat etmirsən? Musa (ə) dedi: “Allahım, Səni ondan uca bilirəm ki, Səninlə xoş ətirli olmayan oruc ağızla münacat edim”. Böyük Allah vəhy etdi: “Ey Musa! Oruc tutanın qoxusu mənim yanımda müşkdən də ətirlidir”.

2.Əzaba qarşı qalxandır. Hz İslam Peyğəmbəri (s) buyurur: “Oruc qalxandır”. İmam Sadiq (ə) buyurur: “Oruc atəşdən qalxandır və behiştə daxil olmağa səbəb olandır. Ağız iyi müşktən ətirlidir.” Hz Peyğəmbər (s) buyurur” Oruc o zaman qalxan olar ki, deşilməsin” Soruşdular: “Hansı şeylə deşilir?” Buyurur: “Yalan və qeybətlə”

3.Mələkut və mənəvi aləmi müşahidə etmək: Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən Ramazan ayının gecəsində səmanın qapıları açılar və axırıncı gecəyədək bağlanmaz”. Həzrət (s) başqa bir yerdə buyurur: “Dörd nəfərin duası rədd olunmaz. Səmanın qaplkarı onun üçün açılar. Onların üzləri ərşə tərəfdir: atanın övlad üçün etdiyi dua, məzlumun zalım barəsində etdiyi dua, ümrədə olan şəxsin duası – evinə qayıdana qədər, oruc tutanın duası – iftar edənə qədər”. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Əgər şeytan insan qəlbinin ətrafında fırlanmasaydı, şübhəsiz ki, insan səmadakı mələkutu müşahidə edərdi”.

4.Behişt süfrəsi. Həzrəti Peyğəmbər (s) buyurur:” Həqiqətən Allah elə bir süfrə açmışdır ki, onda elə şeylər vardır ki, nə göz görmüş, nə qulaq eşitmiş və nə də kiminsə qəlbinə xütur etmişdir. Ancaq oruc tutanlar o süfrə başında əyləşərlər”.

5.Mələklərin duası. Orucun sirlərindən biri də budur ki, mələklər oruc insan üçün bağışlanma istəyərlər. Hz Peyğəmbər (s) buyurur: “Həqiqətən Allah-Tala bir dəstə mələyi vəzifələndirmişdir ki, oruc tutanlar üçün dua etsinlər və Cəbrail (ə) mənə xəbər vermişdir ki, Allah buyurur: Mə heç bir zaman mələklərimə dua etmək üçün əmr vermərəm, məgər o halda ki, onların duasını yerinə yetirərəm”.

6.Oruc tutan şəxs üçün xüsusi qapı. Həzrəti Peyğəmbər (s) buyurur: “Behiştə bir qapı vbardır ki, ona Rəyyan deyərlər. Bu qapı Qiyamət günü açılmaz. Ancaq Qiyamət günü Muhamməd (s) ümmətindən olan oruc tutan kişi və qadınlar üçün açılar. Ondan sonra behiştin xəzinadarı car çəkər: “Ey Muhamməd (s) ümməti! Rəyyana tərəf tələsin”. Və mənim ümmətim ondan behiştə daxil olacaqdır”.

Ramazanda oruc tutmağın fəlsəfəsi

Ramazan ayında oruc tutmaq, Allah-təala tərəfindən buna qadir olan insanlara vacib edilmiş bir əməldir.  Sözsüz ki, buna riayət etmək hər bir müsəlmanın Uca Yaradan qarşısındakı borcudur. Amma diqqət etmək lazımdır ki, dinimizin buyuruqlarının, xüsusilə də, vacib edilmiş əməllərin özünəməxsus hikməti və hədəfi vardır. Belə ki, əməllərin fiziki cəhətdən icra edilməsinin əsl hədəfi, onun mənəvi baxımdan olan faydaları ilə sıx bağlıdır. Sözsüz ki, fiziki cəhətdən qüsursuz yerinə gətirilən əməllər, mənəvi baxımdan qüsurlu və yoxsul olsa, əslində öz hədəfinə tam çatmamışdır. Buna görə də, əməllərin zahiri baxımdan kamilliyinə əhəmiyyət verməklə yanaşı, onların mənəvi kamilliyinə də xüsusi diqqət etmək zəruridir. Bu baxımdan da, dinimizdə daim əməlin paklığı, xalis niyyətin olması və sair kimi əsaslı-mənəvi zənginliklər, əməlin qəbul edilməsi üçün xüsusi şərt kimi ortaya qoyulmuşdur. Ələlxüsus, Ramazan ayında oruc tutduğumuz zaman, bu məsələyə diqqət etmək ibadətlərimizin kamilliyi və Tanrı dərgahında qüsursuz qəbul olması üçün lazımlıdır. Çünki, Ramazan ayı mənəvi kamilliyimiz üçün olduqca əhəmiyyətli bir aydır. Belə ki, məhz Qurani-kərim bu ayda nazil olmuşdur. Min aydan daha üstün olan saysız-hesabsız ilahi bərəkətlərlə dolu olan mübarək qədir gecəsi bu aydadır. Ramazan, əməllərin Allah-təalanın dərgahında ən asan və dəfələrlə yüksək şəkildə qəbul edildiyi aydır. Bunun üçün də, hər bir müsəlman oruc tutduğu zaman onun fəlsəfəsi və faydalarını bilməlidir. Agahlıqla və biligili halda oruc tutmalıdır. Ramazan ayında oruc tutmağın bir sıra fəlsəfəsi və fərdi-ictimai faydaları mövcuddur. Bu fayda və fəlsəfələrə fikir vermədən, ona nail olmadan tutulan oruc, insanın tam mənəvi inkişafına səbəb olmaz. Burada onlardan bir neçəsinə işarə edirik:

1. Nəfsin şəhvani istəklərini cilovlamaq

Ramazan ayında uzun müddətli oruc tutmağın vacib edilmə səbəblərindən və faydalarından biri də, insanın öz şəhvani-nəfsani istəklərini cilovlamasıdır. Belə ki, Qurani-kərim bu məsələyə işarə edərək, orucun təqvaya (Allah qorxusuna) səbəb olduğunu vurğulayır: “Ey mönimlər! Oruc tutmaq sizə vacib oldu, necə ki, sizdən qabaqkı ümmətlərə də vacib olmuşdu. Bəlkə, (orucun vasitəsi ilə) təqvalı olasınız.”
(Bəqərə surəsi, 183-cü ayə)

Deməli, Allaha xatir həqiqi oruc tutan şəxs, orucunu batil edən əməllərdən uzaq qalmaqla yanaşı, pis, xoşagəlməz əməllərə arxa çevirməli, qəlbini və əməllərini palaşdırmalıdır. Bir sözlə, oruc insanı ilahi təqvaya doğru yönləndirməlidir. Bu, həqiqi oruc tutmağa xas əlamətdir. Orucun vasitəsi ilə insan öz ağlını həris, azğın şeytani hisslərin zindanından azad edərək, ruhunu hürriyyətə  qovuşdurur. İmam Rza (ə) buyurur: “Oruc tutmaq, şəhvət və ehtiras alovunu söndürər.” (“İləlüş-şəraye”, f. 103, s. 379)

Əgər belə olmazsa, deməli, oruc tutan şəxs onu öz məqsədinə çatdırmamışdır. Tutulan oruc da, öz fəlsəfə və faydasını itirmişdir. Mötəbər dini mənbələrimizin birində oxuyuruq: “Əbu Dərda rəvayət edir: Bir gün Allahın elçisinə (s) dedim: Filan qadın gündüzlər oruc tutub, gecələr ibadətlə məşğul olur. Amma insanlarla davranışı və rəftarı pisdir. Qonşularını da acılayır.

 Peyğəmbər (s) buyurdu: “Onda heç bir xeyir görmürəm və cəhənnəm əhlidir”.”
(Bəharül-ənvar: c. 71, s. 394)

2. İnsani hissləri oyatmaq

Oruc tutmaq mənəvi-insani hissləri dirçəldərək, inkişafına səbəb olur. Uca Allahın razılığını əldə etmək istəyən və Tanrı dərgahında orucunun ən ali şəkildə qəbul olması üçün çalışan insan, gözəl-bəyənilmiş işlərə əl atır. Çünki oruc tutmaq, insanı düşünməyə və təfəkkürə vadar edir. Ramazan ayında oruc tutmağın fəlsəfələrindən biri də, insanı təfəkkürə sövq edib, ülvi hisslərini oyatmaqdır. Belə ki, bu ayda orucun vacib olma səbəblərində biri də, insanların aclıq və ehtiyacın nə olduğunu anlaması üçündür. Zəngin və varlı insanlar bir ay müddətində yoxsul insanların ehtiyaclarını, üzləşdiyi çətinlikləri daha yaxşı dərk edirlər. Necə ki, H. Rza (ə) buyurur: “Orucun insanlara vacib edilməsinin hikməti, aclıq və susuzluğun nə olduğunu dərk etmələri xatirinədir.” (“Vəsailüş-şiə”, f. 1, s. 31)

 Ramazan ayında irqindən, millətindən, cinsindən və maddi rifahının hansı həddə olmasından asılı olmayaraq, hər kəsə orucun vacib edilməsi, Tanrı dərgahında onların arasında bu fərqlərə görə ayrı-seçkiliyin olmamasını bir daha vurğulamaq üçündür. Onlara əsl dəyərin insani hisslərdə olamsını anlatmaq məqsədi daşıyır. H. Sadiq (ə) bu haqda buyurur: “Allah-təala Ramazan ayında oruc tutmağı insanlara ona görə vacib etdi ki, varlı və kasıb bərabər olsun.” (“İləlüş-şəraye”, f. 108, s. 378)

3. İnsanlara bağışlanmaları üçün fürsət vermək

Şübhəsiz, rəhmət və mərhəmət ayı olan Ramazanda oruc tutmağın vacib edilməsi, bu mübarək ay müddətində insanlara günahlarını bağışlatmaları üçün verilən dəyərli bir fürsətdir. Şeytanın həbs edildiyi (qüdrətinin azaldıldığı), saleh əməllərin düşünüldüyündən dəfələrlə üstün dəyərləndirildiyi və hətta mübah işlərin də, savab sayıldığı bu bərəkətli ay, hər bir möminin qurtuluş ayı ola bilər. Unutmaq lazım deyil ki, bu ayda, şeytanı həbs edən məhz insanların pak əmlləridir.  Çünki, dəyərli Peyğəmbərimizin (s) buyurduğu kimi; “(Həqiqi) oruc tutmaq, şeytanın üzünü qara edər.” (“Vəsailüş-şiə”, f. 1, h. 2.)

Sözsüz ki, bu fürsətdən yalnız həqiqi oruc tutanlar faydalana bilər. Fiziki cəhətdən oruc tutub, mənəvi cəhətdən qəlbən və yaxud, əməldə yanlış addımlar atan şəxslər deyil. Belə ki, əziz Peyğəmbərimiz (s) hədislərin birində səhabəsi Cabirə buyurudu: “Hər kəs oruc tutub, gecənin bir hissəsini ibadət edə, qarnını, dilini, ehtirasını günah işlərdən qoruya, bu aydan (Ramazandan) çıxdığı kimi, bütün günahların girdabından da, bağışlanmış halda çıxar.”

Bunu eşidən Cabir, sevinərək deyir: Necə də gözəl hədisdir?!

Peyğəmbər (s) buyurur: “Ey Cabir! De ki, necə də, çətin şərtlərdir. Çünki, nə çox gecə namazı qılan şəxslər ki, (etdiyi başqa pis əməllərə görə) ondan bəhrəsi yalnız elə oyaq qalmaqdır. Nə çox oruc tutan şəxslər ki, (etdiyi başqa pis əməllərə görə) ondan bəhrəsi yalnız aclıq və susuzluqdur. Bilin, hər kəs, Ramazan ayını oruc tuta, bu ayda haramdan və böhtandan uzaq ola, Allah-təala ondan razı olar və behişti ona vacib bilər. (“Vəsailüş-şiə”, c. 93, s. 346.)

4. Mənəvi təskinlik əldə etmək

Oruc tutmağın fəlsəfəsi və faydalarından biri də, ilahi rəhməti ilə dolu olan bu ayda, qəlbimizə mənəvi təskinliyi hakim etməkdir. Oruc tutub, gözəl əməllər yerinə yetirən insan, həm Allah-təala və həm də, onun bəndələri qarşısındakı vəzifələrini icra etdiyi üçün mənəvi-ruhi aramlıq əldə edir. Bu mənəvi ləzzət o qədər güclüdür ki, maddi ləzzətlər onunla müqayisə edilməkdə acizdir. H. Əli (ə) buyurur: “Oruc insanın qəlbini aramlaşdırmaq, sakitləşdirmək üçündür.” (“Vəsailüş-şiə”, c. 3, s. 43.)

Doğurdan da, qəlblər yalnız ilahi zikri ilə və ondan qaynaqlanan pak əməllərlə rahatlıq tapar. Qurani-kərimin buyurduğu kimi; “Bilin ki, Allahı yada salmaqla, qəlblər rahatlıq tapar!” (Rəd surəsi, 28-ci ayə.)

5. Sağlamlığı qorumaq

Düzgün şəkildə oruc tutmağın faydalarından biri də, bədənin sağlamlığını qorumaqdır. İslamın göstərişlərinə və tibbi məsləhətləri də nəzərdə almaqla oruc tutmaq, insan sağlamlığına böyük təsirə malikdir. Hətta bir sıra xəstəliklərin müalicəsi üçün dünya səviyyəsində, bəzi alimlər oruc tutmağı məsləhət görmüşdür. Bəzən oruc tutan şəxslər, bir sıra narahatlıqların orucdan qaynaqlandığını iddia etsələr də, bu həqiqəti özündə əks etdirmir. Məqalə boyu işarə etdildiyi kimi, unutmayaq ki, oruc tutmaq nəfsimizi və ruhumuzu cilovlamağı bizə öyrədir. Təbii ki, nəfsini cilovlayan şəxs, orucunu açdığı zaman, nəfsinin cilovunu tam azad edib, aclığını doyurmaq üçün kontrolsuz şəkildə qidalanmamalıdır. Belə ki, bəzi problemlər də, məhz bu yöndə meydana gəlir. Unutmayaq ki, gün ərzində nümayiş etdirdiyimiz mənəvi və fiziki dözüm, gün başa çatdıqdan sonra ifrat şəklində özünü əks istiqamətdə büruzə verməməlidir. Dinimiz hər bir işin mötədil olmasını dəfələrlə vurğulamışdır. Elə buna görə də, Peyğəmbərimiz (s) buyurur: “Oruc tutun ki, (mənən və cismən) sağlam olasınız!” (Camei-əhadisüş-şiə”, c. 10, səh. 294.)

Ramazan ətri

PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə fəlsəfə elmlər doktoru

Ramazan ayı öz rəhməti, bərəkəti bizə üz gətirmişdir. Hədislərimizdəqeyd olunduğu kimi bu ay, Allah yanında ayların ən yaxşısıdır. Bu ayın günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat və ləhzələri ən üstün saatlar və anlardır. Qurani-kərim bu ayda nazil olmuşdur. Min aydan daha üstün olan saysız-hesabsız ilahi bərəkətlərlə dolu olan mübarək qədr gecəsi bu aydadır. Ramazan, əməllərin Allah-taalanın dərgahında ən asan və dəfələrlə yüksək şəkildə qəbul edildiyi aydır. Bu ayda insan yuxuda olduğu zaman belə onun üçün savablar yazılır. Aldığı hər nəfəsə də mükafat nəzərdə tutulur. (Səvabul-Əmal, səh. 75, hədis. 1)

Yaxşı bəs bu ayı başqa aylardan nə fərqləndirir ki, bu qədər dəyərə malik olur? Günlər, aylar sadəcə zaman bölgüsü deyilmi? Bu zaman bölgüsünü belə əzəmətli edən nədir?
Ramazanı dəyərli edən Allahın bu ayda insana islah və kamilləşmək üçün verdiyi fürsətdir. Allah bəndəsi üçün bir aylıq mənəvi inkişaf proqramı hazırlayıb.

Bəs inkişaf proqramı nədən ibarətdir? Sadəcə oruc tutmaqdan, ac-susuz qalmaqdanmı?
Sözsüz ki, oruc tutmaq Allah-taala tərəfindən buna qadir olan insanlara vacib edilmiş bir əməldir.  Buna riayət etmək hər bir müsəlmanın Uca Yaradan qarşısındakı borcudur. Amma diqqət etmək lazımdır ki, dinimizin buyuruqlarının, xüsusilə də, vacib edilmiş əməllərin özünəməxsus hikməti və hədəfi vardır. Belə ki, əməllərin fiziki cəhətdən icra edilməsinin əsl hədəfi, onun mənəvi baxımdan olan faydaları ilə sıx bağlıdır. Sözsüz ki, fiziki cəhətdən qüsursuz yerinə gətirilən əməllər, mənəvi baxımdan qüsurlu və yoxsul olsa, əslində öz hədəfinə tam çatmamışdır. Buna görə də, əməllərin zahiri baxımdan kamilliyinə əhəmiyyət verməklə yanaşı, onların mənəvi kamilliyinə də xüsusi diqqət etmək zəruridir. Ələlxüsus, Ramazan ayında oruc tutduğumuz zaman, bu məsələyə diqqət etmək ibadətlərimizin kamilliyi, Allah dərgahında qüsursuz qəbul olması və ən əsası da mənəvi kamilliyimiz üçün zəruridir. Bu qısa məqalədə Ramazan ayında oruc tutmağın bir neçə fəlsəfə və faydalarına işarə edirik:

1. Nəfsin şəhvani istəklərini cilovlamaq

İlk növbədə insan bilməlidir ki, o bu ayda mənəvi inkişafı üçün ciddi və hərtərəfli bir proqrama başlayır. Sankı bir bitkinin toxumunu əkərək il boyu onun bəhrəsindən faydalanacaqdır. Bu elə bir proqram, elə bir mənəvi təlim kursudur ki, ilin hansı günlərində baş verəcəyi dəqiq bilinməyən qədr gecəsində mələklər və paklaşmış mənəvi ruh insanın qəlbində yer alacaqdır. Quran bütünlüklə onun ruhuna enəcək və həyatı ilahiləşəcəkdir.

Bunun üçün isə insan öz şəhvani-nəfsani istəklərini cilovlamalıdır. Belə ki, Qurani-kərim bu məsələyə işarə edərək, orucun təqvaya (Allah qorxusuna) səbəb olduğunu vurğulayır: “Ey mönimlər! Oruc tutmaq sizə vacib oldu, necə ki, sizdən qabaqkı ümmətlərə də vacib olmuşdu. Bəlkə, (orucun vasitəsi ilə) təqvalı olasınız.” (Bəqərə surəsi, 183-cü ayə)

Ramazan ayında insan ilk növbədə öz düşüncə tərzini dəyişməlidir. Dünyaya mənəvi zənginliklərlə baxmalıdır. İnsanlara qarşı təfəkküründə kin, nifrət, həsəd, pazıllıq, bədgümanlıq, hiylə, sitnə-fəsad olmamalıdır. Allaha xatir həqiqi oruc tutan şəxs, orucunu batil edən əməllərdən uzaq qalmaqla yanaşı, pis, xoşagəlməz əməllərə arxa çevirməli, qəlbini və əməllərini palaşdırmalıdır. Bir sözlə, oruc insanı ilahi təqvaya doğru yönləndirməlidir. Bu, həqiqi oruc tutmağa xas əlamətdir. Orucun vasitəsi ilə insan öz ağlını həris, azğın şeytani hisslərin zindanından azad edərək, ruhunu hürriyyətə qovuşdurur. İmam Rza (ə) buyurur: “Oruc tutmaq, şəhvət və ehtiras alovunu söndürər.” (“İləlüş-şəraye”, f. 103, s. 379)

Əgər belə olmazsa, deməli, oruc tutan şəxs onu öz məqsədinə çatdırmamışdır. Tutulan oruc da, öz fəlsəfə və faydasını itirmişdir. Mötəbər dini mənbələrimizin birində oxuyuruq: “Əbu Dərda rəvayət edir: Bir gün Allahın elçisinə (s) dedim: Filan qadın gündüzlər oruc tutub, gecələr ibadətlə məşğul olur. Amma insanlarla davranışı və rəftarı pisdir. Qonşularını da acılayır.

Peyğəmbər (s) buyurdu: “Onda heç bir xeyir görmürəm və cəhənnəm əhlidir”.” (Bəharül-ənvar: c. 71, s. 394)

Deməli oruc tutmaq sadəcə ac-susuz qalmaq deyildir, insanın möhkəm iradə ilə mənəviyyatını zənginləşdirməsidir. Necə ki. Xanım Fatimeyi Zəhra (s.ə) buyurur: “Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?” (Dəaimul-İslam, c.1, səh. 268)

Ramazan ayı ruhun inkişaf ayıdır. Davamlı olaraq irəliləmək və mənəvi uğur əldə etmək ayıdır. Bu haqda Həzrət Sadiq (ə) buyurmuşdur: “Oruc tutanda gərək qulağın, gözün, saçın, bədəninin dərisi də oruc tutsun. O Həzrət (ə) digər əzaları da sadaladı və buyurdu: Oruc tutduğun gün, oruc tutmadığın gün ilə eyni olmasın.” Bir sözlə, oruc tutan şəxsdən Ramazanın mənəvi qoxusu, Ramazan ətri gəlməlidir.

2. İnsani hissləri oyatmaq

Oruc tutmaq mənəvi-insani hissləri dirçəldərək, inkişafına səbəb olur. Uca Allahın razılığını əldə etmək istəyən və Tanrı dərgahında orucunun ən ali şəkildə qəbul olması üçün çalışan insan, gözəl-bəyənilmiş işlərə əl atır. Çünki oruc tutmaq, insanı düşünməyə və təfəkkürə vadar edir. Ramazan ayında oruc tutmağın fəlsəfələrindən biri də, insanı təfəkkürə sövq edib, ülvi hisslərini oyatmaqdır. Belə ki, bu ayda orucun vacib olma səbəblərində biri də, insanların aclıq və ehtiyacın nə olduğunu anlaması üçündür. Zəngin və varlı insanlar bir ay müddətində yoxsul insanların ehtiyaclarını, üzləşdiyi çətinlikləri daha yaxşı dərk etməlidirlər. Necə ki, Həzrət Rza (ə) buyurur: “Orucun insanlara vacib edilməsinin hikməti, aclıq və susuzluğun nə olduğunu dərk etmələri xatirinədir.” (“Vəsail”, f. 1, s. 31)

Ramazan ayında irqindən, millətindən, cinsindən və maddi rifahının hansı həddə olmasından asılı olmayaraq, hər kəsə orucun vacib edilməsi, Tanrı dərgahında onların arasında bu fərqlərə görə ayrı-seçkiliyin olmamasını bir daha vurğulamaq üçündür. Onlara əsl dəyərin insani hisslərdə olamsını anlatmaq məqsədi daşıyır. Həzrət Sadiq (ə) bu haqda buyurur: “Allah-taala Ramazan ayında oruc tutmağı insanlara ona görə vacib etdi ki, varlı və kasıb bərabər olsun.” (“İləlüş-şəraye”, f. 108, s. 378)

3. İnsanlara bağışlanmaları üçün fürsət vermək

Şübhəsiz, rəhmət və mərhəmət ayı olan Ramazanda oruc tutmağın vacib edilməsi, bu mübarək ay müddətində insanlara günahlarını bağışlatmaları üçün verilən dəyərli bir fürsətdir. Şeytanın həbs edildiyi (qüdrətinin azaldıldığı), saleh əməllərin düşünüldüyündən dəfələrlə üstün dəyərləndirildiyi və hətta mübah işlərin də, savab sayıldığı bu bərəkətli ay, hər bir möminin qurtuluş ayı ola bilər. Unutmaq lazım deyil ki, bu ayda, şeytanı həbs edən məhz insanların pak əmlləridir.  Çünki, dəyərli Peyğəmbərimizin (s) buyurduğu kimi; “(Həqiqi) oruc tutmaq, şeytanın üzünü qara edər.” (“Vəsail”, f. 1, h. 2.)

Sözsüz ki, bu fürsətdən yalnız həqiqi oruc tutanlar faydalana bilər. Fiziki cəhətdən oruc tutub, mənəvi cəhətdən qəlbən və yaxud, əməldə yanlış addımlar atan şəxslər deyil. Belə ki, əziz Peyğəmbərimiz (s) hədislərin birində səhabəsi Cabirə buyurudu: “Hər kəs oruc tutub, gecənin bir hissəsini ibadət edə, qarnını, dilini, ehtirasını günah işlərdən qoruya, bu aydan (Ramazandan) çıxdığı kimi, bütün günahların girdabından da, bağışlanmış halda çıxar.”Bunu eşidən Cabir, sevinərək deyir: Necə də gözəl hədisdir?!
Peyğəmbər (s) buyurur: “Ey Cabir! De ki, necə də, çətin şərtlərdir. Çünki, nə çox gecə namazı qılan şəxslər ki, (etdiyi başqa pis əməllərə görə) ondan bəhrəsi yalnız elə oyaq qalmaqdır. Nə çox oruc tutan şəxslər ki, (etdiyi başqa pis əməllərə görə) ondan bəhrəsi yalnız aclıq və susuzluqdur. Bilin, hər kəs, Ramazan ayını oruc tuta, bu ayda haramdan və böhtandan uzaq ola, Allah-təala ondan razı olar və behişti ona vacib bilər. (“Vəsail”, c. 93, s. 346.)

4. Mənəvi təskinlik əldə etmək

Oruc tutmağın fəlsəfəsi və faydalarından biri də, ilahi rəhməti ilə dolu olan bu ayda, qəlbimizə mənəvi təskinliyi hakim etməkdir. Oruc tutub, gözəl əməllər yerinə yetirən insan, həm Allah-təala və həm də, onun bəndələri qarşısındakı vəzifələrini icra etdiyi üçün mənəvi-ruhi aramlıq əldə edir. Bu mənəvi ləzzət o qədər güclüdür ki, maddi ləzzətlər onunla müqayisə edilməkdə acizdir. Həzrət Əli (ə) buyurur: “Oruc insanın qəlbini aramlaşdırmaq, sakitləşdirmək üçündür.” (“Vəsail”, c. 3, s. 43.)
Doğurdan da, qəlblər yalnız ilahi zikri ilə və ondan qaynaqlanan pak əməllərlə rahatlıq tapar. Qurani-kərimin buyurduğu kimi; “Bilin ki, Allahı yada salmaqla, qəlblər rahatlıq tapar!” (Rəd surəsi, 28-ci ayə.)

5. Sağlamlığı qorumaq

Düzgün şəkildə oruc tutmağın faydalarından biri də, bədənin sağlamlığını qorumaqdır. İslamın göstərişlərinə və tibbi məsləhətləri də nəzərdə almaqla oruc tutmaq, insan sağlamlığına böyük təsirə malikdir. Hətta bir sıra xəstəliklərin müalicəsi üçün dünya səviyyəsində, bəzi alimlər oruc tutmağı məsləhət görmüşdür. Bəzən oruc tutan şəxslər, bir sıra narahatlıqların orucdan qaynaqlandığını iddia etsələr də, bu həqiqəti özündə əks etdirmir. Məqalə boyu işarə etdildiyi kimi, unutmayaq ki, oruc tutmaq nəfsimizi və ruhumuzu cilovlamağı bizə öyrədir. Təbii ki, nəfsini cilovlayan şəxs, orucunu açdığı zaman, nəfsinin cilovunu tam azad edib, aclığını doyurmaq üçün kontrolsuz şəkildə qidalanmamalıdır. Belə ki, bəzi problemlər də, məhz bu yöndə meydana gəlir. Unutmayaq ki, gün ərzində nümayiş etdirdiyimiz mənəvi və fiziki dözüm, gün başa çatdıqdan sonra ifrat şəklində özünü əks istiqamətdə büruzə verməməlidir. Dinimiz hər bir işin mötədil olmasını dəfələrlə vurğulamışdır. Elə buna görə də, Peyğəmbərimiz (s) buyurur: “Oruc tutun ki, (mənən və cismən) sağlam olasınız!” (Camei-əhadiş”, c. 10, səh. 294.)

Allah orucunuzu qəbul etsin. Amin!

Şəbaniyyə xütbəsi

MƏHƏMMƏD PEYĞƏMBƏRİN (S) RAMAZAN AYININ GƏLİŞİ MÜNASİBƏTİLƏ
BUYURDUĞU “ŞƏBANİYYƏ” XÜTBƏSİ

Mütərcim: PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru

Həzrət Əli (ə) buyurur: Məhəmməd peyğəmbər(s) şəban ayının son günlərinin birində Ramazan ayının gəlişi münasibətilə bu xütbəni buyurdu:
“Ey camaat! Allahın ayı (Ramazan) bərəkət, rəhmət və əfvlə birgə sizə doğru üz gətirmişdir. Bu ay, Allah yanında ayların ən yaxşısıdır. Bu ayın günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat və ləhzələri ən üstün saatlar və anlardır.

Bu ayda, siz, Allahın qonaqlığına dəvət olunaraq, Allahın lütf və mərhəmətinə layiq görülmüşsünüz. Bu ayda, sizin nəfəsləriniz zikr, yatmağınız isə ibadətdir. Pak əməlləriniz və dualarınız Allah dərgahında qəbul olacaqdır. Belə olan halda xalis niyyət və təmiz qəlblə Allahdan sizə bu ayda oruc tutmağın və Quran oxumağın müyəssər olması üçün kömək etməsini diləyin. Çünki, doğrudan da, bu əzəmətli ayda İlahi rəhmətindən məhrum olan şəxs bədbəxtdir. Ramazan ayında ac-susuz qalaraq, Qiyamət gününün aclıq və susuzluğunu yada salın.

Aranızdakı ehtiyaclı və yoxsul insanlara əl tutun! Böyüklərinizlə hörmətlə davranın. Uşaqlarınıza nəvaziş göstərin. Yaxınlarınıza baş çəkin və onlara yardım edin. Dilinizi pisliklərdən qoruyun. Gözlərinizi haram baxışlardan saxlayın. Qulaqlarınıza haram eşitdirməyin. Camaatın yetim uşaqlarına mehribanlıq edin ki, sizin yetimlərinizlə də mehriban olsunlar. Günahlarınızın bağışlanması üçün Tanrı dərgahına üz gətirib, tövbə edin. Hər namaz vaxtı, əllərinizi Onun qarşısında aciz qul kimi açaraq, dua edin. Çünki, (namaz vaxtı duaların qəbul olunması üçün) vaxtların ən yaxşısıdır. Allah-təala, bu vaxt, öz bəndələrinə rəhmət və mərhəmətlə baxar. Bəndəsinin istək və xahişlərini eşidər. Çağırışlarına cavab verər. Dualarını qəbul edər.

Ey camaat! Nəfsləriniz əməllərinizin girdabındadır. Allahdan bağışlanmanızı istəməklə onları azad edin. Belləriniz günahlarınızın ağırlığı ilə əyilmişdir. Uzun səcdələrlə onların ağırlığını azaldın. Bilin ki, Uca Yaradan namaz qılanları, səcdə edənləri əzaba düçar etməyəcəyinə və onları (həqiqi namaz əhlini) Qiyamət günü əməlləri hesab-kitab verdiyi zaman Cəhənnəm əzabı ilə qorxutmayacağına söz vermişdir. Ey camaat! Hər kəs bu ayda oruc tutan bir möminə iftar süfrəsi açarsa, Allah dərgahında bir qulu azad etmək qədər dəyəri, savabı vardır. Və bu iş onun keçmiş günahlarının bağışlanmasına səbəb olar.

(Bir nəfər soruşdu: ”Ey Allahın Rəsulu (s)! Bizim hamımızın madi imkanı yoxdur ki, kimisə qonaq edə bilsin, nə edək?”) Peyğəmbər (s) buyurdu: ”Yarı xurma dənəsini sədəqə verməklə də olsa, Cəhənnəm atəşindən qorunun. Bir qurtum su ehsan etməklə də olsa,Cəhənnəm odundan qurtulun. Ey camaat! Hər kəs, bu ayda öz əxlaqını, rəftarını gözəlləşdirsə, ayaqların Sirat körpüsündə vəhşətdən titrədiyi an, ona bu körpüdən qorxusuz olaraq keçməyə icazə verilər. Hər kim, bu ayda öz qullarının (həmçinin işçilərinin) zəhmətini azalda, Allah-taala Qiyamətdə onun işini asanlaşdırar. Hər kim, bu ayda insanlara zəhmət, əziyyət verməyi azalda, Uca Allah o biri dünyada ona qarşı qəzəbini azaldar. Hər kəs, bu ayda bir yetimi əzizləyə, Allah Axirətdə onu əzizləyəcəkdir. Hər kim, bu ayda öz yaxınlarını yoluxmağa gedə, Böyük Allah Qiyamətdə ona rəhm edəcəkdir. Kim bu ayda qohumları ilə əlaqəni kəsərsə, Qadir Allah o biri dünyada ona rəhm etməyəcəkdir. Kim bu ayda müstəhəb namaz qılarsa, Tanrı ona cəhənnəm odundan bəraət  verər. Kim bu ayda vacib namaz qılarsa, başqa aylarda qılınan yetmiş namaza bərabərdir. Kim bu ayda mənə çox
salavat göndərərsə, Allah Qiyamət günü əməl tərəzisi yüngül gələndə, onu ağırlaşdırar. Hər kəs bu ayda Qurani Kərimdən bir ayə oxuyarsa, o biri aylada bütünlüklə oxunmuş Qurana bərabərdir.
Ey camaat! Bu ayda Behiştin qapıları açıqdır. Allahdan istəyin ki, bu qapıları sizin üzünüzə bağlamasın! Və həmçinin Cəhənnəmin qapıları da, bu ayda bağlıdır. Allaha yalvarın ki, onun qapılarını sizin üzünüzə
açmasın. Bu ayda şeytan zəncirlənmişdir. Allaha iltimas edin ki, onu sizə hakim etməsin. Mən soruşdum: “Ey Allahın Rəsulu (s)! Bu ayda ən üstün əməllər hansılardır?” Peyğəmbər buyurdu: “Ey Əbülhəsən! Bu ayda ən üstün əməl, Allahın haram buyurduğu işlərdən çəkinməkdir.”

Elə bu vaxt, Peyğəmbər (s) ağladı. Mən soruşdum: “Ey Allahın Rəsulu (s)! Nə üçün ağlayırsan?” Buyurdu: “Ya Əli (ə)! Mən ona görə ağlayıram ki, bu ayda sənə qarşı
hörmətsizlik edəcəklər. Sanki səni namaz qılan halda görürəm, amma indiyədək gəlib-getmiş olan ən bədbəxt, ən namərd şəxs sənə elə bir qılınc zərbəsi vuracaq ki, saqqalın al-qana boyanacaqdır. Soruşdum: “Ey Allahın Rəsulu(s)! Bu hadisə mənim dinə sadiq qaldığım haldamı baş verəcəkdir?” Buyurdu(s): “Bəli, elədir.” Sonra isə əlavə etdi: “Ya Əli (ə)! Sənin canına qəsd edən kəs, mənim canıma qəsd etmişdir. Səni qəzəbləndirən şəxs, məni qəzəbləndirmişdir. Səni təhqir edən şəxs, məni təhqir etmişdir. Çünki sən mənə özümsən. Sənin ruhun, mənim ruhum deməkdir. Uca Allah məni və səni yaratdı və seçdi. Məni peyğəmbər, səni də imam olaraq seçdi. Deməli, sənə qarşı düşmənçilik edən  şəxs, mənim peyğəmbərliyimlə mübarizə aparmışdır. Ya Əli (ə), sən mənim vəsim, övladlarımın (məndən sonrakı nəslimin) atası, qızımın sevimli həyat yoldaşı və  istər mən həyatda ikən, istərsə də vəfat etdikdən sonra canişinimsən. Sənin əmrin, mənim əmrim və qadağan etdiyin hər şey də, mənim nəhyim sayılır. Məni peyğəmbərliyə seçən və ən yaxşı yaradılmış qərar verən Allaha and
olsun ki, sən Tanrının bəndələrinə höccəti, imamı və Onun yer üzündəki xəlifəsisən!” 

(“Biharül-ənvar”, Əllamə Məclisi, c. 96, səh. 356;”Əl-əmali”, Məhəmməd ibn Əli Səduq, c. 1, səh. 295; “Üyunu əxbarir-Rza, c.1, səh. 295)

İslam baxışında Novruz bayramı

PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə fəlsəfə elmlər doktoru

İnsan həyatı boyu bir sıra dəyərlərə əhəmiyyət verərək, onların mühüm və vazkeçilməz olduğuna inanır. O cümlədən; rəhmli, mərhəmətli olmaq, güzəştə gedib bağışlamaq, ehtiyaclı insanlara əl tutmaq, qohumlarla əlaqə saxlamaq, torpağı və Vətəni sevmək, ümidini itirməmək, birlik və həmrəylik, səbirli olmaq, elm və mənəviyyata üz gətirmək, insanların hüquqlarına hörmətlə yanaşmaq və sair pak dəyərləri saymaq olar. Bax, elə bu dəyərlərə əsasən də, xalqımız uzun illərin təcrübəsindən kömək alaraq, bir sıra gözəl adət-ənənələri təbiətdəki yeniliklərlə birləşdirmiş və bayram əhval-ruhiyyəsi yaradaraq ona həyat bəxş etmişdir. Əsl bayram da, elə doğruluğun, insanları paklıqla sevindirməyin, təmizkarlığın, qohumlarla əlaqə saxlamağın, küsülülərin barışmağının və sair kimi köklü dəyərlərin icra edildiyi günlərdir. Novruz bayramı da, belə dəyərli günlərdən biridir. Novruz bayramı əslində onu qeyd edən xalqların da dostluq, qardaşlıq və həmrəylik bayramı sayılır. Belə ki, bu bayram Azərbaycan, İran, Pakistan, Özbəkistan, Türlmənistan, Tacikistan, Əfqanıstan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Dağıstan və sair ölkələrin xalqları tərəfindən qeyd edilir. Bizim xalqımızın da qiymət verdiyi bu bayram dinimiz tərəfindən də təsdiq edilmişdir. Çünki dinimiz daim sözügedən dəyərlərə təkid edib, insanları ona doğru səsləyir.

İslam dini birmənalı olaraq daxil olduğu məntəqələrin sağlam mədəniyyətlərini nəinki inkar etməyib, əksinə, onları daha da zənginləşdirib və ülvi çalarlar qatıb. Həzrət Əli (ə) bu haqda buyurur: “Bir ümmətin başçı və böyüklərinin əməl etdikləri, camaat arasında ülfət və ünsiyyət yaranmasına səbəb olmuş və xalqın işlərini sahmana salmış gözəl adət və qaydanı  pozma. Keçmiş adətlərdən nəyəsə ziyan vuran üsulları icra etmə. Çünki, belə etsən, bil ki, xeyir əldə etməyəcəksən. Savab və mükafat həmin gözəl adət və qaydaların kökünü qoyanın, günah isə həmin adətləri pozduğun üçün sənin olacaqdır.”
(Nəhcül-bəlağə, 53-cü məktub, Hz. Əlinin Malik Əştərə nəsihəti)

Ümumiyyətlər dinimizin başqa mədəniyyətlərlə dialoqu yıxıcı deyil. Əslində, mahiyyətində sevgi və paklıq olan bir dinin digər mədəniyyətlərə qarşı aqressiv olması qeyri-mümkündür. İslam dini müəyyən mədəniyyətlərin insanlığa, mənəviyyata zidd olan bəzi xüsusiyyətlərini, adətlərini təmizləyib. Hazırda mövcud olan radikal fikirlər dinə aid deyil şəxslərin qənaətidir. Bəzən tarixi dəyərlərimizi dini dəyərlərimizə qarşı qoymaq ya dini, ya da ki tarixi dəyərlərimizi düzgün anlamamaqdan irəli gəlir. Bəzi insanlar qədim tarixi kökə malik hər nə varsa, onu inkar etməyə meyillidir. Unudurlar ki, islam dininin müxtəlif millətlər tərəfindən qəbul edilməsinin bur sirri də onun humanist ideyaları, mədəniyyətlər mübadiləsini mənimsəmə qüdrəti və tolarentlığıdır. Dinimiz mədəniyyətləri sıradan çıxarmaq yönümlü deyil, onları zənginləşdirmək hədəflidir. Buna görə də, tam yəqinliklə deyə bilərik ki, Novruz bayramının müsəlmanlar tərəfindən qeyd edilməsi də gözəl adət-ənənələrimizdən biri olaraq dinimizlə ilə heç bir ziddiyyət təşkil etmir.

Novruz sözü fars dilində “yeni gün” deməkdir və təbiətin oyanması, canlanması ilə əlaqədar bir gündür. Xalq bayramıdır, əkinçilərin bayramıdır. Tarix etibarilə Novruz atəşpərəstlik və ya zərdüştilik dinindən daha qədim sayılır. Hansısa bir din və şəriətdən yaranmamışdır.

Maraqlıdır ki, dini mənbələrimizdə Novruzun bəşəri bir bayram olması vurğulanır. Novruz günündə Hz. Cəfər Sadiqin hüzuruna gələn Müəlla ibn Xənisə xitabən buyurur: “Bilirsənmi bu gün nə gündür? And olsun Məkkədəki o qədim evə, bu günün qədim kökü var və mən onu sənə izah edirəm ki, biləsən…. Ey Müəlla! Novruz Allah-taalanın bəndələrdən Ona ibadət etmələrinə və heç nəyi Ona şərik qoşmayacaqlarına, elçilərinə, hüccətlərinə və vəlilərinə iman gətirəcəklərinə vədə aldığı bir gündür. Novruz günəşin doğduğu ilk gündür… Elə bir Novruz yoxdur ki, biz onda fərəcin olacağını gözləməyək. Çünki Novruz bizim günlərindəndir.” (Biharul-Ənvar, c. 59, səh. 92)

Əslən Kabuldan olan hənəfi məzhəbinin banisi Əbu Hənifənin babası Nöman ibn Mərziban Həzrət Əliyə (ə) Novruz bayramı günü hədiyyə gətirir. Həzrət soruşur: Bu nədir? Deyir: “Ey Əmir-əl-möminin! Bu gün Novruzdur.” Həzrət buyurur: “Hər günümüzü Novruza çevirin.”
(Mən la yəhzuruhul-Fəqih, c. 3, səh. 300, hədis 4073; Rəbiül-əbrar, Zəməxşəri, c. 1, səh. 40; Sünəni-Beyhəqi, Əhməd ibn Hüseyn, c. 9, səh. 392; Sunən əl-Kubra, c. 9, səh. 532; Vəqəyatül-əyan, İbn Xəlkan, c. 5, səh. 405; Tarixi-Bağdad, Xətib Bağdadi, c. 15, səh. 444)

Deməli, Hz. Əli (ə) novruz bayramını inkar etməmiş, onun gözəl adət-ənənələrini nəzərdə alaraq bir növ təsdiqləmişdir. Başqa mənbələrə əsasən görürük ki, ona zərdüştlər də Novruz bayramında hədiyyə gətirirdilər və o, bunu təbii qəbul edir hədiyyələri digər müsəlmanlar arasında bölürdü. Hətta bunun müqabilində, onları cizyə (vergi) verməkdən azad edirdi. Mənbələrdə Hz. Əlinin (ə) ona hədiyyə edilmiş faxir libası Əmr İbn Həriqə dörd min dirhəmə satması da qeyd edilir.
(Biharül-ənvar, Əllamə Məclisi, c. 41, səh. 118; Mənaqib, İbn Şəhri Aşub, c. 1, səh. 315)

Hz. Cəfər Sadiqdən (ə) soruşurlar: “Böyük bir əkinçilik sahəsində işləyirik. Novruz bayramında işçilər bü münasibətlə hədiyyə gətirirlər, qəbul edəkmi? Buyurur: Hədiyyə gətirənlər müsəlmandırmı? Cavab verir: Bəli. Həzrət buyurur: “Onların hədiyyələrini qəbul edin və müqabilində hədiyyə verin.”
( Mirütül-üqul, Məclisi, səh 116; Furui-Kafi, Koleyni, c. 5, səh. 141; Təhzibül-əhkam, Tusi, c. 6, səh. 378)

Gördüyünüz kimi Hz. Cəfər Sadiq qeyd olunan rəvayətdə müsəlmanların bu bayramı keçirməsinə belə etiraz etmir. Hətta bunun üçün bir sıra tövsiyələr də verir: “Novruz bayramı yaxınlaşanda bədənini yu, ən təmiz paltarını geyin, ən xoş qoxulu ətirlərlə özünü ətirləndir və həmin gün oruc tut.”
(Vəsail, c. 7, səh. 346, hədis 1)

Qeyd edək ki, müsəlman alimləri tarix boyu öz əsərlərində Novruz bayramının müstəhəb əməlləri barədə geniş məlumat vermişlər. (Vəsail, c. 8, səh. 172, 335; Məfatihul-cinan, Şeyx Abbas, səh. 299 və 388)

Bayramınız mübarək olsun!