Quran şəfaət edirmi ?

O kəs ki, cavanlıqda Quran oxuyar və bu Quran onun canına və qanına nüfuz edər, Quran Qiyamət günü onu himayə edər. İlahi dərgaha ərz edər: “Allahım! Hər əməl sahibi öz əməlinin əcrinə çatmışdır. O kəslərdən savayı ki, mənim dediklərimə əməl ediblər. Allahım! Öz ətanı onlara çatdır”. Allah behişt geyimlərindən ikisini ona geyindirər və kəramət tacını onun başına qoyar. Bu zaman Qurana xitab edər və deyər ki, bundan artığını etmək istəyirdim. Sonra Allah əmin məqamını sağ əlinə qoyar və onu behiştə daxil edər. Ona deyilər ki, Qurandan bir ayə tilavət et və bir dərəcə yüksəyə get. Bu zaman Qurana xitab olar ki, ona ətamızı verdik, səni razı saldıqmı? Quran deyər: “Bəli, Allahım!”
Beləliklə, Quran şəfaət edər. Həzrət Peyğəmbər (s) buyurur: “Quran şəfaət edəndir və onun şəfaəti qəbul olar”. Həzrət (s) başqa yerdə buyurur: “Quranı öyrənin, çünki Quran Qiyamət günü səhabəsini şəfaət edəcəkdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Oruc və Quran – oruc tutan və gecələri Quran tilavət edən insanlara şəfaət edər. Oruc deyər: “Allahım! Bu şəxsə gündüz yemək yeməyə və şəhvətinə mane olmuşam. Mənim ona görə şəfaətimi qəbul et”. Quran deyər: “Mən bu şəxsi gecə yuxusundan saxlamışam. Mənim ona görə şəfaətimi qəbul et. Hər ikisinin şəfaəti qəbul olar”.


GİAM

İxlas nədir ?

İxlas odur ki, insan işi Allah üçün və vəzifəni yerinə yetirmək həvəsi ilə görsün. İnsan nəfsi üçün, pul, sərvət, ad-san qazanmaq, tarixə düşmək, paxıllıq, tamahkarlıq, acgözlük kimi çirkin xüsusiyyətləri doyurmaq üçün işləməsin, işi yalnız Allahdan ötrü və yalnız vəzifəni yerinə yetirmək üçün görsün. İxlasın mənası budur. Belə iş çox faydalı olar. Belə bir iş iti bir xəncər kimi hər bir maneəni dəf etməyə qadirdir. İmam Huseyn (s) bu silahla silahlanmışdı. Dəfələrlə dedi ki, mən ən yaxın adamlarımda da bir haqsızlıq görsəm, göz yummaram. Doğrudan da belə idi. O, həssas zamanlarda onun üçün vəzifəni yerinə yetirməyin əsas məsələ olduğunu göstərdi; aşkarda, xəlvətdə, böyük və kiçik işlərdə bunu nümayiş etdirdi. Bu o zaman döyüş cəbhələrində imamın həmin silahla möcüzələr yaradan müridləri, övladları və şagirdləri üçün bir dərs oldu. Sizin bəziləriniz o yerlərdə var idiniz və özünüz onları yaxından gördünüz; bəziləriniz də eşitmisiniz. Bu gün də ona ehtiyac var.

Əbu Abdullahın (ə) üstünlüyünün müxtəlif cəhətləri var. Bu üstün cəhətlərin hər birinin çox geniş izahı var, amma onların arasından iki-üç xüsusiyyətin adını çəkmək istəsək, biri ixlas olmalıdır; yəni ilahi vəzifəni yerinə yetirmək, şəxsi və qrup mənafeyini və maddi maraqları nəzərə almamaq. Digər üstün xüsusiyyət Allaha etimaddır. Zahiri baxımdan bu işıq Kərbəla səhrasında sönəcəkdi. Necə olur ki, bunu şair Fərəzdəq bilir, amma İmam Hüseyn (ə) bilmir?! Kufədən gələn nəsihətçilər görürlər, amma Hüseyn ibn Əli (ə) görmür və anlamır?! Məsələnin zahiri cəhəti belə idi, amma Allaha etimad hökm edirdi ki, bütün bunlara rəğmən, haqqının və düzgün sözünün qalib olacağına əmin olsun. Əsas məsələ də insanın ilahi niyyətinin və məqsədinin həyata keçməsidir. Əks təqdirdə, ixlaslı insan üçün öz varlığı mühüm deyil.

Böyük ariflərin biri bir məktubda yazmışdı ki, İslamın Böyük Peyğəmbərinin (s) gördüyü və özünə məqsəd seçdiyi bütün işlər görülüb, başqa bir şəxsin adına yazılsaydı, İslam Peyğəmbəri (s) narazı qalardımı? Deyərdimi başqasının adına çıxdığından bunu etməyəcəyəm? Belə idi? Yoxsa məqsədi bu işlərin görülməsi idi və kimin adına yazılması mühüm deyildi? Deməli, məqsəd mühümdür. İxlaslı insan üçün şəxsin əhəmiyyəti yoxdur, onun ixlası, Allaha etimadı var. O bilir ki, Allah-Taala bu məqsədi mütləq qalib edəcək.

GİAM

Qəlb xəstəliklərinin əlaməti və müalicəsi nədir ?

Bu xəstəliyin bir çox əlamətləri var. Məsələn bir qonşunda bahalı paltar, əşya, yaxud göz qamaşdıran bir şey gördün əgər bu vaxt içindən onun var, mənim niyə yoxdu deyə bir hiss keçirsə, deməli qəlbində ona qarşı həsədin var. Həsəd tamahın ən güclü silahıdır. Bu yerdə agah olmalısan ki artıq sənin həsədin qəlbini ələ alıb. Və yaxud bir dostunla hansısa bir sahədə eyni işi aparırsan, onun işi səninkindən yaxşı gedir, sevilir hörmət, gəlir, hər cəhətdən qabaqdadır əgər ona qarşı az da olsa kin bəsləsən demək qəlbin xəstələnib. Qəlbində bir qəsavət var. Bu kimi şeylər xəstəliyin ilkin əlamətidir

Xəstə qəlbi müalicə etmək üçün baş verən prosesləri mütəmadi olaraq nəzarət və müşahidə etməlisən. Baxmalısan ki hansı yerdə hansı hissi keçirirsən nə vaxt qəlbində kin-küdurət yaranır nə vaxt tamah hissin olur. Bu hissləri keçirdiyin zamanı bildikdən sonra bir addım sonrasını gördüyünçün bir addım öncə həmin şeyin qarşısını alırsan və qəlbini nəzarətdə saxlıyırsan.

GİAM

Etikaf nədir və hansı şərtləri var ?

“Etikaf” sözünün lüğəti mənası bir yerdə qalmağa, durmağa deyilir. İslam fiqhində işlənmə yeri və mənası isə bir şəxsin 3 gündən az olmamaq şərti ilə, xüsusi göstəriş üzrə məsciddə qalıb ibadətlə məşğul olmağ mənasındadır. “Etikaf bir müstəhəb əməldir ki, nəzir, əhd və ya and içmək yolu ilə insana vacib olur. Şəri etikaf odur ki, bir şəxs Allaha yaxın olmaq qəsdi ilə məsciddə qala, namaz və dua kimi ibadətlərlə məşğul ola.”

Etikafın bir neçə məxsus şərti vardır

1-Etikafda olan şəxs aqil (ağlı başında)
2– Allaha yaxınlıq qəsdi ilə olmalıdır (qürbətən iləllah)
3– Üç gündən az olmasın və ardıcıl olsun. Həmçinin etikafda olan şəxs oruc olmalıdır.
4– Birinci günün sübh əzanından qabaqdan 3-cü günün məğrib əzanına qədər məsciddə olsun
5– Heç bir şəri və əqli üzr olmadan məsciddən çıxmasın (ayaq yoluna getmək kimi istisna hallar)
6– Gərək qaldığı məscid ya bu 4 məsciddən biri (Məscidul-həram, məscidi peyğəmbər (s), Qüdsdə olan məscidul-əqsa və Kufə məscidi) olsun, ya da şəhər cameə məscidi olsun. (Cameə məscidi- bayramların qılındığı böyük şəhər məscidlərinə deyilir).
7– Əziyyət olmasın deyə övlad ata-anadan, qadın isə həyat yoldaşından icazə almalıdır.

GİAM

Rəcəb ayında olan əlamətdar günlər və hadisələr hansıdır ?

Rəcəb ayının 1-i hicri 57-ci il – 5-ci imam – İmam Muhəmməd Baqirin (ə) mübarək mövludu günüdür.Rəcəb ayının 3-ü hicri 254-cü il – 10-cu imam – İmam Hadi (ə) (Əliyyən-Nəqi (ə)) şəhadətə yetişmişdir.Rəcəb ayının 8-i hicri 20-ci il – İslam dininin Misirə gəldiyi gündür.Rəcəb ayının 10-u hicri 195-ci il – İmam Muhəmməd Təqinin (ə) (müsəlmanlar bu mübarək şəxsi, İmam Cavad (ə) adı ilə də tanıyırlar) mübarək mövludu günüdür.Rəcəb ayının 12-i hicri 36-cı il – Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir.Rəcəb ayının 13-ü hicrətdən 23 il öncə Məkkə şəhərində, Kəbə evində Əmirəlmöminin Həzrət Əli (ə) dünyaya gəlmişdir.Rəcəb ayının 15-i, hicri 62-ci ildə Kərbəla həqiqətlərini dünyaya çatdıran, zalım yezid istibdadını öz qəhrəman çıxışları ilə lərzəyə gətirən Həzrət Zeynəbın (s.ə.) vəfatı günüdür.Rəcəb ayının 19-u, 9-cu hicri ilində, Təbuk qəzvəsi baş vermişdir. Gənc İslam qoşunu, Rum imperiyasının təcavüzünün qarşısını almaq üçün, Rəsuli-Əkrəmin (s) başçılığı altında, Mədinə şəhərindən Ərəbistan yarımadasının şimalınadək yürüş etmiş, İslamın qüdrət və əzəmətini bütün ərəb tayfalarına nümayiş etmişdi.Rəcəb ayının 20-si, 13-cü hicri ilində müsəlman mücahidlərilə Rum imperiyası arasında Yərmuk döyüşü baş vermişdir.Rəcəb ayının 24-ü, 7-ci hicri ilində, mühüm strateji əhəmiyyətə malik olan Xeybər qalası müsəlmanlar tərəfindən fəth edilmişdir.Rəcəb ayının 25-i, hicri 183-cü ildə, müsəlmanların 7-ci İmamı – Həzrət Museyi-Kazım (ə), dövrün xəlifəsi qəsbkar Harun-ər-Rəşid tərfindən zəhərlənərək, şəhadətə yetişmişdir. Mübarək hərəmi Kazimeyn şəhərindədir. İmamı (ə) ziyarət etməyə əli çatmayanlar, onun qızlarının Vətənimizdə – Nardaranda və Bibi-Heybətdə olan məqbərələrini ziyarət edə bilərlər.Rəcəb ayının 27-də, hicrətdən 13 il öncə – Həzrət Muhəmməd ibn Abdullaha(s) peyğəmbərliyin verilməsi günü – Məbəs günüdür. Bu gündə oruc tutmaq çox müstəhəbdir.Rəcəbin 28-i, hicrətin 60-cı ilində İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru hərəkət etmişdir. Bu – Aşura salnaməsi ilə sonlanan, xilafəti qəsb etmiş zalım Yezid istibdadına qarşı mübarizə hərəkatının başlanğıcı idi. Azsaylı tərəfdarları ilə İslamı yaşadan, zülmə, rəzilliyə “yox!” deyən İmam Hüseyn (ə), bu yenilməz mübarizəsilə misilsiz qəhrəmanlıq məktəbinin əsasını qoymuşdur.

GİAM

Leylətül-Rəğaib – arzular gecəsinin əməlləri

Rəcəb ayının ilk cümə gecəsi leylətül-rəğaib yaxud arzular gecəsi adlanır. 
Bu il Rəğaib gecəsi yanvarın 26-sı şam azanında başlayır və yanvarın 27-si sübh azanında bitir. Həzrət Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir ki, mələklər bu gecəyə “arzular gecəsi” deyər. Digər hədisə əsasən, bu gecə edilən ibadət ölümdən sonra bir nur kimi canlanar və Qiyamətə qədər insanı tənhalıq və qorxudan qoruyar.

Rəğaib gecəsi üçün vacib olmayan, lakin bəyənilən bir ibadət var. Beləki, ilk cümə axşamı günü (26 yanvar) oruc tutulur. Qəzası olanlar qəza niyyəti ilə, qəzası olmayanlar isə müstəhəb niyyəti ilə oruc tutmalıdır. Cümə gecəsi daxil olduqdan sonra (26 yanvar məğrib azanından sonra) məğrib və işa namazları arasında on iki rükət (altı dəfə iki rükətli) namaz qılnır.
Hər rükətdə 1 dəfə “Fatihə”, 3 dəfə “Qədr” və 12 dəfə “İxlas” surələri oxunur.

On İki rükətlik namaz bitdikdən sonra 70 dəfə “Allahummə səlli əla Muhəmmədinin-nəbiyyil-ummiyy və əla alihi” deyilir (tərcümə: “İlahi, hamıya peyğəmbər olaraq göndərilmiş Məhəmmədi və onun soyunu xeyir-bərəkətinlə ucalt”).

Sonra səcdəyə gedib 70 dəfə “Subbuhun quddusun Rəbbul-məlaikəti vər-ruh” deyilir (tərcümə: “Mələklərin və Ruhun Rəbbi pak və müqəddəsdir”).

Sonra səcdədən başını qaldırıb 70 dəfə “Rəbbiğfir vərhəm və təcavəz ‘əmma tə’ləmu innəkə əntəl ‘əliyyul ə‘zəm” (tərcümə: “Ya Rəbb, bağışla və rəhm et, barəmdə bildiklərinə baxmayaraq güzəşt et. Axı Sən uca və əzəmətlisən!”)

Sonra isə yenidən səcdəyə gedilir və bir daha 70 dəfə “Subbuhun quddusun Rəbbul-məlaikəti vər-ruh” deyilir (tərcümə: “Mələklərin və Ruhun Rəbbi pak və müqəddəsdir”).

GİAM

İmam Zamanın (ə.f) varlıqının sübutu və təsirləri nədir ?

İlahi lütfün həzrət Mehdinin (ə) varlığına dəlil olmasını araşdırmazdan öncə bir neçə nöqtəyə işarə edək:

Bir baxımdan lütf iki qismə bölünür:
a) Lütfi-müfəssəl: Bu lütf sayəsində insan ixtiyari olaraq itaət
yolunu seçir.
b) Lütfü-müqərrəb: bu lütf sayəsində insan vacib göstərişlərin
yerinə yetirilməsinə yaxınlaşır, haramlardan uzaqlaşır.

İmamiyyə və mötəzilə alimləri lütfü Allah üçün vacib sifət saymışlar. Çünki Allah Öz bəndələrini boş yerə yaratmamışdır. Buna görə də onları nəzərdə tutulmuş məqsədə çatdırmaq üçün şərait yaradır, o cümlədən, lütf göstərir. Müqərrəb lütfə əsasən cəmiyyətdə haqqa mehvər olası, cəmiyyəti xətadan uzaqlaşdırası imama ehtiyac var. Bu səbəbdən də deyirik: icma höccətdir. Lütf qaydası tələb edir ki, xalq arasında rəis olsun. Rəis cəmiyyətə biganə qalmamalıdır. Cəmiyyət yolunu azdıqda rəis onu doğru yola sövq etməli, batilin qarşısını almalıdır. Səffar imam Sadiqdən (ə) belə nəql edir: “Həqiqətən, Allah-təala
yer üzünü imamsız qoymaqdan daha ucadır.”

Məhz varlığını lütf saydığımız qeybdə olan imamın hansı təsirləri var?

1. Bütün yer üzündə Allah dinin hifzi – Mərhum Şəriful-Üləma
buyurur: “Heç şübhəsiz, qeyb dövründə imamın varlığı lütfdür. Digər
bir lütf şəriətin qorunması, xalqın batil ətrafında toplanmasının
qarşısının alınmasıdır.”

2. Hazırlıqlı nəfslərin tərbiyəsi – Qeyb dövründə imamın xalqla
rabitələrinin tamamilə kəsilməsi yanlış fikirdir. Bəzi rəvayətlərə
əsasən, ləyaqətli insanlar həzrətin nurundan bəhrələnəcəklər.

3. İmamın varlığı ilə məzhəb qorunar – Sosioloqlar və psixoloqlar
bu fikirdədilər ki, hətta qeybdə olan rəhbərin varlığına inam dini
cəmiyyətə böyük təsir göstərir. Ühüd savaşında düşmən xalqın
ruhiyyəsini zəiflətmək üçün peyğəmbərin qətlə yetirilməsi ilə bağlı
şayiə yaydı.

4. İdeal şəxsiyyətin bəşəriyyətin tərəqqisinə təsiri – İlahi dinlərin
imtiyazlarından biri budur ki, göstəriş verməzdən öncə nümunələr,
ideal şəxslər təqdim olunur. Xalq bu ideallarla tanış olub kamillik
yolunda daha asanlıqla qədəm götürür. Bildiyimiz kimi, ən üstün
nümunə kamil və sağ imamdır.

Giam

Allahın şəfaət vədi insanların daha çox günah etməsinə səbəb olmurmu ?

Bu sual tövbə məsələsində də meydana çıxır. Qeyd edək ki, günahkar bir şəxsin şəfaət edilməsi bir neçə şərtdən asılıdır. Bir şəxs həmin şərtlərə malik olub-olmadığını əvvəlcədən müəyyənləşdirə bilməz. Həmin şərtlərdən biri insanların ömrünün sonuna qədər Allaha bağlı olan əqidəsini qorumasıdır. Bu şərtin həyata keçməsinə isə heç kim əvvəlcədən zəmanət verə bilməz. Digər tərəfdən günah sahibləri günahlarının bağışlanmasına tam ümidsiz olarsa bu onlarda psixoloji gərginlik yaradar və onları daha ağır günahlara və cinayətlərə sövq edər. Məhz buna görədir ki, peyğəmbərlər və insanların mənəvi tərbiyəsi ilə məşğul olanlar daim onları qorxu ilə ümid içində saxlayırlar. Onlar həm Allahın mərhəmətindən ümidsiz olmamalı (çünki bunun özü də böyük günahdır),həm də günahlarının bağışlanmasına ümidvar olmalıdırlar.

GİAM

Şеytаn Pеyğәmbәrlәrә qаlib gәlә bilərmi?

Qur’аni-kәriмdә аçıq şәkildә bәyаn оlunur ki, Şеytаn hәqiqi Аllаh bәndәlәrinә yахınlаşа bilмәz. Bәs nеcә оlub ki, şеytаn hәzrәt Аdәмә yоl tаpа bilib? Hаnsı ki, hәzrәt Аdәм hәqiqi bәndә оlмаqlа yаnаşı hәм dә Аllаhın Pеyğәмbәri idi. “Sәfiyyullаh” (“Аllаhın sеçilмişi”) lәqәbini qаzаnмış bir şәхs аdi bәndәlәr kiмi оlа bilәrмi?!

Cаvаb: Аllаh-tәаlа şеytаnın nәzәrinә çаtdırdı ki, о hәqiqi bәndәlәri аldаdа bilмәyәcәk, çirkin işlәri оnlаrın nәzәrindә gözәllәşdirмәyә gücü çаtмаyаcаq vә nәticәdә, оnlаrı günаh yоlа çәkмәyә мüvәffәq оlмаyаcаq. Bеhiştdә Аdәмin bаşınа gәlмiş әhvаlаt isә şеytаn әмәli dеyildi. Аdәмin bаşınа gәlәn hаdisә “tәrkе-оvlа” аdlаnır. Bu о dемәkdir ki, Аdәм günаhа yоl vеrмәмiş, sаdәcә, yахşı bir işi tәrk еtмişdir. Әslindә hәr bir şәхs öz irаdәsi ilә qәlb yоlunu şеytаnın üzünә аçır. İnsаnın icаzәsi оlмаdаn şеytаn оnun qәlbinә dахil оlа bilмir. Şübhәsiz ki, Pеyğәмbәrlәr şеytаnа bеlә bir icаzә vеrмәмişlәr.

Bir qәdәr dә аydınlаşdırsаq, şеytаnın yоl tаpмаsı о dемәkdir ki, insаnın iмаnının zәifliyi vә sәhlәnkаrlığı оnun qәlbini şеytаnа tәsliм еdir. Bu yоllа günаh insаnın gözündә аdilәşir. Амма şеytаn Pеyğәмbәrlәrin ruhunа nüfuz еtмәk iмkаnındаn мәhruмdur. Әgәr şеytаnın tәhriki ilә Аdәм qаdаğаn оlмuş меyvәdәn yеdisә, bu günаh yох, “tәrkе-оvlаdır”. Меyvә yемәk hаrам iş sаyılмамаlıdır.

Böyük şiә аliмlәri Pеyğәмbәrlәrin pаklığını әqli dәlillәrlә аydınlаşdırмışlаr. Аdәмin әhvаlаtı vә Pеyğәмbәrlәrin pаklığı hаqqındа dаhа мüfәssәl мә’luмаt әldә еtмәk üçün “Böyük rәhbәrlәr” kitаbınа мürаciәt еdin.

Zühur əlamətləri dəyişə bilərmi ?

Bəzi rəvayətlərdə bildirilir ki, zühur əlamətləri iki qisimdir: Onlardan bəziləri qətidir və dəyişə bilməz (“bəda”), bəziləri isə şəraitdən asılı olaraq dəyişə bilər. Davud ibn Әbül-Qasim deyir: “Biz Әbu-Cəfər Məhəmməd ibn Әli Rizanın (ə) yanında olduğumuz vaxt söhbət Süfyaninin xürucundan düşdü.
Rəvayətlərdə bildirilir ki, bu hadisə qətidir. Әbu-Cəfərdən bu hadisənin dəyişə biləcəyi haqqında (“bəda”) soruşdum. Həzrət buyurdu: “Bəli”. Әrz etdim ki, biz Qaimin zühurunda da dəyişiklik (“bəda”) olacağından qorxuruq. Həzrət buyurdu: “Qaim hadisəsi Allahın vədlərindəndir və Allah öz vədinə xilaf
çıxmaz.” Dəyişməz əlamətlərin bəzi nişanələri ilə tanış olaq: “Rəvayətlərdə bu əlamətlərin qəti bəyanı; andla təkid; “labüd” sözü ilə təkid; “Lam” hərfi ilə təkid; “innə” hissəsi ilə təkid; təkrarla təkid..

Giam