
Yazarlar

Fariz İsmayılov
Yazar
Mən Fariz Sabir oğlu İsmayılov 1982 ci ildə Marneuli rayonun Algeti kəndində anadan olmuşam. 1989 cu ildə Teymurxan Çovdarov adına 1 nömrəli kənd orta məktəbə daxil olmuşam və 2000 ci ildə orta məktəbi bitirmişəm.
2001 ci ildə Marneuli çox ixtisaslı Universitetinə daxil olmuşam. 2002 cü ildə universiteti qıyabı sisteminə çevirib, Al-Mustafa Beynəlxalq Universitetin Gürcüstan filyalına daxil olmuşam.
2005 ci ildə Al-Mustafanın Gürcüstan filyalını bitirmiş və iki il bu filyalda müəllim işləmişəm. 2006 cı ildə Al-Mustafanın Qum şəhəri filyalına imtahan vermiş və 2007 ci qəbul olraq rəsmi təhsilə başlamışam.
Bakalavrda İslam tarixi, magistraturada İslam mədəniyyətinin tarixi və doktoranturada isə İslam dünyasının müasir tarixi fakultəsində təhsil alıram.
Evliyəm, iki övladım var.

Fariz Rəcəbov
Yazar
Rəcəbov Fariz, Zakir oğlu 1985-ci il Yanvarın 13-də Gürcüstanın Marneuli şəhərində anadan olmuş, bu şəhərin 2 saylı orta məktəbini bitirmişdir. Marneuli imam Rza (s) hövzəsində 4 il təhsil aldıqdan sonra, İran İslam Respublikasının Qum şəhərində,Beynəlxalq Al-Mustafa Universitetində Quran və hədis fakültəsinə daxil olub, bakalavr bölməsini bu fənn üzrə bitirmiş, magistr bölməsini isə Quran elmləri və təfsir fakültəsi üzrə davam edib bitirmişdir. Daha sonra elmi təhsil dərəcəsini yüksəldərək, bu universitetin doktorantura bölməsinin, müqayisəli təfsir fakültəsini bitirmişdir. Eyni zamanda Təfsir və Quran elmləri doktorudur.
2008-2009 –cu illər İran respublikasında Gürcüstan tələbələrinin Ali-taha təşkilatının sədri olmuşdur.
Daha sonra 2004-2005 –ci illərdə “Marneuli imam Əli (ə)” məscidinin axundu olaraq fəaliyyət göstərmişdir.
Hal hazırda Gürcüstan Marneuli şəhərinin “Imam Rza (ə)” mədrəsəsində müəllim olara fəaliyyət göstərir və Gürcüstan İslam Araştırmalar mərkəzinin sədridir. Uzun illərdir islam dini təbliğatı ilə məşğuldur.

Vüsal Hüseynzadə
Yazar
Vüsal Hüseynzadə 30 dekabr 1978-ci ildə Azərbaycan Respublikasının Cəlilabad şəhərində dünyaya göz açmış, 1996-cı ildə 4 saylı şəhər orta məktəbini bitirmiş, 1999-2001-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2003-cü ildə İİR-nın Beynəlxalq əl-Mustafa Universitetinin İslam tarixi fakültəsinə qəbul olan Vüsal Hüseynzadə 2020-ci ilin yanvar ayında Şiə tarixi üzrə fəlsəfə doktoru elmi dərəcəsi ilə oradan məzun olmuşdur.
Beynəlxalq əl-Mustafa Universitetinin Qum, Tbilisi və Marneuli şəhərlərində yerləşən müxtəlif institutlarında müəllim kimi fəaliyyət göstərmiş Vüsal Hüseynzadə həm də azərbaycan və fars dillərində iki kitabın və onlarla məqalənin müəllifidir. Ailəlidir, bir övladı var.

Yəhyazadə Nicat
Yazar
Yəhyazadə Nicat Süleyman oğlu 1987-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Quba şəhəri Hacıbaba Əliyev adına 1 saylı orta məktəbi bitirmişdir. 2002-ci ildən Quba şəhərində Quran müəllimi və Quran müsabiqələrinin təşkilatçısı kimi fəaliyyət göstərir.
2006-cı ildə İİR-da Beynəlxalq əl-Mustafa Universitetinin Teologiya fakultəsinə daxil olmuş, 2011-ci ildə bu fakultəni müvəffəqiyyətlə bitirmişdir. 2016-ci ildə sözügedən universitetdə Təfsir və Quran elmləri ixtisası üzrə magistraturanı başa vurmuşdur. 2018-ci ildə isə Beynəlxalq əl-Mustafa Universitetinin, Quran və təlim-tərbiyə fakultəsi üzrə doktorantura pilləsinə qəbul olunmuş və 2021-ci ildə bu elmi pilləni başa vuraraq,”İlahiyyat elmləri doktoru” dərəcəsinə çatmışdır.
2010-2020-ci illər ərzində Beynəlxalq əl-Mustafa Universitetində Təfsir, Quran elmləri, Quran tərcüməsi, Ərəb dilinin qrammatikası (Sərf və Nəhv elmləri) üzrə müəllim-pedoqoq işləyib. Bu illər ərzində bir neçə diplom işinin, elmi rəhbəri də olmuşdur. 2018-ci ildə İİR-nın yeddinci “Tuba” Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında Yazılı mülahizələr (moizələr) bölməsində 2-ci yerə layiq görülmüşdür. 2019-cu ildə Beynəlxalq əl-Mustəfa Universitetinin Quran və təlim-tərbiyə fakultəsinin doktorantları arasında “Əlaçı” dərəcəsi ilə təltif edilmişdir. 2020-ci ildə Şeyx Tusi adına Beynəlxalq konfransda “İslamda övlad hüquqları və sağlam ailə” adlı elmi məqaləsi 2-ci yeri qazanmışdır.